Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ploskiy adası
Ploskiy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 25 km cənubda yerləşir. Daxil olduğu qrupun cənubunda yerləşir. 4,65 km şimalda Sredniy adası, 1,1 km aralıda isə Qreben adası yerləşir. Ploskiy adası ovalvari formaya malik olan, elə də böyük olmayan adadır. Adanın uzunluğu 1,5 km, eni isə 800 metr təşkil edir. Maksimsl hündürlük 24 metrdir. Şimal-qərb sahillərində kiçik adacıqlar vardır. Adaclq 150 m uzunluğa sahibdir.
Alberto Paloski
Alberto Paloski (4 yanvar 1990, Kiari, Lombardiya) — Seria C liqasının B qrupunda çıxış edən "Siena" klubunun hücumçu mövqeyində çıxış edən İtaliya futbolçusu. == Milli komanda karyerası == 2008-ci ildə Paloski İtaliya millisinin heyətində 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 2 qol vurmuşudur. 18 noyabr 2008-ci ildə İtaliyanın U-21 yığmasında Almaniya ilə yoldaşlıq oyununda debüt etmişdir. O, 2009-cu ildə İsveçdə keçirilən U-21 Avropa çempionatında İtaliya heyətinə dəvət almışdır. 2014-cü ilin mart ayında Çezare Prandelli onu əsas milli komandanın heyətinə saldı. 31 may 2015-ci ildə Paloski Antonio Konte tərəfindən yenidən təlim-məşq toplanışına çağırıldı.
Yuzef Ploşko
İosif Kasperoviç Ploşko (pol. Józef Płoszko, 1867, Polşa – 1931, Polşa) — memar, mühəndis. İosif Ploşko 1867-ci ildə Polşada anadan olmuşdur. 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, Şəhər İdarəsində sahə memarı işləmiş, bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutmuşdur. 1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləmiş və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak edib. Memar 30 ilə yaxın Bakıda yaşadıqdan sonra 1925-ci ildə Varşavaya, daha sonra isə Fransaya köçüb və orada dünyasını dəyişib. Gənc Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edirdi. Bununla yanaşı, o zaman, təəssüf ki, bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir. O, öz istedadı sayəsində şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaların müəllifi oldu".
İosif Ploşko

Savvı Loşkin adası
Savvı Loşkin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu əraxisinə daxildir. Kara dənizində, daxil olduğu arxipelaqın qərb hissəsində qərarlaşır. Ada həmcinin Sivolki adaları qrupuna daxildir. Öz qrupunun mərkəzi hissəsində qərarlaşır. Dörd bir tərəfdən adalarla ətatələnmişdir: qərbdən və şimal-qərbdən Şuls adası və Vasilev adası, şimaldan Mametkul adası, şərqdən Krasin adası , cənubdan Ledokol adası. Krasin adasından Melkiy boğazı ilə ayrılmışdır. Cənubunda 1 kilometr aralıda Toros rifi, cənub-qərb sahilinə yaxın isə su üstü iki daş vardır. Rusiyanın materik hissəsi ilə arasında məsafə 50 km təşkil edir.