Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Lodi doyusu
Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Sofiya Lodi
Sofiya Lodi (29 yanvar 1998, Breşiya, Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həm də Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Lüsi Klodi Makr
Lüsi Klodi Makr (lat. Lucius Claudius Macer; ? - 68) - 68-ci ildə Roma uzurpatoru. Yulilər-Klavdilər mənşəlidir. Bir neçə aylıq hakimiyyətindən sonra onu imperator Qalba əvəz etmişdir. == Ədəbiyyat == Tasit Korneli. Tarix. 2,97,2; 4.49,4; 1,37,3; 1,7,1 Plutarx. Qalba. 6.
Alofi
Alofi (Alofis) (ing. Alofi) — qəsəbə, Sakit okeanın cənub hissəsində yerləşən Niue adasının inzibati mərkəzi . Koordinatları: 19°4' c.e. 169°95' q.u. Dəniz səviyyəsindən hündürlüyü — 20 m. Əhalisi — 614 nəfər (2001-ci il, siyahıyaalma). İki hissədən ibarətdir — Şimali Alofi (əhalisi 256 məfər) və hökumət idarələri yerləşən Cənubi Alofi (əhalisi 358 nəfər). Həmçinin liman şəhəridir, kopra və banan aparılır. Alofi adanın qayalı sahili boyu bir neçə kilometr uzunluğunda olan yaşayış məntəqəsidir. Qəsəbənin bir neçə gözəgəlimli binasından əlavə kanoe yaxınlaşması üçün sahil yeri vardır.
Lordi
Lordi — fin-rok qrupu. == Üzvlər == Mr. Lordi (Tomi Putaansuu) Kone Hiisi Hella Mana == Albomlar == Get Heavy (2002) The Monsterican Dream (2004) The Arockalypse (2006) Deadache (2008) Babez For Breakfast (2010) To Beast or Not To Beast (2013) Scare Force One (2014) Monstereophonic – Theaterror vs. Demonarchy (2016) Sexorcism (2018) Killection (2020) Lordiversity (2021) == Tarixi == Lordi, 1996-cı ildə Mister Lordi (Tomi Putaansuu) tərəfindən yaradılan fin-rok qrupudur. Bu qrup qorxulu kostyum və maskaları ilə tanınır. Qrupda mister Lordidən savayı, Amen, Ox, Hella və Mana-da ifa edirlər. Qrupun ilk "Get Heavy" adlı albomu 2002-ci ildə Hellovin gecəsi günü işıq üzü görmüşdür. Alboma daxil edilən "Devil is a loser" (Şeytan yaramazdır") adlı mahnı qrupun ilk hitinə çevrilmişdir. Qrupun ilk mahnıları vampirlərə, ruhlara və qulyabanılara həsr olunmuşdur. Lordi, 2006-cı ildə Avroviziya mahnı musabiqəsində "Hard Rock Hallelujah" adlı mahnını səsləndirərək 292 bal toplayaraq qalib oldular.
Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos-Ayres) — Argentina botaniki. Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 366 nəfərdir. Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Plovdiv
Plovdiv (bolq. Пловдив) — Bolqarıstanın paytaxtı Sofiyadan sonra ikinci ən böyük şəhəri ki 2012-ci ilin dekabr ayında 339,077 nəfər əhalisi var idi. Plovdiv vilayəti və bələdiyyəsinin inzibati mərkəzi.
Plоçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ploçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.