Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Polejan burnu
Polejan burnu (bolq. нос Полежан, ‘Nos Polezhan’ \'nos po-le-'zhan\) — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən qərbdə yerləşən burundur. Burun Vapa buxtasından 750 m şimal-qərbdə yerləşmişdir. Burun Bolqarıstanda yerləşən Pirin dağındakı Polejan zirvəsinin adını daşıyır. == Yerləşməsi == Qarbel burnundan 2.36 km şimal-şərqdə, Disilitsa burnundan 1.65 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Pobeda (Arxangel)
Pobeda (başq. Победа, rus. Победа) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 21 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (36%), latışlar (27%) üstünlük təşkil edir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi. Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır.
Pobeda kinoteatrı
Pobeda kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir. == Tarixi == Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir. Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi.
Tommazo Pobeqa
Tommazo Pobeqa (15 iyul 1999, Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyerası == === Klub === Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir. 23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi. Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir. Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu. 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur. Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır. İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur.