Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Poldoxtər
Poldoxtər — İranın Luristan ostanının şəhərlərindən və Püldüxtər şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,558 nəfər və 5,131 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lor dilində danışırlar və şiə müsəlmandırlar.
Polimer
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Polotsk
Polotsk (belar. По́лацк) — Belarus Respublikasının Vitebsk vilayətində şəhər, Polotsk bölgəsinin inzibati mərkəzi. Qərbi Dvinanın hər iki sahilində, Polota çayının axdığı yerdə yerləşir. Novopolotsk şəhəri və ən yaxın şəhər və kəndlərlə birlikdə təxminən 270 min nəfər əhalisi olan Polotsk aqlomerasiyasını təşkil edir. Belarusiyanın ən qədim şəhəridir.
Yolöten
Yolötən — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Yolötən
Yolötən — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Soliter
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Olster
Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə, qalan — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır. Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir. Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar. = Tarixi = Erkən orta əsrlərdə bu əyaləti O’Nillər sülaləsi idarə edirdi.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Volter
Volter (fr. Voltaire; d. 21 noyabr 1694, Paris — ö. 30 may 1778, Paris) — XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Volter üçüncü silkə məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi. Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Poldoxtər şəhristanı
Poldoxtər şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Poldoxtər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 74,537 nəfər və 16,278 ailədən ibarət idi.
Polimer boru
Polimer boru, plastikdən hazırlanmış boru şəklində və ya boş silindrdir. Əsasən axıcı maye və qazlar (mayelər), çöküntülər, tozlar və kiçik kütlə maddələrin nəql edilməsi üçün istifadə olunur. Polimer boru içməli su, tullantı suyu, kimyəvi maddələr, isti və soyuq mayelər, ərzaq məhsulları, ultra təmiz mayelər, çöküntü, qazlar, sıxılmış hava, suvarma, polimer təzyiqli boru sistemləri və vakuum sisteminin tətbiqi üçün istifadə olunur. Polimer boruları polietilen (PE), polivinil xlorid (PVC), polipropilen (PP), poliamid (PA), polibütilen (PB) və s. kimi müxtəlif termoplastik materiallardan və onların tərkiblərindən hazırlana bilər. == Növləri == Üç əsas polimer boru növü var: === Davamlı divar borusu === İstifadəyə hazır olan termoplastik materialdan bir qat Homogen sistem matrisdən ibarət ekstrüde edilmiş borular. === Strukturlaşdırılmış divar borusu === Bu divar boruları və fitinqlər fiziki, mexaniki və performans tələblərinə nail olmaq üçün maddi istifadə ilə bağlı optimallaşdırılmış dizaynı olan məhsullardır. Strukturlaşdırılmış Divar Boruları müxtəlif proqramlar üçün və boru kəmərləri sistemlərinin xüsusi həlləri, əksər hallarda istifadəçilərlə əməkdaşlıqda hazırlanmışdır. === Bariyer borular === Boru, üç qatlanmış qatın ortasında elastik metal təbəqədir. Bariyer boru, kimyəvi maddələrdən və ya digər çirklənmədən boru (xüsusilə içməli su) içərisindən keçən tərkiblərə əlavə qorunma təmin etmək üçün istifadə olunur.
Polimer qarışıqlar
Elmi-texniki tərəqqinin səviyyəsi artdıqda poliemer materiallarının xassələrinə də tələbatlar artır. Yeni konstruksiya materiallarının, müxtəlif məqsədli məmulatların hazırlanmasında yeni fiziki-kimyəvi və fiziki-mexaniki xassələrə malik polimer materiallarına ehtiyac da artır. Xüsusi xassələrə malik müxtəlif homo- sopolimerlərin sənaye istehsalı yolu ilə alınması əksər hallarda iqtisadi cəhətdən sərfəli olmur. İri tonnajlı sənaye polimerlərinin optimal miqdarlarının kombinasiyası ilə müasir tələblərə cavab verən xassələrə malik kombinasiyaların alınması isə mümkündür. Soyuğa-, istiliyə, zərbəyə- və müxtəlif deformasiyaya davamlılıq xassələrinə malik kombinasiyaların polimer qarışıqlarından alınması məlumdur. Çoxkomponentli polimer sistemlərinin homo- və sopolimerlər, torvari quruluşlu polimerlər və qarışıqlardan ibarət təsnifatı təklif edilmişdir. Göstərilmişdir ki, sopolimerləşmə prosesində, vulkanlaşma və bərkimədə, qarışdırma proseslərində, qarşılıqlı əlaqələnmiş torvari quruluşların alınmasında daha mürəkkəb sistemlərin yaradılması mümkündür. Çox hallarda polimer qarışıqları kimi, bir-birilə kovalent əlaqələrlə əlaqələnməmiş, iki polimerdən ibarət nisbətən bircinsli sistem nəzərdə tutulur. Polimer ərintiləri kimi isə komponentləri makromolekul səviyyədə qarışmış çoxkomponentli polimer sistemləri nəzərdə tutulur. Polimer qarışıqlarının alınmasının bir neçə üsulu məlumdur, ən sadə üsul – amorf polimerlərin şüşələşmə temperaturlarından yüksək temperaturlarda, ərinti rejimində, mexaniki qarışdırılmasıdır.
Polizer adaları
Polizer adaları (fr. îles Palliser) — Tuamotu arxipelaqına daxil olan adalar qrupu (Fransa Polineziyası). == Coğrafiya == Adalar qrupuna 10 atoll daxildir. == Tarixi == Adalar qrupu Ceyms Kukun səyahətini maliyyələşdirən ingilis admiralı Hyu Pelliser (ing. Sir Hugh Palliser) şərəfinə adlanmdırılmışdır. Apataki və Arutua 1722-ci ildə holland səyyahı Yacob Roqqeven tərəfindən kəşf edilir. Taou atolu isə 1820-ci ildə rus səyyahı Faddey Bellinshauzen tərəfindən kəşf edilir.
Polonez RYAS
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir. == Xarakteristikası == Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.
Yuyçzülyü Polomen
Yuyçzülyü Polomen (v. 524 və ya 525) — Jujan dilindəki adı ilə Sakit xan 521-ci ildə qardaşı oğlunun yoxluğu vaxtında dövlət başsız qalmasın deyə taxta çıxmışdı. Yuyçzülyü Yujufanın üsyanını yatırmış və Qaoçeləri məğlub etmişdi. Anaxuanı neçə dəfə taxta qayıtmağa çağırsa da o qorxaraq gəlməmişdi. 524-cü ildə öldürüldükdən sonra Anaxuan hakimiyyətə qayıtmışdı. Ölümündən sonra hersoq titulu ilə mükafatlandırılmışdı.
Beatris Potter
Beatris Potter (28 iyul 1866[…], Vest Brompton[d], Böyük London – 22 dekabr 1943[…]) — ingilis yazıçısı, illüstrasiyaçısı və alimi. Heyvanlardan bəhs edən uşaq kitablarına üstünlük vermişdir. Ən məşhur əsəri "Dovşan Peterin nağılı"-dır. == Həyatı == 1866-cı ildə Londonda Uniteryan aiələdə anadan olan Potter, təhsilini baxıcılarından almış və digər uşaqlardan təcrid olunaraq böyüdülmüşdü. Babası Edmund Potter millət vəkili olmuşdur. Potterin atası Rupert Uilyam Potter (1832–1914) Mançesterda doğulmuş və Londonda hüquq təhsili almışdır. Atası 8 avqust 1863-cü ildə Qii Krossdakı pambıq alverçisi və gəmi istehsalçısının qızı Helen Liiç (1839–1932) ilə evləndi. 14 mart 1872-ci ildə doğulmuş Ualter Bertram adlı qardaşı olmuşdur. Onun çox sayda ev heyvanı vardı. Şotlandiyada və Leyk bölgəsində tətillər keçirir, yaxından izlədiyi və rəsmini çəkdiyi mənzərələr, flora və faunaya olan sevgisini inkişaf etdirirdi.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Eleanor Porter
Ferne-Volter
Ferne-Volter (fr. Ferney-Voltaire) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. == Tarixi == İlk olaraq Fernex adı ilə XIV əsrin tünd qırmızı sənədlərində qeyd edilmişdir. Uzun müddətdir əlçatmaz bir kənd olaraq qaldı, 1759-cu ilə qədər Ferninin yerləşdiyi ərazi Voltaire tərəfindən alınmadı. Kalvinist adətlərin sərtliyi və teatrın davam edən zülmü ilə məyus olan Cenevrədən ayrılan Voltaire, təkliyindən ləzzət ala biləcəyi, Fransa və Cenevrə hakimiyyətlərindən etibarlı ola biləcəyi və eyni zamanda qonaq qəbul etməsi və oyunlarını göstərmələri üçün bir həll yolu axtarırdı. Ferney bütün tələblərinə cavab verdi. Ferney-ni satın aldıqdan sonra Voltaire adın yazımını Ferneksdən Ferneyə dəyişdi: onun fikrincə yaxınlıqda adları x ilə bitən çox sayda şəhər var idi. Təxminən 20 il boyunca var-dövlətinin çiçəklənməsinə qayğı göstərdi: əhali 1000 nəfərə çatdı, təcrübəli sənətkarlar (əsasən dulusçu və gözətçi) Ferndə məskunlaşdı, əmlak və kilsə də daxil olmaqla yüzdən çox bina tikildi. Volter yarı zarafatla özünü "Ferney patriarxı" adlandırdı; bu istehza başlığı onun ləqəbi oldu.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. == Mövzusu == Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Sankt-Pölten
Sankt-Pölten — Aşağı Avstriyada şəhər. Şəhər Aşağı Avstriyanın Federal əyaləti ölkənin şimal şərqində, Çexiya və Slovakiya ilə sərhəddə Dunay çayının aşağı axarında yerləşir. Əyalətin paytaxtı Sankt-Pöltendir. O, Avstriyanın ən qədim şəhəridir və federal əyalətin ən cavan paytaxtıdır. Hesshtrassedəki Ratuşa,"İt Hof" Müzeyi, orta əsr kubok kolleksiyalarının yerləşdiyi Pottenburn sarayı, Şallaburq sarayı, Festival Zalı olan şəhər mədəniyyət mərkəzi, Şourum və modern qala, Aşağı Avstriyanın Tarix Muzeyi, Karmeliterhof barokko sarayındakı Müasir İncəsənət müzeyi, Domplattsdakı Roman-qot Kilsəsi, yepiskop Bishofshop müzeyi və Hertsogenburg, Nussdorf abbatlığı və Trajsmauer dinozavrlar parkı burada yerləşir. Sankt-Pöltendən başlayaraq üzüm bağı olan əraziyə-Vahauya ekskursiya başlanır. Burada iynəyarpaqlı meşələr və Foralpenland dağı ilə əhatə olunan Valdfirtel ərazisinin çoxlu kiçik gölləri vardır. Asparnan-der-Tsajada açıq səma altında Prehistoric müzeyi, Spitz-dog-an-der-donauda gəmiçilik müzeyi və Valdkirhen-an-der-Tajada kukla müzeyi vardır.
Sankt-Pöltеn
Sankt-Pölten — Aşağı Avstriyada şəhər. Şəhər Aşağı Avstriyanın Federal əyaləti ölkənin şimal şərqində, Çexiya və Slovakiya ilə sərhəddə Dunay çayının aşağı axarında yerləşir. Əyalətin paytaxtı Sankt-Pöltendir. O, Avstriyanın ən qədim şəhəridir və federal əyalətin ən cavan paytaxtıdır. Hesshtrassedəki Ratuşa,"İt Hof" Müzeyi, orta əsr kubok kolleksiyalarının yerləşdiyi Pottenburn sarayı, Şallaburq sarayı, Festival Zalı olan şəhər mədəniyyət mərkəzi, Şourum və modern qala, Aşağı Avstriyanın Tarix Muzeyi, Karmeliterhof barokko sarayındakı Müasir İncəsənət müzeyi, Domplattsdakı Roman-qot Kilsəsi, yepiskop Bishofshop müzeyi və Hertsogenburg, Nussdorf abbatlığı və Trajsmauer dinozavrlar parkı burada yerləşir. Sankt-Pöltendən başlayaraq üzüm bağı olan əraziyə-Vahauya ekskursiya başlanır. Burada iynəyarpaqlı meşələr və Foralpenland dağı ilə əhatə olunan Valdfirtel ərazisinin çoxlu kiçik gölləri vardır. Asparnan-der-Tsajada açıq səma altında Prehistoric müzeyi, Spitz-dog-an-der-donauda gəmiçilik müzeyi və Valdkirhen-an-der-Tajada kukla müzeyi vardır.