Poetika.izm — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.[1]
Poetika.izm | |
---|---|
| |
Baş redaktor | akademik İsa Həbibbəyli |
Təsisçi | AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu |
Təsis tarixi | 2014 |
İlk buraxılışı | 2014 |
Ölkə | Azərbaycan |
ISSN | 2663-4406 (Print) ISSN 2709-2699 (Online) ISSN 2663-4406 (Print) ISSN 2709-2699 (Online) |
poetica.ism.literature.az |
Poetika.izm jurnalı 2013-cü il noyabrın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.[2] Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnalıdır və 2014-cü ildən etibarən nəşr olunur.
"Poetika.izm" jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır[3]. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi "Poetika.İzm" jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır.
Jurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir,ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini , ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyəgəəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmaları özündə birləşdirən jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir[4].
Jurnalın redaksiya heyətinə Türkiyə, İtaliya, Latviya,Yaponiyavə və digər ölkələrin alimləri daxildir[5].
Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru