Narınc Xatun
Narınc Xatun Cəfərova — Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucularından.
Cəfərova Narınc Əvəz qızı 1930-ci il yanvar ayının 1-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur.
İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilmişdir. Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar.
Şairin "Burla xatun nəvəsiyəm" adlı şeyirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şerlər, eləcə də görkəmli saz və söz ustadı Aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib.
XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaratmışdır.
Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib.
"Burla xatun nəvəsiyəm", Bakı: "Pedaqogika" nəşriyyatı, "Qızıl Şərq" mətbəəsi, 2004-cü il, 232 səh..
"Mən xalqımın aşiqiyəm" şeirlər,dəyişmələr, bayatılar, dastanlar.