Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pomosa məbədi
Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi. Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur. İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bugünkü günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır. Pomosa stansiyasından (Busan metrosu, 1-ci xətt) 5-ci və ya da 7-ci çıxışdan iki çıxış arasındakı yolda 5 dəqiqəlik piyada yolla Samsin avtobus stansiyasına çatıb orada 90 saylı avtobusa mindikdə Pomosa məbədinə giriş bileti kassasına; 37, 47, 48, 49–1, 50, 50–1, 80–1, 147, 148, 247 və ya 301 saylı avtobusa mindikdən və son dayanacaqda endikdən sonra 90 saylı avtobusa mindikdə və sonrasında taksi tutduqda Pomosa məbədinə çatmaq mümkündür.
Tomoya Uqacin
Tomoya Uqacin (23 mart 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.
Tomoya Takaişi
Tomoya Takaişi (高石 ともや, Takaişi Tomoya, 9 dekabr 1941 – 17 avqust 2024) və ya doğum adı ilə Tomoya Şiriişi (高石 友也) – Yaponiya xalq müğənnisi. == Həyatı == 1941-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında doğulmuşdur. Tokioda yerləşən Rikkyo Universitetində təhsil alarkən 1966-cı ildə Kansay regionuna səfər etmiş və Osaka işçilərinin musiqi şurası konsertində ifa etmişdir. O, Yaponiyanı səyahət edərək tələbə və işçi aksiyalarında oxumuşdur. Vyetnam müharibəsinə qarşı olan "Beheyren" təşkilatının əsas üzvləri Makoto Oda və Şunsuke Tsurumi, eləcə də, yazıçı Takeşi Kayko ilə dost olmuşdur. Takaişi 1968-ci ildə "Jukensei Blues" sinqlını buraxmışdır. Mahnı böyük uğur qazanmış və 900.000-dən çox nüsxəsi satılmışdır. O, 1971-ci ildə Cunci Şirota və digərləri ilə "The Natarsher Seven" qrupunu qurmuşdur. Kansay regionunun aparıcı xalq müğənnilərindən olan Takaişi 1973-cü ildə Rokusuke Ey və digərləri ilə birlikdə Kiotoda Yoyyoiyama konserti ənənəvi tədbirinin əsasını qoymuşdur. Tədbir 2011-ci ilə qədər davam etmişdir.
Tomoya Şiriişi

Yukka Poyka
Yukka Rousu (19 iyul 1980, Haukipudas, Oulu əyaləti[d]) və ya Yukka Poyka — fin reqqi sənətçisi.
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.