Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Pokut yaylağı
Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır. Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir. Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir. Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.