Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pəriqala
Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən qədim qala. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilmişdir. Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir. Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol gedir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər. Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikmişlər. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür.
Kociro Serizava
Kociro Serizava (芹沢光治良, Serizava Kociro, 4 may 1897 – 23 mart 1993, Nakano) – Yaponiya romançısı. == Həyatı == Kociro Serizava 1897-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. Tokio Universitetini bitirdikdən sonra Kənd Təsərrüfatı və Ticarət Nazirliyində işləmişdir. 1925-ci ildə nazirlikdəki işindən çıxmış və təhsil almaq məqsədilə Fransaya səyahət etmişdir. 1929-cu ilə qədər Paris Universitetində iqtisadiyyat üzrə təhsil almışdır. Serizava vərəm xəstəliyindən müalicə almaq məqsədilə İsveçrədə yerləşən bir sanatoriuma yollanmış və yaşadığı təcrübələr əsasında "Burucoa" (1930) adlı hekayə yazmışdır. Bu onun ədəbi yaradılığının başlanğıcı olmuşdur. 1931-ci ildə "Asu o ote" romanını, 1932-ci ildə isə "İsu o saqasu" romanını yazmışdır. Bu romanlar Yaponiyadakı proletar ədəbi hərəkatına mənsub intellektuallar arasında baş verən münaqişələri təsvir edir. Serizava 1931-ci ildə Çuo Universitetində iqtisadiyyat dərsləri deməyə başlamışdır.
Pirizadə Mehmed Sahib Əfəndi
Pirizadə Mehmed Sahib Əfəndi (1674, Konstantinopol – 1749, Bursa) — Osmanlı alimi, şairi və şeyxülislamı. == Həyatı == 1674-cü ildə İstanbulda dünyaya gəldi. Yeniçəri ağası Piri ağanın oğludur. Bu səbəblə Pirizadə olaraq anılır. İsmayıl Hami Danişməndə görə, dəvşirmə kökənli olduğu üçün şəcərəsi bilinmir. Şeyx Süleyman Əfəndi və Tahir Əfəndidən ilk dərslərini aldıqdan sonra şeyxülislam Mirzəzadə Mehmed Əfəndinin xidmətinə alındı. 1695-ci ildə Sultan Mustafanın cülusu əsnasında təhsilini tamamladı və bir müddət yeni şeyxülislam Seyid Feyzullah Əfəndinin kitabçısı olaraq xidmət etdi. Məhz onun tövsiyəsiylə o əsnada sədrəzəm olan Daldaban Mustafa Paşaya, ardından onun xələfi Rami Mehmed Paşaya imam olaraq xidmət göstərdi. Ardından 1701-ci ilin iyulunda müdərris olaraq təyinat aldı və 1723-cü ilədək müxtəlif mədrəsələrdə çalışdı. Bu ərəfədə Mentəşzadə Əbdürrəhim Əfəndinin şeyxülislamlığı dönəmində Müqəddəs torpaqlardakı vəqf torpaqları üzrə müfəttiş olaraq xidmət etdi.
Pirizadə Osman Sahib Əfəndi
Pirizadə Osman Sahib Əfəndi (1710, Konstantinopol – 3 mart 1770, Konstantinopol) — Osmanlı alimi, şairi, xəttatı və şeyxülislamı. == Həyatı == 1710-cu ildə İstanbulda doğulmuşdur. Atası Sultan Mahmud səltənətinin şeyxülislamlarından Pirizadə Sahib Əfəndi, babası Piri ağa isə yeniçəri ağalarından idi. Təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu. ənənəyə uyğun olaraq müxtəlif mədrəsələrdə dərs verdikdən sonra 1738-ci ildə Qalata, 1744-cü ildə isə Məkkə qazısı oldu. Ardından atasının şeyxülislamlığı dönəmində 1745-ci ildə İstanbul qazılığına gətirildi. Ancaq bu təyinat baş tutmadı və məsələ böyüyərək atasının vəzifədən alınmasına səbəb oldu. Belə ki, səhhətinin pis olduğunu deməsinə baxmayaraq Mehmed Sahib Əfəndi həmin il oğluyla birlikdə həccə getdi. 1747-ci ildə ziyarətdən döndü və ata-oğulun Gəliboluda qalmasına qərar verildi. Bir il sonra isə bağışlanaraq Üsküdarda qalmalarına icazə verildi.