Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Psevdo-Apollodor
Psevdo-Apollodor naməlum qədim yunan yazıçısı, ədəbiyyatda "kitabxana" ya "Mifik kitabxana" (yun. Βιβλιοθήκη) adlanan üç cildlik ənənəvi qədim yunan mifik və qəhrəmanlıq dastanlarının toplusunun müəllifi. "Mifik kitabxana" günümüzün yunan mifologiyasından bəhs edən ən əsas mənbəyi sayılır.
Psevdo-Higin
Psevdo-Higin — əsərləri Yuli Higin adı ilə imzalanmış və ya ona aid edilmiş naməlum qədim mifoqrafiyaların ümumi adı. Buna baxmayaraq, o, tarixçilərə məlum olan iki Yuli Higin – Qay Yuli Higin və Higin Qromatik ilə etibarlı şəkildə eyniləşdirilməmişdir.
Cryptocarya peumo
Ağ kriptokariya (lat. Cryptocarya alba) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü.
Laurus peumo
Ağ kriptokariya (lat. Cryptocarya alba) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü.
Psevdo-Dionisi Areopagit
Psevdo-Dionisi Areopagit — "Areopagitika" adlanan teoloji əsərlər toplusunun (korpusunun) naməlum müəllifi. Bu əsərlər e.ə. I əsrində yaşamış Həvari Pavelin şagirdi Dionisi Areopagitə aid edilmişdir. == Mənası == Areopagitçilər xristianlığa təsir edən neoplatonizm prosesini tamamlamışdılar. Bu cərəyanı İlahiyyatçı Qriqori və Nissalı Qriqori başlatmışdı. Areopagit yazılarının müəllifi Prokl Diadoxdan təsirlənmişdir və o, ilk dəfə xristian ibadətinə sistemli baxışı inkişaf etdirmişdi. O, bunu simvollar və müqəddəs ayinlər sistemi kimi görürdü. Bunlar gizli və ülvi fikirlərin sirli ifadəsi kimi xidmət edirdi.
Antuan Fransua Prevo
Antuan Fransua Prevo (fr. Antoine François Prévost; 1 aprel 1697[…] – 25 noyabr 1763[…]) — Fransa yazıçısı. Romanı "Manon Lesko" ilə daha çox tanınır.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Nemo (müğənni)
Nemo Mettler (alm. Nemo Mettler‎; 3 avqust 1999, Bil) — daha çox Nemo mononimi ilə tanınan İsveçrə repçisi və müğənnisi. Nemo, skripka, pianino və barabanda ifa etməyi bacarır. 2024-cü ildə Nemo, İsveçrəni Avroviziya Mahnı Müsabiqəsində "The Code" mahnısı ilə təmsil etmiş və qalib gəlmişdir. 2015-ci ildə Nemo tərəfindən çıxarılmış "Clownfisch" mahnısı İsveçrə hit-paradlarında 95-ci yerə kimi yüksəlmişdir. İfaçının 2017-ci ildə çıxardığı "Du" adlı sinql İsveç hit-paradlarında 4-cü yerə kimi yüksəlmişdir. "ProSieben" telekanalında yayımlanan "The Masked Singer Switzerland" musiqi şousunun 2021/2022-ci illərdə efirə çıxmış ikinci mövsümündə, Nemo, beşinci yeri tutmuşdur. 29 fevral 2024-cü ildə İsveçin 2024 Avroviziya Mahnı Müsabiqəsində Nemo tərəfindən "The Code" mahnısı ilə təmsil olunacağı elan edilmişdir. 9 may 2024-cü ildə Nemo müsabiqənin ikinci yarımfinalında çıxış etmiş və finala vəsiqə qazanmışdır. 11 may 2024-cü ildə Nemo 591 səslə 2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.