Polat Alemdar

Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir.

Polad Ələmdar
türk. Polat Alemdar
Qurdlar Vadisi personajı
Necati Şaşmaz Polad Ələmdar rolunda.
İlk görünmə Qurdlar Vadisi 1–ci bölüm
Son görünmə Qurdlar Vadisi: Vətən
Yaradan Əhməd Yurdaqul
Raci Şaşmaz
Bahadur Özdənər
Canlandıran Necati Şaşmaz
Səsləndirən Arda Əsən (2003)
Ümid Tabak (2003–2016)
Doğum tarixi 20 noyabr 1973 (1973-11-20) (50 yaş)[1]
Doğum yeri Münhen, Almaniya[1]
Digər adları Əfə Yaqub Qaraxanlı (doğum adı)
Əli Candan (övladlıq adı)
Məlumat
Ləqəb(lər)i Canpolad
Usta
Masqalı Fədai
Cinsi kişi
Peşə diplomat (əvvəllər)
yüksək vəzifəli dövlət qulluqçusu
Əlaqələri Elif Eylül (öldü)
Süleyman Çakır (öldü)
Məmati Baş (öldü)
Aslan Akbəy (öldü)
Əbdülhey Çoban (öldü)
Dəli Hikmət (öldü)
Doğu Əşrəfoğlu (öldü)
Güllü Ərxan
Cahid Qaya
Duran Şatıroğlu (öldü)
Seyfo Dayı (öldü)
Qara (öldü)
Akif Dəvəçi (öldü)
Pusat Çakır (öldü)
Laz Ziya (öldü)
Nəsrin Çakır (öldü)
Meral Yılmaz (öldü)
Dərya Çakır (öldü)
Tuncay Kantarcı (itkin)
Ahu Toros (öldü)
Qılınc (öldü)
Hüsrəv Ağa (öldü)
Halo Dayı (öldü)
Nəvzat Yakışırbəy (öldü)
Həsən Pürmüz (öldü)
Asya Tuna
Yasin
Titul KGT başqanı (əvvəllər)
Ağsaçlı (əvvəllər)
Ocaqlar lideri
Baron (əvvəllər)
Ailə Nəzifə Candan (ögey anası, öldü)
Ömər Candan (ögey atası, öldü)
Mehmet Qaraxanlı (atası, öldü)
Nərgiz Qaraxanlı (anası, öldü)
Səfiyə Qaraxanlı (bacısı)
Həyat yoldaşı Əbru Duru (öldü)
İnci Tataroğlu (öldü)
Leyla Türkmən (öldü)
Uşaqlar Elif Ələmdar (qızı)
Əli Ələmdar (öldü)
Yusif Quzuzadə
Dini islam
Milliyyəti türk
Düşmən(lər)  • Qurdlar Vadisində
Şevko
Tombalacı Mehmet
Nizaməddin Güvənc
Pala
Tülkü Andrey
Testere Necmi
Film(lər) Qurdlar Vadisi: İraq
Qurdlar Vadisi: Fələstin
Qurdlar Vadisi: Vətən
Serial(lar) Qurdlar Vadisi
Qurdlar Vadisi: Terror
Qurdlar Vadisi: Pusqu

Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür.

Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur. Mehmet Qaraxanlı dövlətə əhəmiyyətli xidmətləri olmuş bir kəşfiyyatçı idi. Xüsusilə Aslan Akbəylə bir sıra uğurlu əməliyyatlarda yer almışdır. Ancaq ən sonuncu əməliyyatlarında var-dövlət qarşılığında İsrailə fələstinlilərin qaldığı bir qaçqın düşərgəsində silahların gizlədildiyini bəyan edərək vətəninə xəyanət etmişdir. Daha sonra İsrail həmin düşərgəni bombalamışdır. Elə həmin vaxt düşərgədə olan Aslan Akbəyin qardaşı və qardaşının nişanlısı ölmüşdür. Aslan bəy ya da ləqəbiylə Əmi (türk. Amca) bunun intiqamını almaq üçün Qaraxanlının oğlu Əfə Yaqub Qaraxanlını qaçırmış və yetimlər evinə vermişdir. Atası Mehmet Qaraxanlı kimi asqırdığı vaxt 3 dəfə ard-arda asqırır. Bu sirri də təkcə Aslan Akbəy bilirdi. Ömər Candan və Nəzifə Candan adında bir cütlük yetimlər evindən övladlığa uşaq götürmək qərarına gəlir. Akbəy Əfə Yaqubun bu cütlüyə övladlığa verilməsini təmin etmişdir. Akbəyin məqsədi Əfə Yaqubu naməlum bir ailədə gizlədərək təkrar öz anası və atası tərəfindən tapılmasına mane olmaq idi. Ömər və Nəzifə Candan cütlüyü isə Əfə Yaquba Əli adını verir. Beləcə, Mehmet Karahanlının oğlu Əfə Yaqub Qaraxanlı Əli Candan olur. Əli Candan böyüyəndə Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib diplomat olur. Əli Candan diplomat kimi görünsə də kəşfiyyatçı idi və Aslan Akbəyə xidmət edirdi. Əli Candan bir sıra Avropa ölkələrində uğurlu əməliyyatlarda iştirak etmişdir. Bir çox əməliyyatlarda Hikmət kod adını istifadə etmişdir.

Polad Ələmdar ingilis, fransız, ərəb, rus, və kürd dillərini yüksək səviyyədə danışa bilir. O, bütün silah və döyüş növləri üzrə profesionallaşmışdır. O, vətəninə sadiq və yaxınlarına bağlıdır. Vətəni və milləti mövzusunda heç bir halda güzəştə getməyən Polad ciddi bir personaj olduğu kimi, bir o qədər də duyğusaldır.

Şəxsi münasibətləri və partnyorları

[redaktə | mənbəni redaktə et]

Lübnanlı Leyla

[redaktə | mənbəni redaktə et]

İnci Tataroğlu

[redaktə | mənbəni redaktə et]

Leyla Türkmən

[redaktə | mənbəni redaktə et]

Filmlər və seriallar

[redaktə | mənbəni redaktə et]

Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür.

Qurdlar Vadisində

[redaktə | mənbəni redaktə et]

Qurdlar Vadisi Pusuda

[redaktə | mənbəni redaktə et]

Seriyanın baş personajı olan Polad Ələmdar,[2] Osman Sınavın yeni layihəsi eşidiləndə çoxları baş rolun Kənan İmirzalıoğlu olacağını düşünmüşdü, ancaq Sınav rol üçün Cenk Toruna təklif göndərdi, amma Cenk Torun rolu soruşmadan təklifi rədd etdi.[3] Nəhayət Osman Sınav rol üçün aktyorluq təcrübəsi belə olmayan Necati Şaşmazı seçdi.

Ssenariya əsasən, seriyanın baş rol aktyorunun teleserialın ilk seriyasında yox, ikinci seriyasında üzünü dəyişdirərək seriyaya daxil olması qərarlaşdırıldı.

Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir.[4]

Bəzi iddialara görə, personaj Abdullah Çatlını təmsil edir, lakin filmin yaradıcıları bu iddianı nə rədd etmiş, nə də qəbul etmişdir.

Qurdlar Vadisi seriyasından təsirlənən bir ailə əkiz uşaqlarının adını Polad və Memati olaraq dəyişdirməyə qərar vermişdir.[5] Məhkəmə Polad adına icazə verərkən, Memati adına icazə verməmişdir.[5]

Qurdlar Vadisi serialının məşhurlaşması ilə cəmiyyətdə, xüsusilə tələbələr arasında rol modeli olaraq görülməyə başlanmışdır. Beynəlxalq Siyasi və Strateji Araşdırmalar Mərkəzinin Türkiyənin 17 ilində orta məktəb şagirdləri arasında keçirdiyi sorğuda "Özünüzə yetkin olaraq kimi nümunə götürürsünüz?" sualında Polad Ələmdar birinci sıraya çıxmışdır.[6]

  1. 1 2 "Aslan Akbey Polat Alemdar'ı anlatıyor - Kurtlar Vadisi 2 .Bölüm" (türk). Kurtlar Vadisi - YouTube. 16 sentyabr 2015. 23 oktyabr 2020 tarixində arxivləşdirilib.
  2. "Polat Alemdar Kimdir ?" (türk). SABAH. 22 oktyabr 2015. 22 iyul 2020 tarixində arxivləşdirilib.
  3. "Çılgın Bediş'in Oktay'ı CENK TORUN: Kurtlar Vadisi'nin teklifini rolü sormadan geri çevirdim. Meğer POLAT ALEMDAR'ı oynayacakmışım!" (türk). 24 fevral 2017. 8 oktyabr 2020 tarixində arxivləşdirilib.
  4. "Polat Alemdar'ı ilk seslendiren Arda Esen anlatıyor:" (türk). Kurtlarr Vadisi - YouTube. 7 may 2019.
  5. 1 2 "Çocuğun adı 'Polat' olur, 'Memati' olmaz" (türk). Hürriyet. 8 aprel 2009. 19 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2022.
  6. "Türk gençleri hayatı nasıl algılıyor?" (türk). KİGEM. 13 noyabr 2018 tarixində arxivləşdirilib.