Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poqonya
Poqonya (belar. Паго́ня, pol. Pogoń, lit. Vytís, Vitis) — Böyük Litva knyazlığının, eləcə də XIV əsrin sonlarından sülalənin süqutuna qədər Gediminlər sülaləsinin gerbi. Gerb həmçinin, 1918–1940-cı illər arasında Litvanın, 1918-ci ildə Belarus Xalq Demokratik Respublikasının və 1991–1995-ci illər arasında Belarus Respublikasının rəsmi gerbi olmuşdur. Poqonya hal-hazırda Litvanın dövlət gerbidir 14 may 2017 tarixində Poqonya Belarusun mədəni irsi elan edilmişdir. == Paqonya Belarusda == Böyük Litva knyazlığında 1366-cı ildən Belarus Xalq Respublikasında 1919-cu ilə qədər Poqonya adlanan qırmızı zəmin üzərində ağ atlı əsgər fiquru, Belarus torpaqlarında suverenlik quran müxtəlif dövlətlərdə rəsmi dövlət gerbi olaraq istifadə edilmişdir. Gerb, Böyük Litva knyazlığı 1795-ci ildə Rusiya imperiyası tərəfindən ihlaq edildikdən sonra da qismən olaraq istifadə edilməyə dəvam edildi. Əslən "Vytis" adında bir Litva rəmzi olan fiqur, böyük knyazlıq dövründə belaruslar tərəfindən öz slavyan rəmzləri olaraq da qəbul edildi. Belarus milliyətçiləri, Böyük Litva knyazlığındakı elitlərin böyük seqmentinin belaruslardan ibarət olduğu, bu səbəblə də gerbin belaruslara aid olduğu tezisini irəli sürmüşdür.
Doqana
Doqana (it. Dogana, gömrük) — San-Marino şəhəri, Serravalle şəhər-kommunanın ərazində yerləşir. Ölkənin ən çox insan yaşayan şəhəridir (7000 nəfər). == Coğrafiyası == Şəhər San-Marinonun şimal-şərq hissəsində yerləşir və Falçanodan sonra ölkənin ən şimal yaşayış məntəqəsidir. Doqana İtaliya ilə sərhəddədir. Şəhərin sərhədləri içərisində Koriano kommunasının Çerasolo prixodu da yerləşir. Şəhərdə sərhəd məntəqəsi var, amma bu məntəqədə yoxlama ləğv edilib. == Tarixi == 2006-cı ildə Doqana Serravallenin tərkibindən çıxıb müstəqil şəhər-kommunaya (it. castello, qəsr) çevrilməyə cəhd etmişdir, amma 2007-ci ildə mövcud vəziyyətin qorunub saxlanılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Doqanaya Serravallenin poçt indeksindən fərqli bir indeks verilmişdir (47899 yerinə 47891).
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. == Əhalisi == Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Boyanka Kostova
Boyanka Kostova — Bolqar əsilli Azərbaycan ağır atletidir. Boyanka Kostova 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Boyanka Kostova həmçinin 2012-ci ildə Türkiyənin Antalya şəhərində, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində və 2016-cı ildə Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatlarının qızıl medalçısıdır. 2021-ci ildə Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 2022-ci ildə narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilib. == Həyatı == Boyanka Kostova 10 may 1993-cü ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Ailənin yeganə qız övladı Boyanka Kostova 2008-ci ildən idman ilə məşğul olur. == Karyerası == === 2009 Avropa Çempionatı === Boyanka Kostova birinci dəfə Avropa Çempionatına 2009-cu ildə qatıldı. Aprelin 3-dən 12-nə gədər keçirilən və Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan Avropa Çempionatına Boyanka Kostova Bolqarıstan bayrağı altında qatıldı.
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir.Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir. 1905-ci ildə şəhərin 1364 sakini Bolqar Ekzarxlığı kilsəsinin parishionları idi.
Pogonia graminifolia
Spathoglottis pubescens (lat. Spathoglottis pubescens) — səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. == Sinonimləri == Epipactis graminifolia Roxb. Pogonia graminifolia (Roxb.) Voigt Spathoglottis fortunei Lindl. Spathoglottis parvifolia Lindl. Spathoglottis khasyana Griff. Spathoglottis bensonii Hook.f. Spathoglottis pubescens var. berkleyi Hook.f. Spathoglottis pubescens var.
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. == Tarixi == Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.
Yordi Polanko
Yordi Leonel Polanko (8 iyun 1996-cı ildə anadan olub) — Yordi Polanko kimi də tanınan, Beliz Premyer Liqa təmsilçələrindən olan Belmopan Bandits klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Beliz futbolçusudur. == Milli karyerası == Polanko Beliz milli futbol komandasında debütünü 29 mart 2015-ci ildə Kayman adaları millisinə qarşı oyunda etmişdir. O, 94-cü dəqiqədə Elroy Kulreni əvəz etmişdir. Həmin görüşdə Beliz rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Yovanka Radiçeviç
Yova Radiçeviç (23 oktyabr 1986, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Yova Radiçeviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Yova Radiçeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Botrys pagana
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Dmitriyevo Polyanka (Şaran)
Dmitriyevo Polyanka (başq. Дмитриева Поляна, rus. Дмитриева Поляна) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (50%) üstünlük təşkil edir.
Vesyolaya Polyanka (Bakalı)
Vesyolaya Polyanka (başq. Веселая Поляна, rus. Весёлая Поляна) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Kəstəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 29 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 102 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (82%) üstünlük təşkil edir.
Zelyonaya Polyanka (Əbyəlil)
Zelyonaya Polyanka kəndi (başq. Зелёная поляна) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500 -ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır.Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər.Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-ci ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.Ki, baş , kubok və dostluq ilə qalib və bu kimi qrupları təbliğ edərkən qeyri-adi siyahısı "Bačka" sayəsində,əsas yaddaşı Millinin yaxşı nəticələr bir sıra etmişdir Partizan, Dinamo Zaqreb, OFK Beograd, Vojvodina, Spartacus, Borac Banja Luka, Proleter, çayları , Osijek...