Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piraşki
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Miruşa
Miruşa (alb. Mirusha / Mirushë; serb. Мируша / Miruša) — Kosovo Respublikasının mərkəzi hissəsində yerləşən regional park. Park Metohiya düzənliyinin şərqində yerləşir. Ərazidə olan təbiət abidələri, özəl landşaft və biomüxtəlifliyə görə park 1982-ci ildə regional park elan edildi. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin klasifikasiyasına əsasən beşinci kateqoriya statusu almış və 55 580 hektar sahə qorunma zonasına daxil edilmişdir. Park üç munisipalitet ərazisində yerləşir: Klina, Malişevo və Oraxovas. Miruşa parkı daha çox eyni adlı çayın axdığı kanyonla məşhurdur. Çay kanyon boyu kaskad şəlalələr, karst tipli göllər əmələ gətirmiş. Geoloji struktur baxımdan kanyon ultra əsas və vulkanik-çöküntü süxurlarından təşkil olunub.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Turuşka sülaləsi
Turuşka sülaləsi — Şimali Hindistanda, Kəşmir, Kabilistan (indiki Əfqanıstanda tarixi bölgə) və Qəndhara bölgələrində hökm sürən qədim kral sülaləsi. Sülalənin ya qarışıq Qərbi Göytürk-Eftalit ya Hind-Skif mənşəli olduğu güman edilir. Sülalənin sakinləri əsasən hindu brahmanları olsa da, sülalənin hakim sinfi buddistlər və Buddanın güclü inanclıları idi. Bu xanədan tərəfindən Kəşmir və Qəndharada bir çox buddist abidələri ucaldılmışdır ki, bu da onların Buddizm dininə məhəbbətini göstərirdi. Hindistanda məskunlaşan Orta Asiya tayfalarının Hindistan cəmiyyətinə inteqrasiya etmək üçün Buddizmi və buddistlərin əsas inanclarını qəbul etməsi adi hal idi. Bu sülalənin Türk Şahilərin Kabilistanı idarə etdiyi dövrdə Kəşmiri də idarə etdiyi güman edilir və iki sülalə arasında Kapisa və Qəndhara bölgələri üzərində toqquşmalar baş verə bilirdi. Bu sülalə Qəznəvilər tərəfindən bütün Kəşmirlə birlikdə tabe edilərək fəth edildi. Qəznəvi sultanı Səbuktəkinnin başçılıq etdiyi təkrarlanan işğal dalğaları bu sülalənin son məhvinə və nəticədə Kəşmir bölgəsinin ilhaqına gətirib çıxardı. Beləliklə, Hindu-Buddist Turuşka hakimiyyəti məhv edildi və onların torpaqları həm Kəşmir bölgəsini, həm də Pəncab bölgəsini fəth edən türk-müsəlman Qəznəvilərin əlinə keçdi. Долин А. А., Попов Г. В. Кэмпо - традиция воинских искусств.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.