Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Personaj
Personaj (fr. personnage, lat. persona — şəxsiyyət, üz) — tamaşanın, kinofilmin, kitabın, oyunun və s. xəyali , gerçək həyatda olmayan, yaşamayan və ya yaşamamış; gerçək həyatdakı bənzərini dəyişik xüsusiyyətlər saxlayan xəyali mübtəda. Kitablarda yazarların yaratdığı xarakterlər, film qəhrəmanları, seriallardakı xarakterlər bu tip xəyali personajlardır. Bədii xarakterlərə nümunə olaraq, Indiana Jones, Lara Croft, Hörümçək Adam, Süpermen, Dirk Pitt, Batman, Tom və Cerri, Tyueetü və Silvester göstərilə bilər. Araşdırmaçı yazar Blakey Vermulenın araşdırmasına görə, ədəbi xarakterlərə əhəmiyyət vermənin, əslində digər insanlara, xüsusilə də xaricilərə əhəmiyyət verməkdən çox fərqli olmadığı ortaya qoyulur.
Tibbi personal
Tibbi personal — tibb müəssisələrində xidmət edən tibb işçiləridir. Ali — ali və aspirantura tibbi və əczaçılıq təhsili olan bir həkim və digər mütəxəssislər. . Orta – feldşer , sanitar feldşer, feldşer-laborant, hərbi feldşer, tibb bacısı, feldşer-akuşer, diş həkimi, diş texniki, Epidemioloq həkim köməkçisi(parazitoloq), sanitar köməkçisi, dezinfeksiya təlimçisi , sanitar təlimçisi , entomoloq köməkçisi, əczaçı, Rentgen laboratoriyasının köməkçisi, fiziki terapiya təlimçisi, süd mətbəxinin rəhbəri, tibbi statistika rəhbəri, optometriya, eləcə də bir sıra ölkələrdə paramedik, laboratoriya işçisi, fizioterapevt, rentgenoloq, dietoloq və s. . Kiçik – tibb bacısı, kiçik tibb bacısı, tibbi qeydiyatçı (poliklinikada), sanitar, baxıcı, dayə, dezinfeksiyaçı və s.
Personal computer
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
Personal kompüter

Cubili (personaj)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Cəzalandıran (personaj)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
Cəzalandırıcı (personaj)

Daredevil (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dodo (personaj)
Dodo — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biri. Dodo quş növüdür. Əsərin 2-ci və 3-cü hissələrində peyda olur.
Drakula (personaj)
Qraf Drakula (ing. Count Dracula) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin baş mənfi personajıdır. Qraf Drakula personajı Brem Stokerin Drakula əsərində baş mənfi personaj kimi göstərilib. Bu personaj IV əsrdə İrlandiyanı idarə etmiş qəddar hakim olan Drakula əsasında yaradılmışdır. Əsərin sonunda Drakulaya qalib gələn yeganə şəxs həkim Van Helsinq olur. İlk dəfə teatrda 1927-ci ildə Londonda göstərilmişdir.
Dronqo (personaj)
Dronqo — Azərbaycan yazıçısı Çingiz Abdullayevin ədəbi obrazı, 119 əsərin baş qəhrəmanı. Dronqo adını ilk dəfə eşidənlərin hamısında təbii bir sual yaranır: bu nə addır, mənası nədir? Həqiqətən də Dronqo insan qulağının öyrəşmədiyi adlardandır və nahaq yerə bir çoxları müxtəlif lüğətləri eşələyib bunun hansı xarici dilə aid olduğunu öyrənməyə çalışırlar. Təbii ki, bunun heç bir nəticəsi olmayıb, çünki Dronqo hər hansı bir xalqa məxsus insan adı deyil. Dronqo quş adıdır. Ç. Abdullayev ilk romanı olan "Mavi mələklər"də öz qəhrəmanının dilindən bu ləqəbin mənasını izah edir — Dronqo təbiətdə çox az rast gəlinən kiçik bir quşun adıdır. Bu quşun bir fərqli cəhəti də başqa quşların səslərini böyük müvəffəqiyyətlə imitasiya etməyi bacarmasındadır. Dronqo barədə ilk romanda onun yalnız hansısa cənub ölkəsindən olduğu barədə dumanlı məlumatlar verilir. Yalnız son romanlarında Ç. Abdullayev açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır, valideynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanını da yazır — Xaqani 25 (Əlbəttə, çoxları bilir ki, bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir). Mavi mələklər Ağlasığmaz bir qətl Ov edən adam Peşəkar Oyunlar Apokalipsisi gözləyirik Peşəkarların qaydası Ölümünüzü seçin Məntiq qaydaları (Monpelyedəki cinayətlər.
Dəlibaş (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dəlisov (personaj)

Elektra (personaj)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.
Esmeralda (personaj)
Esmeralda — Fransız yazıçı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan və fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Paris Notr-Dam kilsəsi rəsərinin əsas qəhrəmanlarından biri. Əsl adı Agnès olan Esmeralda roman-fransız, qaraçı qızıdır. Küçə rəqqasəsidir. Ecaskar rəqsləri ilə bütün kişilərin ağlını başından alır. Cali adlı keçisi var. Təxminən 16 yaşlarında, incə lakin mərd bir ürəyə sahibdir. Olduqca gözəldir.
Fleş (personaj)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fırtına (personaj)
Fırtına (ing. Storm) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlarin ən tanınmış üzvlərindən biridir. 20th Century Fox tərəfindən çəkilən 5 İks-adamlar filminin 4-ündə yer almışdır. Len Veyn və Deyv Kokrum tərəfindən yaradılmış və ilk dəfə "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında (may, 1975) görünmüşdür. Əsl adı Ororo Munroedir. Anası N'Dare Keniyadakı bir qəbilənin şahzadəsi, atası Deyvid Munroe ABŞ fotoqrafıdır. Onlar evləndikdən sonra Manhettendə yaşamağa başlayırlar. Ororo burada anadan olur. Amma ailəsi ilə çox vaxt keçirmir.
Görünüş (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Halk (personaj)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Joker (personaj)
Joker, DC Komiks tərəfindən nəşr olunan Batman komiks kitabının debüt buraxılışında (25 aprel 1940) ilk dəfə ortaya çıxan Bill Finger, Bob Kane və Jerry Robinson tərəfindən yaradılan bir nəzarətdir. Jokerin yaradılması üçün kredit mübahisəlidir; Kane və Robinson, Finger-in yazı töhfəsini qəbul edərkən Jokerin dizaynı üçün məsuliyyət daşımışdılar. Joker'in ilk görünüşü zamanı öldürülməsi planlaşdırılsa da, personajın super qəhrəman Batman'ın düşmənçiliyi kimi dözməsinə imkan verən redaktorun müdaxiləsindən xilas oldu. Komik kitabdakı çıxışlarında Joker cinayətkar usta kimi təsvir olunur. Çirkin, sadist yumor hissi ilə bir psixopat olaraq təqdim olunur; xarakter 1970-ci illərin əvvəllərində qaranlıq köklərinə qayıtmadan, Komiks Kod Təşkilatı tərəfindən tənzimlənməyə cavab olaraq 1950-ci illərin sonlarında bir goofy prankster oldu. Batman'ın nemesi olaraq Joker, Jason Todd-un ikinci Robin və Batman'ın kamerası və Batman'ın müttəfiqlərindən biri olan Barbara Gordonun iflici də daxil olmaqla superqəhrəmanın müəyyən hekayələrinin bir hissəsi olmuşdur. Joker, onilliklər ərzində meydana çıxdığı müddətdə müxtəlif mümkün mənşəli hekayələrə sahibdir. Ən çox yayılmış hekayə, onun dərisini ağartan və saçlarını yaşıl və dodaqlarını parlaq qırmızıya çevirən kimyəvi tullantıların bir tankına düşməsini əhatə edir; meydana gələn uyğunsuzluq onu dəli edir. Batman'ın şəxsiyyət və görünüşdəki antitezi, Joker tənqidçilər tərəfindən onun mükəmməl düşməni hesab olunur. Joker, kimyəvi mühəndislik sahəsindəki təcrübəsindən istifadə edərək, zəhərli və ya ölümcül fikirlər və tematik silahlar, o cümlədən ülgüclü oynaq kartları, ölümcül sevinc səsləri və turşu püskürən lapel çiçəkləri inkişaf etdirmək üçün istifadə etmir.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968) Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Koloss (personaj)
Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır. "Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir. 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir. 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. Rusiyada bir fermer ailəsində anadan olur.
Maqneto (personaj)
Maqneto (ing. Magneto) — Sten Li və Cek Körbi tərəfindən yaradılmış Marvel Comicsin xəyali antiqəhramanı. Daha çox İks-adamlarla adı halanır, həm də onların düşməni olur. Maqnetonun əsas gücü maqnit sahələrinin manipulasiyasından ibarətdi. Maqneto Marvel Comicsin ən güclü muutantlardan hesab olunur. O, yəhudi olduğuna görə holokost keçirən nadir personajlardandı. Buna görədə o mutantları bunlardan qorumaq istiyir. Maqneto zaman-zaman həm düşmən, həm İks-adamlara dost olur. Professor İks birlikdə insanların, mutantlarla birqə yaşaması uğrunda çalışır. Maqneto — Civənin, Qırmızı cadugərin, Polyaris kimi superqəhramnların atasıdı.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Monik (personaj)
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.