Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pomeranes
Vətəni Cənubi-Şərqi Asiyadır. Aralıq dənizi ölkələrində, Qafqazda, Paraqvayda və Vest-Hindistanın bəzi adalarında becərilir. Yabanı halda məlum deyil. Hündürlüyü 2–10 m olan kiçik, həmişəyaşıl ağacdır. Budaqları uzun, nazik iti tikanlıdır. Yarpaqları növbəli, saplaqlı, dərili, parlaq, üstü yaşıl, alt tərəfi açıq yaşıl, efir yağlıdır. Saplaqları enli qanadlı, çox uzun, bünövrəsində kəskin daralandır. Aprel-mayda çiçəkləyir. Çiçəkləri iri, diametri 2-3 sm, çox ətirli, tək və ya azçiçəklidir, 2-7 çiçək qoltuq dəstələrə yığılmışdır. Kasacığı 4-5 dişli, üstü tükcüklüdür.
Pomeranz-Fritiş reaksiyası
Pomeranz-Fritş reaksiyası- həmçinin Pomeranz-Fritş tsiklləşməsi adlanır, üzvi kimyaya aid reaksiyadır. Paul Fritş (1859-1913) və Casar Pomeranz (1860-1926) adlı alimlərin adını daşıyır.[1][2] Ümumiyyətlə, bu reaksiya izoxinolinin sintezidir.[2][3][4] Aşağıdakı reaksiya benzaldehid və 2,2-dialkoksietilamindən izoxinolinin sintezini əks etdirir.[5] Müxtəlif alkil qrupları, məsələn metil və etil qrupları əvəzedici (R) kimi istifadə edilə bilər. Reaksiyada sulfat turşusu proton donoru kimi (bəzən trifluorasetik anhidrid və lantanid triflatlar kimi Luis turşuları) istifadə olunurdu.[1][2][4] Daha sonra geniş çeşiddə müxtəlif izoxinolinlər uğurla sintez olunmuşdur.[4] Əvvəlcə benzalaminoasetal benzaldehid və 2,2-dialkoksietilaminin kondensasiyası nəticəsində sintez olunur. Kondensasiyadan sonra alkoksi qruplarından birinə hidrogen atomu əlavə olunur. Bunun nəticəsində spirt alınır. Daha sonra, birləşmə 2 sintez olunur. Bundan sonra birləşməyə ikinci hidrogen atomu əlavə olunur. Son mərhələdə ikinci bir spirt alınır və bitsiklik aromatik birləşmə sintez olunur. Pomeranz-Fritş reaksiyası izoxinolin törəmələrinin sintezində geniş tətbiq olunur. İzoxinolinlər bir çox sahədə tətbiq olunur, o cümlədən:[3][4] • dimetisokin kimi yerli anesteziklər: • vazodilatatorlar, tanınmış birləşmə papaverin aşağıda göstərilmişdir: • Bişler-Napieralski reaksiyası • Piktet-Spenqler reaksiyası ^ Jump up to:a b Pomeranz, C. (December 1893).