Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır. Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Ponsen (En)
Ponsen (fr. Poncin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ferdinand Porşe
Ferdinand Porsche (3 sentyabr 1875, Libereç – 30 yanvar 1951[…], Ştutqart) — Avstriya əslli Alman avtomobil mühəndisi. Porsche orijinal Volkswagen Beetles(n)i hazırlamış, məşhur Alman tankları Tiger I, Tiger II və Elefant tanklarının dizaynlarında iştirak etmişdir. == Fəaliyyəti == 1916da Daimler-Motoren-Gesellschaftın Avstriyadakı fabrikinin ümumi müdiri olmuşdur. 1923-cü ildə Stuttgartdakı şirkət mərkəzində vəzifə götürdü. 1931-ci ildə idman və yarış avtomobilləri dizaynı etmək üçün öz şirkətini qurdu. Oğlu Ferdinandla birlikdə Hitlerin xalq avtomobili proyektiylə yaxından maraqlandı. 1934-cü ildə Volkswagenin ön dizayn işlərinin başına gətirildi. II Dünya Savaşı əsnasında başda Tiger tankı olmaq üzrə bir çox əsgəri vasitənin dizaynını reallaşdırdı. Döyüşdən sonra bir müddət Fransada həbs həyatı yaşadı. Qurduğu şirkət 1948-ci ildən sonra Porsche markası altında avtomobillər çıxardı.
Nathuram Qodse
Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili. Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi. Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi. Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Pavlovskiy Posad
Pavlovskiy Posad — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Porşe 911
Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur. İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir. Ardıcıl hərfləri (A, B, C, vs.); Porşe tərəfindən model ilini və kassa tipini ifadə etmək üçün istifadə edilmişdir. Yeni model ilini ifadə etmək üçün bəzən ardıcıl hərfi dəyişdirilmişdir. Məsələn ilk 911 modelləri A ardıcıllığı, ilk 993 modelləri isə R ardıcıllığı olaraq adlandırılmışdır. Bu maddədə modellər, Porşenin fabrik içi adlandırmalarına görə adlandırılmışdır (911, 964, 993, 996, 997); ancaq bütün modellər 911 adı altında satılmışdır. "Carrera", "GT3", "Turbo" kimi ibarələr modelin alt xüsusiyyətləri ilə əlaqəlidir, ancaq bütün vasitələr 911 seriyasıdır.
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.
Qavrilov Posad
Qavrilov Posad (rus. Гаврилов Посад) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Tarsius podje
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Podye Milli Parkı
Podıyi Milli Parkı (çex. Národní park Podyjí) — Çexiyanın Yihomoravsk diyarında yerləşən milli park. Çexiyanın 4 milli parkından biridir. Milli park 1991-ci ildən fəaliyyətdədir. Sahəsinə görə olduqca kiçik milli parkdır və sahəsi cəmi 63 km2-dır. Podıyi Milli Parkı Çexiyanın ən kiçik milli parkıdır. Sahəsi 63 km2 olsa da, ciddi qorunan sahə 29 km2-dır. Milli park Avstriya ilə sərhəddədir. Die çayı Avstriya ilə sərhədi müəyyən etməkdədir və milli park bu çayın bir sahilindədir. Burada uzunluğu 40 km olan Die kanyonu keçir.
Xuan Ponse de Leon
Xuan Ponse de Leon (isp. Juan Ponce de León; 8 aprel 1480 və ya 1474 – 1521[…], Havana, İspaniya imperiyası) — İspaniya səyyah və konkistador. Xuan Ponse de Leon İspaniyanın Valyadolid şəhərində anadan olmuşdur. Gənclik illərində Qranada şəhəri uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir. Ponce de Lion Xristofor Kolumbla eyni gəmidə yeni dünya adlandırılan Şimali Amerikaya getmişdir. İspaniya kral ailəsi tərəfindən verilən əmrə əsasən Puerto -Rikonun ilk qubernatoru təyin edilmişdir. 1513-cü ildə indiki Florida ştatı əraizisininı kəşf etmişdir. O, Amerika Birləşmiş Ştatlarına gəlmiş ilk avropalı hesab olunur. Espanyola adasının fəth edilməsində yaxından iştirak etdikədən sonra Ponse de Leon bu adada yaşamağa başlamışdır. Leon adada yaşayan yerli xalqın tez-tez yaxınlıqda yerləşən Puerto-Riko adası haqqında danışıqlarını eşidirdi.
Oded Məhəmməd Danial
Oded Məhəmməd Danial (d. 15 oktyabr 1962 – ö. 10 dekabr 2021) — İndoneziya siyasətçisi, Bandunqun meri. Daha əvvəl də Rizvan Kamilin müavini və daha əvvəl şəhər məclis müşaviri vəzifəsini icra etmişdi. Tasikmalayadan başlayaraq öz işinə başlamazdan əvvəl İndoneziya Aerospace-də işləmişdir. Firavan Ədalət Partiyasının üzvü kimi siyasətə daxil olub 2018-ci il şəhər rəhbərliyi seçkilərində qalib gəldikdən sonra Bandunqun meri oldu. Oded 1962-ci il 15 noyabrda Tasikmalaya Reqensidə (inzibati ərazi) anadan olub, burada əsas təhsilini bitirdi. O, orta ticarət məktəbinə getdi və orta məktəbin ekvivalenti üçün maşınqayırma mühəndisliyi məktəbini davam etdirdi. Daha sonra Pasaqan Universitetində oxuyaraq 2017-ci ildə məzun oldu. 1983-cü ildə təhsilini bitirdikdən sonra Oded İndoneziya Aerokosmikin ehtiyat hissələri bölməsində şirkət işçilərinin çoxunun işdən çıxarıldığı 1999-cu ilədək 16 il işləmişdir.