Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pokrovka
Pokrovka (Əbyəlil) — Pokrovka (Auırqazı) — Pokrovka (Baymak) — Pokrovka (Şaran) Pokrovka (Cəlilabad) — Cəlilabad rayonunun Günəşli kəndinin 27 mart 2001-ci ilə qədərki adı. Pokrovka (Sabirabad) — Sabirabad rayonunun Qaratəpə kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Pokrovka (Auırqazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Avurğazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Bakalı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (84%) üstünlük təşkil edir.
Pokrovka (Baymak)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 64 km, kənd sovetliyindən (Urqaza): 35 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 28 km.
Pokrovka (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Pokrovka (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Pokrovka (Şaran)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Pokrovka (Əbyəlil)
Pokrovka kəndi (başq. Покровка) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qızıl Başqırdıstan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Pokrovka kəndinin milli tərkibi: başqırdlar (58 %), ruslar (29 %). Məsafələr: rayon mərkəzindən (Askorovo): 55 km., kənd sovetliyindən (Qızıl Başqırdıstan): 30 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 25 km. Совет муниципальных образований Республики Башкортостан.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur. Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz.
Valentina Popova
Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984). Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib. 1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib. Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.