Pirizadə Mehmed Sahib Əfəndi

Pirizadə Mehmed Sahib Əfəndi (1674, İstanbul1749[1], Bursa) — Osmanlı alimi, şairi və şeyxülislamı.[2]

Mehmed Sahib Əfəndi
ƏvvəlkiFeyzullahzadə Mustafa Əfəndi
SonrakıHəyatizadə Mehmed Əmin Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti şair
Atası Piri ağa
Uşağı Osman Sahib Əfəndi
Dini islam

1674-cü ildə İstanbulda dünyaya gəldi. Yeniçəri ağası Piri ağanın oğludur. Bu səbəblə Pirizadə olaraq anılır. İsmayıl Hami Danişməndə görə, dəvşirmə kökənli olduğu üçün şəcərəsi bilinmir. Şeyx Süleyman Əfəndi və Tahir Əfəndidən ilk dərslərini aldıqdan sonra şeyxülislam Mirzəzadə Mehmed Əfəndinin xidmətinə alındı. 1695-ci ildə Sultan Mustafanın cülusu əsnasında təhsilini tamamladı və bir müddət yeni şeyxülislam Seyid Feyzullah Əfəndinin kitabçısı olaraq xidmət etdi. Məhz onun tövsiyəsiylə o əsnada sədrəzəm olan Daldaban Mustafa Paşaya, ardından onun xələfi Rami Mehmed Paşaya imam olaraq xidmət göstərdi. Ardından 1701-ci ilin iyulunda müdərris olaraq təyinat aldı və 1723-cü ilədək müxtəlif mədrəsələrdə çalışdı. Bu ərəfədə Mentəşzadə Əbdürrəhim Əfəndinin şeyxülislamlığı dönəmində Müqəddəs torpaqlardakı vəqf torpaqları üzrə müfəttiş olaraq xidmət etdi. 1723-cü ildə Saloniki, ardından Yenişəhər qazısı oldu. Sultan Mahmud dönəmində 1727-ci ildə ikinci imamlığa yüksəldi və şahzadə lələsi təyin olundu. 1730-cu ildə BursaMəkkə qazısı, 1730-cu ildə Ərəbzadə Əbdürrəhman Bahir Əfəndinin yerinə birinci sultan imamlığına yüksəldi. 1733-cü ilin avqustunda Anadolu qazəsgəri, 1737-ci ilin mayında isə Zeynalabdin Əfəndinin yerinə Rumeli qazəsgəri oldu. 1739-cu ilin yanvarında vəzifədən alınsa da, 27 fevral 1743-cü ildə yenidən Rumeli qazəsgərliyinə gətirildi. Bir ilin tamamında vəzifədən alındı və 4 mart 1745-ci ildə Seyid Mustafa Əfəndinin vəfatı ilə boşalan şeyxülislamlığa gətirildi. Təxminən bir ay davam edən şeyxülislamlığının ardından xəstəliyi səbəbilə 5 aprel 1746-cı ildə istehfa verdi və Beşiktaşdakı sahil köşkünə çəkildi.[3]

Şəmdanizadəyə görə, vəzifədən bu şəkildə ayrılmasının səbəbi oğlu Osman Əfəndini İstanbul qazılığına təyin etməsidir. Belə ki, səhhətinin pis olduğunu deməsinə baxmayaraq Mehmed Sahib Əfəndi həmin il oğluyla birlikdə həccə getdi. 1747-ci ildə ziyarətdən döndü və Gəliboluda qalmasına qərar verildi. Bir il sonra isə bağışlanaraq Üsküdarda qalmasına icazə verildi. 25 iyun 1749-cu ildə burada vəfat etdi və Üsküdardakı Validə Sultan məscidində qılınan cənazə namazının ardından cənazəsi Qaracaəhməd məzarlığında atasının yanına dəfn edildi.

Oğlu Osman Sahib Əfəndinin qızı vasitəsilə davam edən şəcərəsi imperiyanın süqutuna qədər dövlətin mühüm mərtəbələrində xidmət etmişdir. Onun sülaləsinə mənsub olan və öz adını daşıyan Mehmed Sahib Əfəndi şeyxülislamlığa yüksəlmişdir. Onun atası Pirizadə İbrahim İsmət bəy isə Anadolu qazəsgəri və Maarif məclisi rəisi olmuşdur.[4]

  • Tercüme-i Mukaddime-i İbn Haldûn (trc. Pîrîzâde Mehmed Sâhib Efendi), İstanbul 1275, I, 3–4;
  • Mukaddime-i İbn Haldûn’un Fasl-ı Sâdisinin Tercemesi (trc. Ahmed Cevdet Paşa), İstanbul 1277, III, 3–4;
  • Safâyî, Tezkire (haz. Pervin Çapan), Ankara 2005, s. 350–351;
  • Sâlim, Tezkire, İstanbul 1315, s. 408–411;
  • İzzî, Târih, İstanbul 1199, vr. 204b-205b;
  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 62, 110, 124, 147;
  • Devhatü’l-meşâyih, s. 93–94;
  • İlmiyye Salnâmesi, s. 519–520;
  • Sicill-i Osmânî, III, 187, 473; IV, 685–686;
  • Behcetî, Merâkid-i Mu‘tebere-i Üsküdar, s. 65;
  • Adıvar, Osmanlı Türklerinde İlim, s. 162, 165;
  • a.mlf., "İbn Haldûn", İA, V/2, s. 740–741;
  • Danişmend, Kronoloji2, V, 139, 167;
  • Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 128–129;
  • Babinger (Üçok), s. 308–309;
  • Mehmet Nâil Tuman, Tuhfe-i Nâilî (haz. Cemâl Kurnaz – Mustafa Tatcı), Ankara 2001, II, 529–530;
  • İsmet Parmaksızoğlu, "Pîrî-zâde Mehmed Sâhib Efendi", TA, XXVII, 33–34;
  • C. E. Bosworth, "Pīrī-Zāde", EI2 (İng.), VIII, 309;
  • Saffet Köse, "İmâdî", DİA, XXII, 171;
  • Tahsin Görgün, "Mukaddime", a.e., XXXI, 120.
  1. Pirizade Mehmet Sahip // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  2. Meral Topal, Pîrî-zâde Mehmed Sâhib: Hayatı, Edebî Kişiliği, Eserleri ve Divanı’nın Tenkitli Metni (yüksek lisans tezi, 2004), Fırat Üniversitesi Sosyal Bilimler Enstitüsü;
  3. Z. Fahri Fındıkoğlu, "Türkiye’de İbn Haldunizm", 60. Doğum Yılı Münasebetiyle Fuad Köprülü Armağanı, İstanbul 1953, s.153–163;
  4. Olcay Köprücü, Pîrî-zâde Mehmed Sâhib: Hayatı, Eserleri, Şahsiyeti ve Dîvan’ı: Edisyon Kritik (lisans tezi, 1967), İÜ Ed. Fak. Genel Ktp., nr. 1723;