Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.
Berkheya pinnata
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Heterorhachis aculeata (Burm.f.) Roessler Sinonim Berkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Bidens pinnata
Bidens pilosa (lat. Bidens pilosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Capsella pinnata
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Jurinea pinnata
Jurinea pinnata (lat. Jurinea pinnata) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kalanchoe pinnata
Kalanchoe pinnata (Lam.) Pers. (=Bryophyllum pinnatum Lam.) - Lələkvari kalanxo (Kalanxo, lələkvari, doktor) == Botaniki xarakteristikası == Çoxillik, həmişəyaşıl, sukkulent ot bitkisi olub, hündürlüyü 50-150 sm-dir. Gövdəsi düzqalxan, möhkəm olub, ağac əsaslıdır. Yarpaqları üz-üzə dayanan, saplaqlı, şirəli, yoğun, açıq-yaşıl və ya qırmızı rəngə çalan, ellips və ya yumurtavari, dişcikli-çəpərli, vegetasiya başladıqda sadə, qurtardırda yuxarı hissəsi bərabər olmayan-lələkli, 3-5 (7) ellips və ya yumurtavari yarpaqlı olub, qısa saplaqlı və ya oturaq olur. Çiçəkləri ikicinsli olmaqla, süpürgəvarı çiçək qrupunda formalaşmışdir. Çoxsaylı meyvələri kiçiktoxumlu və çoxyarpaqlıdır. Həyatının ikinci ilində qeyri-müntəzəm formada çiçəkləyir və zəif meyvə əmələ gətirir. Toxumla və vegetativ orqanlarla çoxalır. Vətəni məlum deyil. Tropik Afrikada, Madaqasqarda, tropik Asiyada, Avstraliya, cənubi və mərkəzi Amerikada yayılmışdır.
Lavandula pinnata
Lavandula pinnata (lat. Lavandula pinnata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lavandula multifida var. pinnata (Lundmark) Kuntze Stoechas pinnata (Lundmark) Rchb.f. === Heterotipik sinonimləri === Lavandula pinnata f. incarnata Sunding Lavandula pinnatifida Salisb.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Othonna pinnata
Othonna pinnata (lat. Othonna pinnata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü. Othonna pinnata var. decipiens Sch.Bip.
Stobaea pinnata
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Heterorhachis aculeata (Burm.f.) Roessler Sinonim Berkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Vitex pinnata
Vitex pinnata (lat. Vitex pinnata) — dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Vitezslav Pivonka
Vítězslav Pivoňka — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Aglaia pinnata
Vitex pinnata (lat. Vitex pinnata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Pistaciovitex pinnata
Vitex pinnata (lat. Vitex pinnata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Microlonchoides pinnata
Jurinea consanguinea (lat. Jurinea consanguinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Stoechas pinnata
Lavandula pinnata (lat. Lavandula pinnata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lavandula multifida var. pinnata (Lundmark) Kuntze Stoechas pinnata (Lundmark) Rchb.f. === Heterotipik sinonimləri === Lavandula pinnata f. incarnata Sunding Lavandula pinnatifida Salisb.
Pidna döyüşü
Pidna (yun.Pydna) döyüşü — Fermey körfəzinin sahilində, Qədim Makedoniya şəhəri Pidna yaxınlığında, e.ə 168-ci ilin 22–23 iyununda, 3-cü Makedoniya müharibəsinin həlledici döyüşü. Emili Pavelin başçılığı altında 26 minlik romalı ordusu iyunun 21-də Pidnaya yaxınlaşdı. Pidnanın mühasirəsinə imkan verməmək üçün Makedoniya çarı Perseyin 40 minlik makedon ordusu şəhər civarında düzüldü. Ertəsi gün makedoniyalılar birinci döyüşü başladılar. Makedon falanqası güclü zərbəsi ilə romalıları sıxışdırmağa başladı. Geri çəkilməkdə olan romalıların ardınca gələn falanqa kəsişən(yarğanlı) ərazi ilə hərəkət etməli oldu. Yarğanların üzərindən keçə bilməyən monolit falanqanın sırası pozuldu. Emili Pavel legionun manipulyar düzülüşündən istifadə edərək, falanqanın yaranmış dəliklərinə hucum etmək əmri verdi. Makedon falanqası darmadağın edildi. Makedoniyalılar 20 min ölü və 11 min əsir itki verdilər.
Pinar Aylin
Pinar Aylin (12 may 1972, İzmir) — türk pop musiqisi müğənnisi. 1995: Ben Bahara Hazırım 1997: Güneşten 1998: Ay Işığında 2000: Çöl Fırtınası 2004: No.
Pinus pinea
Aralıq dənizi ölkələri, Balkan , Asiya, Cənubi Amerika, Çin və Çili də təbii halda bitir. Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Azərbaycan da Abşeron, Zaqatala, Kür-Araz ovalığında, Şəmkir və Lənkəran da rast gəlinir.
Pınar Altuğ
Pınar Altuğ Atacan — Türk kino aktrisası. Tam adı Pınar Altuğ Atacandır. 1973-cü il sentyabrın 2-də İstanbulda anadan olmuşdur. Saint Benoit Fransız Liseyində təhsil almışdır. Litseydə maneken liyə başlamışdır. 1994-cü ildə Miss Turkey seçilən Altuğ 1997-ci ildə daxil olduğu İstanbul Universiteti İdarəetmə bölməsindəki təhsilini tamamlamamışdır. 1995-ci ildən televiziya həyatı başlamışdır.
Pınar Dəniz
Pınar Dəniz (4 noyabr 1993, Adana) — Türk aktrisa. Pınar, 4 noyabr 1993-cü ildə Mardinli və Ərəb kökənli bir ailənin uşağı olaraq Adanada dünyaya gəlmişdir. İki yaşından etibarən İstanbula gəlmiş və burada böyümüşdür. İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr və Reklam bölməsindən məzun olmuşdur. İlk dəfə 2014-cü ildə özünü aktyorluq sahəsində sınamışdır. Sil başdan adlı serialda Evrim obrazını canlandırmışdır. Müğənni Murad Dalkılıçın Yəni adlı musiqisinin klipində yer almışdır. 2016-2018-ci illərdə məşhur Vətənim sənsən serialında Ulduz obrazını oynamışdır. FOX TVdə yayımlanan Bir Dəli Rüzgar serialında Bərk Cankatla partnyor olmuş,Gökçə rolunu canlandırmışdır. Netflix platformasında Burcu xarakterile Aşk 101 serialında yer almışdır.
Pınar Kür
Pınar Kür (15 aprel 1943 və ya 15 aprel 1945, Bursa) — yazıçı. Pınar Kür 15 aprel 1943-cü ildə Bursada dünyaya gəlib. Yazıçı Həvva Pınar Kür əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.
Divna Vekoviç
Divna Vekoviç (serb. Дивна Вековић; 1886[…], Luzak[d], Monteneqro Knyazlığı – 1944[…], Zidani Most[d]) — Monteneqroda ilk təhsilli diş həkimi, ədəbiyyat elmləri doktoru və Neqoşun “Dağ tacı” əsərinin fransız dilinə ilk tərcüməçisi. O, həmçinin fransızca-serbcə lüğətin müəllifidir. Təhsil almağa qərar verərək, təkcə həkimlik peşəsi sahəsində deyil, həm də ədəbi yaradıcılıq və tərcümə sahəsində əhəmiyyətli iz buraxdı. O, Avropanı Monteneqronun mənəvi sərvətləri ilə fəal şəkildə tanış etdi. == Bioqrafiyası == Divna Vekoviç 1886-cı ildə Berane yaxınlığındakı Luzak kəndində serb ailəsində doğularaq ailənin yeddi övladının altıncısı olub. Jurcevi-Stupovi monastırında ibtidai məktəbi, sonra Skopyedə ibtidai gimnaziyanı və Çetinyedə Qadın İnstitutunu bitirmişdir. Onun ailə həyatı ilə bağlı etibarlı məlumat yoxdur. == Təhsil == Son dərəcə istedadlı bir tələbə kimi Şahzadə Nikola onu Parisə oxumağa göndərdi və Monteneqro Knyazlığının təqaüdü ilə təltif etdi. Əla tələbə və öz nəslinin ən yaxşılarından biri kimi Divna Çetinyedəki Qadınlar İnstitutunun, "Kraliça Mariya" Qızların Təhsili İnstitutunun təqaüdçüsü olmuşdur.
Pınar Selek
Pınar Selek (türk. Pınar Selek; 8 oktyabr 1971, İstanbul) — türk yazıçısı, sosioloq, feminist. O, Türkiyədə qadınlar, yoxsullar, kimsəsiz uşaqlar, cinsi azlıqlar və kürd icmaları da daxil olmaqla həssas icmaların hüquqları ilə bağlı işi ilə tanınır. O, türk, alman və fransız dillərində nəşr olunmuş bir neçə kitabın müəllifi və türk feminist jurnalı "Amargin"in qurucu redaktorlarından biridir. Pınar Selek Fransada yaşayır, burada Strasburq, daha sonra Fransanın PAUSE proqramı çərçivəsində Nitsa universitetlərindən akademik dəvət alıb. Hazırda isə Kot d'Azur Universitetində sosiologiya üzrə dosent kimi daimi vəzifədə işləyir. 2017-ci ildə Fransa vətəndaşlığı alıb. Selek 1998-ci ildə İstanbulda Misir bazarında törədilən partlayışla bağlı 15 il Türkiyədə məhkəmə istintaqına cəlb edilib. O, dörd dəfə (2006, 2008, 2011, 2014-cü illərdə) mühakimə olunub və bütün ittihamlar üzrə bəraət qazanıb. Onun son bəraəti 21 iyun 2022-ci ildə Türkiyə Ali Məhkəməsi tərəfindən ləğv edilib.