Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mihulka
Mihulka (çex. Mihulka) və ya silindrik Barıt qülləsi (çex. Prašná věž)— Praqa qəsrinin şimal hissəsində yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir. Praqa qəsrinin təhlükəsizliyi səbəbləri üzündən 1485-ci ildə memar Benedikt Reyt qala divarlarını möhkəmləndirmək məqsədilə şimal tərəfdən üç müdafiə istehkamı: Daliborka (həbsxana kimi istifadə olunurdu), Ağ və Barıt qüllələrini inşa etmişdi. Qüllələrin ətəklərində məşhur Maral xəndəyi yerləşir. Barıt qülləsi çox mühüm top batalyonu, eləcə də ən etibarlı və müasir istehkam obyekti idi. Onun diametri 20 metr, ümumi hündürlüyü isə 44 m olmuşdur. Onun dörd mərtəbəsi və beş zirzəmisi var idi, burada müxtəlif kolibrli döyüş silahları üçün atıcılıq meydançası yaradılmışdı. 1541-ci ildə Hradçanı və Mala Strana rayonlarında ciddi yanğın hadisəsi baş vermişdi və onun nəticəsində qüllə tamamilə dağılmışdı. Qüllənin yenidən bərpası kilsə zənglərinin tökməsi və silah istehsalı ilə məşğul olan Tomas Yaros tərəfindən həyata keçirilmişdi.
Pisunda
Pisunda (abx. Пиҵунда, Бичвинта, abx. Биҷвинҭа, gürc. ბიჭვინთა) — Gürcüstanda, Abxaziyanın şimal-qərbində şəhər. Qara dəniz sahilində kurort şəhəri. Şəhər eyni adlı Pisunda burnunda yerləşir. Qaqra şəhərindən 25 km cənubdadır. Mütəxəssislər tərəfindən qəbul edilməyən slavyan O.N.Trubaçovun versiyasına görə, qədim şəhərin adı hind-ari dillərinə gedib çıxır — pitunda — şam deməkdir. Şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl IV əsrdə yaranmışdır. Sonralar yunanlar burnunda qədim "Pitiunt" (q.yun.
Pisunda burnu
Pisunda burnu (abx. Пиҵунда, gürc. ბიჭვინთა) — Gürcüstanın Qara dəniz sahillərində, Bzıb çayının mənsəbində yerləşən burun. Çayın gətirdiyi çöküntülərdən meydana gəlmişdir. Bir hissəsi bataqlıqlaşmışdır. Dənizdən 1,5—3 metr hündürlükdə yerləşir. Şərqdən Pisund buxtası ilə əhatələnir. Ərazisində Pisunda şamı, palıd, göyrüş, cökə, şümşad, naringi. Burada qumdan təşkil olunmuş dyun və təpələr vardır. Burunda yerləşən İnkit gölü əvvəllər dənizlə birləşirdi.