Savvı Loşkin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu əraxisinə daxildir.
Savvı Loşkin adası | |
---|---|
rus. Остров Саввы Лошкина | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 38 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°37′44″ şm. e. 94°41′02″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Kara dənizində, daxil olduğu arxipelaqın qərb hissəsində qərarlaşır. Ada həmçinin Sivolki adaları qrupuna daxildir. Öz qrupunun mərkəzi hissəsində qərarlaşır. Dörd bir tərəfdən adalarla ətatələnmişdir: qərbdən və şimal-qərbdən Şuls adası və Vasilev adası, şimaldan Mametkul adası, şərqdən Krasin adası , cənubdan Ledokol adası. Krasin adasından Melkiy boğazı ilə ayrılmışdır. Cənubunda 1 kilometr aralıda Toros rifi, cənub-qərb sahilinə yaxın isə su üstü iki daş vardır. Rusiyanın materik hissəsi ilə arasında məsafə 50 km təşkil edir.
Ada cənub-qərbdən şimal-şərqə uzanmış formadadır. Bu hissədə onun uzunluğu 5,6 kilometr təşkil edir. Eni isə 1 - 2,5 km arasında dəyişir. Adanın şimal-şərq qutaracağı Zaşitnıy burnu adını daşıyır. Qərbində isə Tupoy burnu qərarlaşır. Şərq hissəsinin böyük qismini hündürlüyü 38 metr olan təpəlik tutur. Şimal-şərqi sıldırımlıdır. Sahilləri və təpələrin ətəkləri daşlıqdır. Adada axar və göl yoxdur. Mərkəzi hissəsində bataqlıqlaşmış sahə vardır.
Sahilləri düzəndir. Adanın şərq hissəsində az da olsa bitki örtüyü mövcuddur. Burada mamır, şibyə və ot bitkiləri bitir. Qayalardan birinin üzərində geodeziya obyekti vardır. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]. Qış ayları adalar arasında olan boğazların donması ilə məməlilər asanlıqla hərəkətinə imkan yaranır. Yay ayları qısa müddət ərzində buzdan azad olan bölgələrdə qərəkət edən buzlaqları görmək olur.
Ada Rusiya Qütb ekspedisiyası zamanı Zarta gəmisində xəritəyə salınaraq Eduard Vasileviç Toll tərəfindən adlandırılmışdır. O, adanı XVIII əsrdə yaşamış pomor olan sükançı Savva Loşkinin şərəfinə adlandırılmışdır. Belə düşünülür ki, o Yeni Torpaq arxipelaqının şərq sahillərini tətqiq edərən ətraflı məlumatlar vermişdir. O, adada üç il qalmışdır[2][3][4].