Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Pоjeqа
Pojeqa (xorv. Požega) — Xorvatiyanın Pojejsko-Slavonskaya bölgəsində yerləşən şəhər. 2011-ci il siyahıyaalmasına görə əhalisi 26,248 nəfərdir. Pojejsko-Slavonskaya bölgəsinin inzibati mərkəzidir. 1537-ci ildə Osmanlılar tərəfindən fəth edilən şəhər əvvəlcə Bosniya əyalətinin sancağına çevrildi və Kanije vilayətinin qurulmasından sonra bu əyalətə bağlandı. 1687-ci ildə Habsburqlar tərəfindən işğal edilənə qədər bir Osmanlı sancağı olaraq qaldı. Aşağıdakı qəsəbələrdə şəhər inzibati ərazisinin ümumi əhalisi 26,248 nəfərdir. Etnik mənsubiyyətinə görə əhalisinin 93,24% xorvatlar, 4,66% serblər, 0,38% albanlar, 0,15% çexlər və başqaları.
Pojeqa
Pojeqa (xorv. Požega) — Xorvatiyanın Pojejsko-Slavonskaya bölgəsində yerləşən şəhər. 2011-ci il siyahıyaalmasına görə əhalisi 26,248 nəfərdir. Pojejsko-Slavonskaya bölgəsinin inzibati mərkəzidir. == Tarixi == 1537-ci ildə Osmanlılar tərəfindən fəth edilən şəhər əvvəlcə Bosniya əyalətinin sancağına çevrildi və Kanije vilayətinin qurulmasından sonra bu əyalətə bağlandı. 1687-ci ildə Habsburqlar tərəfindən işğal edilənə qədər bir Osmanlı sancağı olaraq qaldı. == Demoqrafiyası == Aşağıdakı qəsəbələrdə şəhər inzibati ərazisinin ümumi əhalisi 26,248 nəfərdir. Etnik mənsubiyyətinə görə əhalisinin 93,24% xorvatlar, 4,66% serblər, 0,38% albanlar, 0,15% çexlər və başqaları.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.