Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. Budiansky, Stephen. The Nature of Horses.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Todi
Todi (it. Todi) — İtaliyada kommuna - Ərazi bölgü vahidi. Umbriya regionunda yerləşir. Perudja ərazi mərkəzinə aiddir. Əhalinin sayı 2004-cü ilin məlumatlarına əsasən 17 075 nəfər, sahəsi isə 223 кm²-dir. Poçt indeksi 6059. Telefon kodu isə 075-dir. Yaşayış məntəqəsinin mühafizəkarı San Fartuna hesab edilir. 14 oktyabrda onun şərəfinə bayram keçirilir. Roma Papası Martin I burada doğulub.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib. Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Aphis pomi
Alma mənənəsi (yun. Aphis pomi) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Alma ağacını (xüsusilə tingləri və cavan ağacları) zədələyir. Yetkin alma mənənəsi oval formalı və yaşıl rəngli, başı qəhvəyi və ya yaşılımtıl-sarı olur. Payızda mayalanmış dişi mənənələr cavan zoğlarda tumurcuqlara yaxın yumurta qoyur. Yazda tumurcuqlar qabardıqda yumurtalardan çıxmış sürfələr tumurcuqlara, onlar açıldıqda isə tumurcuq yarpaqlarının arasına keçir. Bütün yay ərzində mənənə partenokenez (mayalanmamış yumurtadan rüşeymin inkişaf etməsi) yolla çoxalır və 8—17 nəsil verir. Payızda mənənənin nəslində erkək və dişi fərdlər əmələ gəlir, onlar cütləşir və cavan zoğlar üzərində qışlayan yumurtalar qoyur. == Mübarizə tədbirləri == Alma mənənəsi ilə mübarizədə sayfos, fozolon, karbofos və s. kimyəvi preparatlardan istifadə edilir.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.
Kodi Fern
Kodi Fern (6 iyul 1988) — Avstraliyalı aktyor və rejissor. Palos Verdes Qəbilələri (2017) filmindəki ilk rolundan sonra o, FX-də yayımlanan Amerikan Cinayət Hekayəsi: Canni Versaçenin sui-qəsdi (2018) serialında qətlin qurbanı olan Devid Madsonu canlandırdı. Həmin ilin sonunda Fern, Amerikan Qorxu Hekayəsi: Apokalipsis serialında Maykl Lanqdon obrazını canlandırdı. O həmçinin Netflix serialı House of Cards-ın son mövsümündə Dankan Şeperd rolunda göründü. 2019-cu ildə qayıdaraq Amerikan Qorxu Hekayəsi serialının doqquzuncu mövsümü olan 1984-də Xavier Plimpton rolunu canlandırdı. 2021-ci ildə o Amerikan Qorxu Hekayəsinin onuncu mövsümündə (Double Feature) və həmin il yayımlanan spin-off seriyası Amerikan Qorxu Hekayələrinin iki epizodunda yer aldı. == Həyatı == Fern 6 iyul 1988-ci ildə Qərbi Avstraliyanın Southern Cross ərazisində anadan olub. Merredin Senior Liseyində internat məktəbində oxumuş və 2009-cu ildə Curtin Texnologiya Universitetini Ticarət üzrə Fəxri Diplomla bitirmişdir.
Kodi Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Kodi Prior
Kodi Prior (28 oktyabr 1999-cu ildə anadan olub) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İrlandiya futbolçusudur. == Klub karyerası == === Donkaster Rovers === Prior Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Niall Meysonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Prior klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Kuber-Pedi
Kuber-Pedi (ing. Coober Pedy) — Avstraliyada ən kiçik yaşayış məntəqəsi olan unikal yeraltı şəhər. == Opal paytaxtı == Bu şəhər opal paytaxtı hesab edilir. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Burada ilk opal daşı 1849-cu ildə tapılmışdı. == Əhalisi == Əhalisinin sayı 1695 nəfərdir (2011). Başqa çıxış yolları olmadıqları üçün insanların burada yer altında məskunlaşmasına səbəb olan amillər güclü külək və yüksək temperatur olmuşdur. == Məşğuliyyət == Şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir. Hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar. Burada yalnız yaşayış evləri deyil, həmçinin kilsə və qəbiristanlıq da var.
Lodi doyusu
Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Metaseiulus pomi
Metaseiulus pomi (lat. Metaseiulus pomi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Mineralnıye Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
Narendra Modi
Narendra Damodardas Modi (17 sentyabr 1950[…], Vadnaqar[d]) — Hindistanın 16-cı baş naziri (26 may 2014-cü ildən). Norendra Modi radikal-millətçi baxışlara çox erkən yaşlardan yiyələnib. 17 yaşında evdən çıxaraq dərviş kimi Hindistanı sərasər dolaşmış və səyahətdən geri dönən kimi doğma Qucarat ştatının paytaxtı Əhmədabadda hundu millətçi təşkilatının üzvü olmuşdur. Anti-müsəlman bəyanatları səsləndirən Narendra Modinin 2002-ci ildə doğulduğu Qucaratda baş vermiş qırğında mindən çox müsəlman öldürülməsində rolunun olması ilə bağlı Hindistan Ali Məhkəməsi onun təqsirsiz olduğunu bəyan etsə də, qırğının əks-sədası xaricdə də eşidildi və ABŞ-də Narendra Modinin gəlişinə qadağa qoyuldu. Narendra Modi 2015-ci ilin iyununda "təsadüfən" "Google" versiyasında 10 ən təhlükəli cinayətkar siyahısına düşmüş və "Google" sonradan bu səhvə görə üzr istəməli olmuşdu. Narendra Modi sosial şəbəkələrdə fəal iştirak edir. Baş nazirin 2018-ci ilin may ayına olan məlumata əsasən, "Twitter"də 43 milyon oxucusu var. Bu dünya siyatəçiıəri arasında Barak Obama (103 milyon) və Donald Trampdan (52 milyon) sonra üçüncü nəticədir. Vegetriandır, asudə vaxtlarında isə qucarat dilində şeirlər yazır.
Poda adası
Poda — Taylandın Krabi vilayətində yerləşən ada. Ao Nanqe çimərliyindən 8 km cənubda yerləşir. Adanın uzunluğu 1 km, eni isə 600 metrdir. Ada Mu Ko Poda və ya Poda adaları qrupuna daxildir.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Poti razılaşması
Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma. 1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı. Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi.
Sofiya Lodi
Sofiya Lodi (29 yanvar 1998, Breşiya, Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həm də Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Taylor Pozi
Taylor Qarsia Pozi (ing. Tyler Garcia Posey; 18 oktyabr 1991, Santa-Monika, Kaliforniya) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır. Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur. Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.
Kodi Qakpo
Kodi Qakpo (7 may 1999, Eyndhoven, Şimali Brabant) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Mineralnıye-Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.