Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Personaj
Personaj (fr. personnage, lat. persona — şəxsiyyət, üz) — tamaşanın, kinofilmin, kitabın, oyunun və s. xəyali , gerçək həyatda olmayan, yaşamayan və ya yaşamamış; gerçək həyatdakı bənzərini dəyişik xüsusiyyətlər saxlayan xəyali mübtəda. Kitablarda yazarların yaratdığı xarakterlər, film qəhrəmanları, seriallardakı xarakterlər bu tip xəyali personajlardır. Bədii xarakterlərə nümunə olaraq, Indiana Jones, Lara Croft, Hörümçək Adam, Süpermen, Dirk Pitt, Batman, Tom və Cerri, Tyueetü və Silvester göstərilə bilər. Araşdırmaçı yazar Blakey Vermulenın araşdırmasına görə, ədəbi xarakterlərə əhəmiyyət vermənin, əslində digər insanlara, xüsusilə də xaricilərə əhəmiyyət verməkdən çox fərqli olmadığı ortaya qoyulur.
Dəlibaş (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dəlisov (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Elektra (personaj)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Həyatı == === İlk illəri === Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.
Esmeralda (personaj)
Esmeralda — Fransız yazıçı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan və fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Paris Notr-Dam kilsəsi rəsərinin əsas qəhrəmanlarından biri. Əsl adı Agnès olan Esmeralda roman-fransız, qaraçı qızıdır. Küçə rəqqasəsidir. Ecaskar rəqsləri ilə bütün kişilərin ağlını başından alır. Cali adlı keçisi var. Təxminən 16 yaşlarında, incə lakin mərd bir ürəyə sahibdir. Olduqca gözəldir.
Fleş (personaj)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fırtına (personaj)
Fırtına (ing. Storm) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlarin ən tanınmış üzvlərindən biridir. 20th Century Fox tərəfindən çəkilən 5 İks-adamlar filminin 4-ündə yer almışdır. Len Veyn və Deyv Kokrum tərəfindən yaradılmış və ilk dəfə "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında (may, 1975) görünmüşdür. == Bioqrafiya == Əsl adı Ororo Munroedir. Anası N'Dare Keniyadakı bir qəbilənin şahzadəsi, atası Deyvid Munroe ABŞ fotoqrafıdır. Onlar evləndikdən sonra Manhettendə yaşamağa başlayırlar. Ororo burada anadan olur. Amma ailəsi ilə çox vaxt keçirmir.
Görünüş (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Halk (personaj)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Joker (personaj)
Joker, DC Komiks tərəfindən nəşr olunan Batman komiks kitabının debüt buraxılışında (25 aprel 1940) ilk dəfə ortaya çıxan Bill Finger, Bob Kane və Jerry Robinson tərəfindən yaradılan bir nəzarətdir. Jokerin yaradılması üçün kredit mübahisəlidir; Kane və Robinson, Finger-in yazı töhfəsini qəbul edərkən Jokerin dizaynı üçün məsuliyyət daşımışdılar. Joker'in ilk görünüşü zamanı öldürülməsi planlaşdırılsa da, personajın super qəhrəman Batman'ın düşmənçiliyi kimi dözməsinə imkan verən redaktorun müdaxiləsindən xilas oldu. Komik kitabdakı çıxışlarında Joker cinayətkar usta kimi təsvir olunur. Çirkin, sadist yumor hissi ilə bir psixopat olaraq təqdim olunur; xarakter 1970-ci illərin əvvəllərində qaranlıq köklərinə qayıtmadan, Komiks Kod Təşkilatı tərəfindən tənzimlənməyə cavab olaraq 1950-ci illərin sonlarında bir goofy prankster oldu. Batman'ın nemesi olaraq Joker, Jason Todd-un ikinci Robin və Batman'ın kamerası və Batman'ın müttəfiqlərindən biri olan Barbara Gordonun iflici də daxil olmaqla superqəhrəmanın müəyyən hekayələrinin bir hissəsi olmuşdur. Joker, onilliklər ərzində meydana çıxdığı müddətdə müxtəlif mümkün mənşəli hekayələrə sahibdir. Ən çox yayılmış hekayə, onun dərisini ağartan və saçlarını yaşıl və dodaqlarını parlaq qırmızıya çevirən kimyəvi tullantıların bir tankına düşməsini əhatə edir; meydana gələn uyğunsuzluq onu dəli edir. Batman'ın şəxsiyyət və görünüşdəki antitezi, Joker tənqidçilər tərəfindən onun mükəmməl düşməni hesab olunur. Joker, kimyəvi mühəndislik sahəsindəki təcrübəsindən istifadə edərək, zəhərli və ya ölümcül fikirlər və tematik silahlar, o cümlədən ülgüclü oynaq kartları, ölümcül sevinc səsləri və turşu püskürən lapel çiçəkləri inkişaf etdirmək üçün istifadə etmir.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968) Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Koloss (personaj)
Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır. "Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir. 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir. 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Rusiyada bir fermer ailəsində anadan olur.
Maqneto (personaj)
Maqneto (ing. Magneto) — Sten Li və Cek Körbi tərəfindən yaradılmış Marvel Comicsin xəyali antiqəhramanı. Daha çox İks-adamlarla adı halanır, həm də onların düşməni olur. Maqnetonun əsas gücü maqnit sahələrinin manipulasiyasından ibarətdi. == Bioqrafiya == Maqneto Marvel Comicsin ən güclü muutantlardan hesab olunur. O, yəhudi olduğuna görə holokost keçirən nadir personajlardandı. Buna görədə o mutantları bunlardan qorumaq istiyir. Maqneto zaman-zaman həm düşmən, həm İks-adamlara dost olur. Professor İks birlikdə insanların, mutantlarla birqə yaşaması uğrunda çalışır. Maqneto — Civənin, Qırmızı cadugərin, Polyaris kimi superqəhramnların atasıdı.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Monik (personaj)
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.
Oyunçu personaj
Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Pet (personaj)
Pet - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
Pit (personaj)
Pit (ing. Pete) — 1925-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Polyaris (personaj)
Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur. Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər.
Psaylok (personaj)
Psaylok (ing. Psylocke) — Marvel Comics tərəfindən yaradılmış komiks personajı. Milliyətcə ingilis olub mutantdır, telekineziya və telepatiya kimi bacarıqlara sahibdir. Bir çox komandada yer alsa da, ən çox İks-adamlar komandası ilə xatırlanır. Atası Ceyms Breddok başqa bir paralel dünyada yaşayırdı və dünyaya super qəhrəman gətirmək üçün Yerə göndərilir. Lakin ilk uşağı Ceymin heç bir super gücü olmadı. Daha sonra Elizabet və Brayan anadan oldu. Brayan Kapitan Britaniya, Elizabet isə Psayloka çevrildi. Əvvəlcə təyyarə kirayələmək işi ilə məşğul olurdu, daha sonra maneken oldu, amma sonda BMT-nin STRIKE adlı komandasına qatıldı. Psaylok ilk dəfə "Kapitan Britaniya" komiksinin 8-ci sayında görünmüşdür.
Qambit (personaj)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.
Qrifon (personaj)
Qrifon – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Sınaq Tısbağasının həmkarıdır.
Qufi (personaj)
Qufi (ing. Goofy) — 1932-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. Əsası Art Bebbit tərəfindən qoyulmuşdur. Qufi hündür, insanabənzər it olaraq hazırlanmışdır. Volt Disneyin digər məşhur qəhrəmanları olan Minni Maus və Donald Dakın onun ən yaxın dostudur. Bir çox cizgi filmlərdə bacarıqsız və ağılsız kimi nümayiş olunsada bəzi səhnələrdə o, özünəməxsus unikal beyin və yaddaşa məxsus olduğunu tamaşaçılara bildirir. 1930-cu illərdə personajın orijinal adı "Dippy Dawg" idi. 1950-ci illərdəki filmlərdə "George Geef" və ya "G. G. Geef" adı verilmişdir. Sonrakı illərdə adı elə Qufi olaraq qalmışdır. Qufi ilk dəfə 25 may 1932-ci ildə "Mickey's Revue" qısametrajlı cizgi filmində görülmüşdür.
Persea persea
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Parsond
Parsond (Franrasyadan Parsvant və ya Frasvant qısa forması) və ya Fersond — Ktesinin fikrincə, fars mənşəli midiyalı olan kadusilərin hökmdarı. Parsond Zərdüştün bütün hikmətlərini bilən və öyrədən müqəddəs və sərt bir insan idi. Parsondun adı, ehtimal ki, Namri dağları arasında, Ekbatana gedən yolda yerləşən mühüm Parsinda şəhərindən gəlir. Başqa bir versiyaya görə, Parsond Persey adının Dorian formasıdır. Ernst Hertzfeld hesab edirdi ki, Parsond adı etimoloji cəhətdən Əfrasiabın (Avest. Fraŋrasyan) adı ilə eynidir. Təbəri öz əsərlərində eftalit şahı Axşunvar və ya Axşunvaz adı ilə törəmə Əfrasiab/Aspandiatdan bəhs edir. Atropatenanın Qazaka şəhərinin turanlı Əfrasiyab tərəfindən salındığı deyilir. Qazakanın yaranması ilə bağlı bu əfsanə Avestanın Yəştlərində təsdiqlənmiş və tez-tez təkrarlanan qədim İran ənənəsini əks etdirir. Sasani ədəbiyyatında, turanlı Franqrasiyan (Əfrasiyab) Çayçasta dərin gölün yaxınlığında Keyxosrovun əlindən ölür.
Perlova
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya). Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur.
Persefona
Persefona (q.yun. Περσεφόνη — Homer əfsanələrində: Περσεφονηία) — Qədim yunan mifologiyasında Demetrayla Zevsin qızı, Aidin arvadı. Aid tərəfindən ölülər ölkəsinə qaçırılmışdır. Bəzi versiyalara görə Zevs Demetra ilə razılaşmadan Aidə qızını ona verəcəyi barədə söz vermişdi. O da vaxtı çatanda Persefonanın dalınca gəlmişdi. Persefonanın itib qayıtması haqqında əfsanə Qərbi Asiya miflərindəki məhsuldarlıq motivlərinə bənzəyir.
Persica
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Personiya
Personiya (lat. Persoonia) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Persoonia
Personiya (lat. Persoonia) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Porsova
Porsova (Yardımlı)
Perseya
Perseya (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Perseya həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.