Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plumas qraflığı (Kaliforniya)
Plumas — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 20,007 nəfər olmuşdur. Mərkəzi Kuinsi şəhəridir.
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Plasaj
Plasaj (fr. placage — yerləşdirilmə) — Yeni Fransanın patriaxal müstəmləkə icmasında kişilərlə qadınlar arasındakı münasibətlərin tabe olduğu mədəni baxışların və normaların ümumi qəbul olunmuş qeyri-rəsmi (pərdəarxası) sistemi.
Plumea
Guarea (lat. Guarea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinə aid bitki cinsi.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Plyaj
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Corc Pulman
Corc Pulman (ing. George Pullman; 3 mart 1831[…] – 19 oktyabr 1897[…], Çikaqo, İllinoys) — Amerikalı mühəndis və sənayeçi. O Pullman yataqlı vaqonunu layihələndirib istehsal etdi və istehsalat ilə məşğul olan işçilər üçün Çikaqoda bir şirkət şəhərciyi qurdu.
Konrad Pauman
Konrad Pauman (1415, Nürnberq, Müqəddəs Roma imperiyası - ö. 24.1.1473, Münhen, Müqəddəs Roma imperiyası) — tanınmış nürnberqli orqançı, XV əsrdə yaşamış musiqiçilərin ən görkəmlilərindən biri, alman orqan musiqisinin banisi.
Phytoseius paluma
Phytoseius paluma (lat. Phytoseius paluma) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius paluma Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Puma
Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir. Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir.
Cef Plumb
Cef Plumb (6 oktyabr 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Cef Plumb Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Messi (puma)
Messi (rus. Месси; d. 30 oktyabr 2015) – Instagram və Youtube platformalarında məşhur olan ev puması. Aleksandr və Mariya Dmitriyev cütlüyü tərəfindən saxlanılır. Onlar Messinin 2016-cı ildə yerli zooparkdan qəbul etmişdirlər. Hazırda isə cütlük Messi ilə birlikdə Rusiyanın Penza şəhərində yerləşən ikimərtəbəli böyük evdə yaşayırlar. 2017-ci ildə Dmitriyev ailəsi Messi üçün Instagram hesabı və Youtube kanalı açmışdır. Tezliklə Messi sosial şəbəkələrdə məşhurlaşmış və böyük izləyici kütləsi toplamışdır. Messi Rusiyanın Saransk şəhərində yerləşən bir zooparkda doğulmuşdur. O, həmin dövrdə "Barselona" klubunda çıxış edən futbolçuların şərəfinə adlandırılmış və yenicə doğulmuş olan 3 puma balasından biri idi.
Puma (cins)
Puma (lat. Puma) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Puma Svid
İohanna Yussinniemi (fin Johanna Jussinniemi; 13 sentyabr 1976, Stokholm) — səhnə adı Puma Svid (ing. Puma Swede) olan İsveç pornoaktrisası və rəqqasəsi.
Puma concolor
Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir. Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir.
Super Puma
Super Puma Display Team — İsveçrə Hərbi Hava Qüvvələrinin Eurocopter AS332 Super Puma(en) helikopteri ilə uçuşlar həyata keçirən aerobatika eskadronudur. 1989-cu ildə Super Puma modeli təqdim edildikdən sonra bu nəqliyyat helikopterinin performansını göstərmək üçün polkovnik-leytenant Çarli Baxmanın rəhbərliyi altında uçuş proqramı nümayiş etdirilirdi. Yalnız 2005-ci ildə bu komanda İsveçrənin digər aerobatika komandaları kimi rəsmi status aldı. Bütün Super Puma Display Team pilotları gündəlik missiyalarda uçan peşəkar hərbi pilotlardır. Komandanın tərkibi, lazım gələrsə, Super Puma Komandasına eyni vaxtda iki fərqli yerdə nümayiş təqdim etməyə imkan verir. Böyük hava şoularında Super Puma Display Team tez-tez PC-7 Team, İsveçrə Patrulu və ya F/A-18 Hornet Solo Display(en) ilə birgə düzülüşdə uçur.
Plum Blossom
Plum Blossom (kiçik hərflərlə) — ABŞ müğənnisi mxmtoon-un debüt mini-albomu. 7 dekabr 2018-ci ildə AWAL tərəfindən buraxılıb.
Aérospatiale SA 330 Puma
Aérospatiale SA 330 Puma, Aérospatiale tərəfindən istehsal edilən Fransa istehsalı olan çoxməqsədli helikopterdir. Əvvəlcə Sud Aviasiya tərəfindən hazırlanmış və daha sonra Aérospatiale adı ilə istehsal olunmağa başlanmışdır. Puma Körfəz müharibəsi, Cənubi Afrika sərhəd müharibəsi, Portuqaliya müstəmləkə müharibələri, Yuqoslav müharibələri, Livan vətəndaş müharibəsi, İraq müharibəsi (2003-2011) və Folklend müharibəsi də daxil olmaqla bir çox müharibə və qarşıdurmalarda istifadə edildi. Vertolyot mülki sahədə də məşhur idi və bir sıra mülki operatorlar tərəfindən istifadə olunurdu.