Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Müjdat Gәzәn
Müjdat Gəzən (29 oktyabr 1943, Fateh, İstanbul ili) — Türkiyə kino və televiziya aktyoru. Müjdat Gəzən 29 oktyabr 1943-cü ildə İstanbul şəhərində anadan olub.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Rojda Demirer
Rojda Demirer — Türkiyə kino və teatr aktrisası. Rojda Demirer 12 avqust 1980-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində anadan olmuşdur.
Polsat Sport News
«Polsat Sport 3» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Poda adası
Poda — Taylandın Krabi vilayətində yerləşən ada. Ao Nanqe çimərliyindən 8 km cənubda yerləşir. Adanın uzunluğu 1 km, eni isə 600 metrdir. Ada Mu Ko Poda və ya Poda adaları qrupuna daxildir.
Poda Qorunan Təbiət Ərazisi
Poda Qorunan Təbiət Ərazisi — 1989-cu ildə Bolqarıstan Su və Ətraf Mühit Nazirliyi tərəfindən qorunan ərazi elan edildi. Bura Bolqarıstanda qeyri-hökumət təşkilatı və qeyri-Hökumət qorumaları cəmiyyəti olan Bolqar Quşları Müdafiə Cəmiyyəti (ing. Bulgarian Society for the Protection of Birds)(BSPB) tərəfindən tamamilə idarə olunan və ilk qorunan ərazidir. BSPB, Nazirlər Kabinetinin İdarəetmə Planı tərəfindən qəbul edilən fəaliyyətləri hazırlayır və həyata keçirir, lakin maliyyəsini giriş haqlarından, satılan hədiyyələrdən və verilən fondlardan alır. Cəmiyyət tənzimləmə vasitəsilə təbiətin qorunması, ekoloji təhsil və ekoturizm üçün davamlı bir model olmağı hədəfləyir. Bolqarıstanın cənub-şərqi Qara dəniz sahilindəki liman şəhəri Burqasdan cənubda yerləşən Poda, Qara dəniz və üç böyük göl – Vaya gölü, Mandra gölü və Atanasovsko gölü ilə əhatə olunmuşdur. Poda ilə qorunan ərazi ilə yanaşı, Burqaz gölləri adlanan böyük bir bataqlıq ərazisini meydana gətirirlər. Şərqi Avropa köçəri yolundan istifadə edən köçəri quşların çoxu üçün Via Pontika istirahət stansiyası olaraq bioloji əhəmiyyətli bir sahədir. 2002-ci ildə Poda Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazilərinin Ramsar siyahısına daxil edildi. Nisbətən kiçik bir ərazini tutmasına baxmayaraq, Poda qorunan ərazisində 265 quş növü müşahidə edilmişdir.