Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Politiya
Politiya (yun. πολιτεία) kəsb etdiyi əsas məna: Çoxluğun hakimiyyəti. İctimai hakimiyyə. Aristotelə görə çoxluğun ümumi mənafe naminə idarəetməsi. Oliqarxiya və Demokratiyanın yaxşı xüsusiyətlərini özündə birləşdirib, onların çatışmazlığından azaddır. Георгиев П. В. Русский Панславизм XIX века и античная демократия: концепция политии М. С. Куторги // Ученые записки Казанского государственного университета. Сер. Гуманитарные науки. — 2008. — Т. 150, кн.
İctimai Politika
İctimai politika konsepsiya tərəfindən rəhbər tutulan və tez-tez proqramlar tərəfindən həyata keçirilən müvafiq və real dünya problemlərini həll etmək və ya həlli üçün qanunlar, qaydalar, təlimatlar və tədbirlər kimi institusionallaşdırılmış təklif və ya qərar verilmiş elementlər toplusudur. Bu politikalar təhsil, səhiyyə, məşğulluq, maliyyə, iqtisadiyyat, nəqliyyat və cəmiyyətin bütün elementləri kimi həyatın müxtəlif aspektlərini idarə edir və əhatə edir. İctimai politika həyata keçirilməsi dövlət idarəçiliyi kimi tanınır. İctimai politikanın hökumətin birbaşa və dolayı fəaliyyətinin məcmusu hesab oluna bilər və müxtəlif üsullarla konseptuallaşdırılıb. Politikalar adətən hökumət tərəfindən ictimaiyyət adından yaradılır yaxud qüvvəyə minir. Bəzən onlar qeyri-kommersiya təşkilatları tərəfindən hazırlanır və ya icmalar və ya vətəndaşlarla birgə hazırlanır. Ona görə də “politika prosesi mürəkkəb siyasi prosesdir ki, burada bir çox aktorlar iştirak edir: seçilmiş siyasətçilər, siyasi partiya liderləri, təzyiq qrupları, dövlət qulluqçuları, ictimai işlərdə çalışan peşəkarlar, hakimlər, qeyri-hökumət təşkilatları, beynəlxalq agentliklər, akademik ekspertlər, jurnalistlər və hətta bəzən özlərini politikanın passiv alıcısı kimi görən vətəndaşlar da olur”. Siyasət və politika terminlərinin Azərbaycancada oxşar mənaları vardır. Bugünkü elmi ədəbiyyatda "politika" termini ingiliscə "policy" olan başqa bir fenomeni təsvir etmək üçün də istifadə olunur. Bu məqalədə "Policy" fenomeninin Azərbaycanca qarşılığı üçün "politika" ifadəsinin işlədilməsi də təklif olunur.
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Politico
Politico — mərkəzi Virciniya ştatının Arlinqton şəhərində yerləşən ABŞ siyasi jurnalistika mediası şirkəti. Şirkətin məzmunu Amerika Birləşmiş Ştatlarında və beynəlxalq miqyasda siyasət və idarəetmə mövzularını əhatə edir. Şirkətin yaratdığı məzmun televiziya, internet, "The Politico" və radio vasitəsilə yayımlanır. Mövzulara ABŞ Konqresi, lobbiçilik, KİV-lər və prezident administrasiyası də daxil olmaqla Vaşinqtonu əhatə edir. Con F. Harris və Cim Vandehey "The Washington Post" qəzetindən ayrılaraq müvafiq olaraq "The Politico" qəzetinin baş redaktoru və icraçı redaktoru vəzifələrini daşımağa başladılar. Şirkət 23 yanvar 2007-ci il tarixində fəaliyyətə başlamıdır. Frederik C Rayan (kiçik) şirkətin birinci prezidenti və icraçı direktoru idi. Robert L. Albrayton şirkətin qurucusu və yayımçısıdır. 2013-cü ilin oktyabrında "The Politico"nun uzun müddətdir redaktoru olan Cim Vandehey şirkəti icraçı direktoru və prezidenti olmuşdur. 2015-ci ildə "Politico" Belkiçanın Brüssel şəhərində "Politico Europe" adlı bir Avropa bürosu açmışdır.
Poetika
Poetika — ədəbiyyat daxilində, xüsusilə, poeziyada quruluş, forma və diskurs nəzəriyyəsidir. Poetika termini qədim yunan dilində "ποιητικός poietikos" sözündən götürülmüşdür və "poeziyaya aid" deməkdir. Qərb dünyasında poetikanın inkişafı və təkamülündə poetik kompozisiya ilə bağlı üç bədii cərəyan var idi: formalist obyektivist Aristotelçi Aristotelin "Poetika" əsəri ədəbiyyat nəzəriyyəsinə diqqət yetirən ilk risalədir. Əsər uzun müddət Qərb dünyasına itdi. O, Orta əsrlərdə və erkən İntibah dövründə yalnız Averroes (İbn Rüşd) tərəfindən yazılmış və 1256-cı ildə Hermannus Alemannus tərəfindən tərcümə edilmiş ərəb şərhinin latın dilinə tərcüməsi vasitəsilə mümkün olmuşdur. 1278-ci ildə William of Moerbeke tərəfindən edilən dəqiq yunan-latın tərcüməsi faktiki olaraq nəzərə alınmadı. Ərəbcə tərcümə orijinal "Poetika"dan lüğətdə geniş şəkildə ayrıldı və orta əsrlər boyu davam edən Aristotel düşüncəsinin yanlış şərhinə səbəb oldu. Müasir poetika İntibah İtaliyasında inkişaf etmişdir. Qədim ədəbi mətnləri xristianlığın işığında şərh etmək, Dante, Petrarka, Bokaççionun povestlərini dəyərləndirmək və qiymətləndirmək zərurəti ədəbiyyat nəzəriyyəsi ilə bağlı mürəkkəb diskursların inkişafına kömək etdi. İlk növbədə Covanni Bokaççionun "Genealogia Deorum Gentilium" (1360) əsəri sayəsində savadlı elita metaforik və obrazlı troplar haqqında zəngin anlayış əldə etdi.
Homo politikus
Homo politicus siyasi şəxs deməkdir. Siyasi elm konkret olaraq siyasi şəxslə (homo politicus) məşğul olur və onu dərindən öyrənir. Digər tərəfdən, axırı us ilə qurtaran, homo politicus, homo economicus kimi insan növləri müşahidə edilə bilən şeylər deyil. Əslində realda müşahidə olunan, mövcud olan insan bənzərsizdir. Axırı us ilə qurtaran müxtəlif növ insanlar mövcud insanın müəyyən cəhətlərdən tədqiq edilməsinə imkan verən abstraktlardır.
Hərbi logitika
Aechmea politii
Aechmea politii (lat. Aechmea politii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Poetika (Aristotel)
Poetika (yunan dilində: Περὶ ποιητικῆς) — incəsənət haqqında olan baxışlarını bütövlükdə təqdim edən Aristotelin poeziya sənəti haqqında nəzəriyyələrini özündə cəmləşdirən və tarixdəki incəsənət fenomenini tədqiq edən ilk əsər olması ilə bərabər, həm də estetika tarixi baxımından da, çox mühüm bir əsərdir. Estetika anlayışı çərçivəsində; İncəsənətlərin müqayisəsini və faciənin üstünlüyünü vurğuladığı poetika əsərində Aristotel realizmlə yanaşı yaradıcı təxəyyülü də ön plana çıxarmışdır. Aristotel öz ümumi fəlsəfəsində mövcud olanlardan kənarda olan ideyanın mövcudluğunu qəbul etmədiyi kimi, Platonun incəsənət sahəsində irəli sürdüyü transsendent gözəllik "ideyasını" da qəbul etməmişdir. Aristotetə görə gözəllik anlayışı mövcud olduğuna görə gözəl gördüyümüz əşyalar ilə incəsənət əsərləri öz varlıqlarını əldə etmirlər, əksinə, sənət əsərləri mövcud olduğuna görə biz gözəllik anlayışından danışa bilirik. Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir. Aristotel Poetikasına "Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleyta ilə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir" deyərək başlayır. Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur: Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Prıtıka burnu
Prıtıka burnu (rus. Притыка) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Strovı və Dvoryanoy burunları arasında yerləşir. XX əsrin 60-cı illərində Kisloqubinski qabarma elektrik stansiyasının quraşdırılma işləri burunda aparılmışdır. Sonradan isə stansiya dənizə dartma vastəsi ilə aparılmışdır. Притыка // Кольская энциклопедия. В 5 т. Т. 4. П — Т / Гл. ред.
Poetika (dəqiqləşdirmə)
Poetika
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Poetika.izm (jurnal)
Poetika.izm — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. Poetika.izm jurnalı 2013-cü il noyabrın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnalıdır və 2014-cü ildən etibarən nəşr olunur. "Poetika.izm" jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi "Poetika.İzm" jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır. Jurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir,ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini , ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyəgəəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmaları özündə birləşdirən jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir. Jurnalın redaksiya heyətinə Türkiyə, İtaliya, Latviya,Yaponiyavə və digər ölkələrin alimləri daxildir. İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü Tahirə Məmməd – professor Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru Teymur Kərimli – AMEA-nın həqiqi üzvü Bədirxan Əhmədov – professor Rəhilə Qeybullayeva – professor Məmməd Əliyev – professor Şirindil Alışanov – professor Vaqif Yusifli – filologiya elmləri doktoru, dosent Rahid Xəlilov – filologiya elmləri doktoru Salidə Şərifova – filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva – filologiya elmləri doktoru, dosent Elnarə Akimova – filologiya elmləri doktoru, dosent Ülkər Hüseynova Ramazan Korkmaz – professor (Türkiyə) Stefani Sini – professor (İtaliya) Maija Burima – professor(Latviya) Takayuki Yakota Murakami – filologiya üzrə fəlsəfə doktoru, dosent (Yaponiya) Mikolay Sokolovski – professor (Polşa) Yadiqa Petrusinska – professor (Polşa) Fatima Festik – professor (Bosniya) https://literature.az/?lang=aze&page=175 https://science.gov.az/az/news/open/23429 İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil.