Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ternate
Ternate (ind. Pulau Ternate) — Molukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşir. Halmaheranın qərbində möve tutur. Keçmişdə Ternate sultanlığının mərkəzi olmuşdur. Qonşu Tidore adası kimi konusvari formaya malikdir. Müsəlman sultanlığı uzun sürən hakimiyyətə malik olmuşdur. Mıxək istehsalından böyük miqdarda gəlir əldə edilirdi. Bu ədvadan əldə edilən gəlir sultanlığın çiçəklənməsinə səbəb olmuşdur. Ternate sultanlığı Molukk adalarının çoxuna təsir güçünə malik olmuşdur. Hazırda adada yerləşən Ternate şəhəri Şimali Maluk vilayətinin mərkəzidir.
Ternate sultanlığı
Ternate sultanlığı (ind. Kesultanan Ternate) — İndoneziya ərazisində mövcud olmuş dövlət. İlk əvvəllər Qapi (ind. Kesultanan Gapi) adlandırılırdı sonradan isə ölkənin paytaxtının adı ilə Ternate adlandırılmışdır. İndoneziyada mövcud olmuş qədim islam ölkələrindən biri olmuşdur. Sultanlıq Baab Mashur Malamo (ind. Baab Mashur Malamo) tərəfindən 1257-ci ildə müstəqilliyi elan edilmişdir. Baabullahın (ind. Baabullah) (1570—1583) dönəmində sultanlıq öz hakimiyyətini İndoneziyanın şərqinə və Filippinin cənubuna yaya bilmişdilər. Ada XV-XVII əsrdə dünyada mixək istehsalına görə dünyada mühüm yer tuturdu.
Əbu Həmid əl-Qərnati
Əbu Həmid əl-Qərnati (ərəbcə: أبو حامد الغرناطي ; 1080[…] və ya 1080, Qranada – 1170[…], Dəməşq) — Əndəluslu səyyah və coğrafiyyaçı. Tam adı Əbu Məhamməd bin Əbdülrəhim bin Süleyman əl-Mazəni əl-Qəlisi əl-Qərnati əl-Əndəlusidir (ərəbcə: أبوعبدالله محمد بن عبد الرحيم بن سليمان المازني القليسي الغرناطي الأندلسي). Əbu Həmid əl-Qərnati hicri 473-cü ildə (1080–1081-ci il) Qranada şəhərində anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdı. Bu zaman şəhər Əlmoravilər İmperiyasına daxil olan Qranada əmirliyinin mərkəzi idi. Elm və təhsil almaq, müxtəlif ölkələri gəzib-görmək məqsədiylə ölkəsi Əndəlusdan şərqə üz tutan sayyahın hayatı haqqında bilinənlər onun özünün əsərlərində özü barəsində verdiyi məhdud məlumatlara söykənir. Hicri 508-ci ildə (1114–1115-ci il) Misirə gedən Əbu Həmid bir müddət sonra ölkəsinə dönmüşdü. 1117-ci ildə Siciliyaya getmək üzrə ölkəsindən ayrılmış, Sardiniya və Sicilya adalarında olmuş, oradan isə İsgəndəriyyə şəhərinə getmişdi. İsgəndəriyyədən Qahirəyə gəlmiş Əbu Həmid burada əndəluslu məşhur alim Əbu Bəkr Məhəmməd ət-Turtuşi ilə görüşmüş və dərslərinə qatılmışdı. 1122-ci ildə Dəməşq, Bəəlbək və Tədmur şəhərlərini gəzdi. 1123-cü ildə Bağdada yollandı.