Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kiki Kogelnik
Kiki Kogelnik (alm. Kiki Kogelnik‎; 22 yanvar 1935, Qrats – 1 fevral 1997, Vyana) — Avstriyalı rəssam, heykəltaraş, qrafika rəssamı. Avstriyanın cənubunda anadan olub, Vyana İncəsənət Akademiyasında təhsil alıb və 1961-ci ildə Nyu-Yorka köçüb. Kogelnik pop-art hərəkatının bir hissəsi olmasına baxmayaraq, Avstriyanın ən mühüm qadın rəssamı hesab olunur. == Həyatı == === 1960-cı illər === Kiki Kogelnik karyerasına 1961-ci ildə Vyanada "Nächst St. Stephan" qalereyasında abstrakt rəsmlərini nümayiş etdirməklə başlamışdır. Onun yaradacılığına Paris məktəbi nümayəndəsi Serj Polyakov ciddi təsir göstərmişdir. Lakin sonradan Kiki Nyu-Yorkda o zaman populyar olan pop-art hərəkatının təsiri ilə özünəməxsus janrını yarada bildi. Kiki Kogelnik avstriyalı abstrakt ekspressionist rəssam Arnulf Raynerlə nişanlı olub. Buna baxmayaraq, Kogelnik başqa bir mücərrəd ekspressionist amerikalı rəssam Sem Frensislə də yaxın münasibətlərdə olub.
Viktor Ponidelnik abidəsi (Rostov-na-Donu)
Viktor Ponidelnik abidəsi və ya Futbolçu heykəli — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Olimp-2 stadionunun yaxınlııbda qoyulmuşdur. 2015-ci ildə futbolçu Viktor Ponidelnikin şərəfinə adlandırılmışdır. O, 1960-cı il Avropa kubokunun finalında vurulmuş qızıl qolun müəllifidir. 2013-cü ildə Rostov-na-Donu ərazisində İdman nazirliyinin rəhbərliyi altında futbolçu Viktor Nonedelnikin şərəfinə abidənin ucaldılması haqqında konkurs təşkil edir. Elə həmin ilin avqustunda Dmitri Vasileviç Lındin konkurda iştirak etmək qərarına qəlir. Sentyabrda o, gildən bir eskiz hazırlamışdı. Onunla yanaşı üç nəfər bu yarışmada iştirak edirdi. Bununla bağlı komisiya təşkil edilir. Bu komisiyaya vitse qubernator Sergey İvnoviç Qorban, futbolçu Viktor Ponidelnik və Rostov vilayətinin idman nazirliyi nümayəndəsi Yuri Balanxin daxil idi.