Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Porsova
Porsova (Yardımlı)
Padova
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. == Tarixi == Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Mixails Popkovs
Mixails Popkovs (21 may 1957, Özbəkistan) — Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2007-2010)
Porsova (Yardımlı)
Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.[mənbə göstərin] == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri - Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.
Yekaterina Volkova
Yekaterina "Katya" Volkova (d. 2 iyul 1997, Sankt-Peterburq) — Finlandiyanı təmsil edən rus əsilli bədii gimnast. Yekaterina Volkova 2016-cı ildə Finlandiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yekaterina Volkova 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 67.515 xal topladı və 21-ci yeri tutaraq mübarizəni dayandırdı.
Yuliya Volkova
Yuliya Oleqovna Volkova (rus. Юлия Олеговна Волкова; 20 fevral 1985, Moskva) — T.A.T.u. qrupunun üzvü olan Rusiya müğənnisi.
Anjela Volkova
Anjela Volkova (29 iyun 1974) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Anjela Volkova 1974-cü il iyunun 29-da anadan olub. == Karyerası == Anjela Volkova 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya), 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Albert Popkov
Albert Popkov (26 sentiyabr 1972) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Odnoklassniki-in qurucusu Rusiyalı proqramçı == Həyatı == Albert Popkovun 1972-ci il, 26 sentyabrda dünyaya gəldiyi Rusiyanın Cənubi Saxalinsk şəhərindən başlanır. 1975-ci ildə Popkovlar ailəsi Moskvaya köçür, burada Albert texnikumda təhsil alır və eyni zamanda Moskva Hesablama Maşınqayırması Elmi Tədqiqat İnstitutunda proqramçı kimi çalışır. Albert 8 dərəcəli fərdi kompüterlər - "Vektor" və "Korvet" üçün proqram təminatının yaradılması ilə məşğul olurdu. Bu maşınlar Sovet İttifaqının məktəblərində uşaqların informatika təlimi üçün geniş istifadə olunurdu. Təhsil müəssisəsini bitirdikdən sonra gənc oğlan həyatda öz yerini axtarmağa başlayır. 90-cı illərdə proqramçıların maddi durumu elə də ürəkaçan deyildi. Ona görə də Albert bir sıra işlərlə məşğul olur: mağazada satıcı işləyir, karandaş fabrikində çalışır, hətta bazarda batareya satır. 1995-ci ildən Albert Pokov veb dizaynla məşğul olmağa başlayır. O, bir neçə böyük qərb şirkətinin saytını yaradır. 90-cı illərin sonlarında "i-CD Publishing" şirkəti Alberti Böyük Britaniyaya işə dəvət edir.
Mixail Popkov
Mixail Daniloviç Popkov (14 noyabr 1924 – 23 avqust 2023) — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981–1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984–1989). == Həyatı == 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V. İ. Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib. 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub. 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir. 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi == Həyatı == 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. == Həyatı == Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. == Filmoqrafiya == Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz. Od.
Valentina Popova
Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984). == Karyerası == === Oyunçu === Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib.1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib.Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur. === Məşqçi === Hazırda qadınlardan ibarət stolüstü tennis üzrə Slovakiya yığma komandasının məşqçisidir. == Şəxsi həyatı == 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.
Yekaterina Volkova (sənətçi)