Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pomosa məbədi
Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi. == Tarixi == Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur. == Memarlıq == İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bugünkü günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır. == Məbədə çatmaq == Pomosa stansiyasından (Busan metrosu, 1-ci xətt) 5-ci və ya da 7-ci çıxışdan iki çıxış arasındakı yolda 5 dəqiqəlik piyada yolla Samsin avtobus stansiyasına çatıb orada 90 saylı avtobusa mindikdə Pomosa məbədinə giriş bileti kassasına; 37, 47, 48, 49–1, 50, 50–1, 80–1, 147, 148, 247 və ya 301 saylı avtobusa mindikdən və son dayanacaqda endikdən sonra 90 saylı avtobusa mindikdə və sonrasında taksi tutduqda Pomosa məbədinə çatmaq mümkündür.
Bomont
Bomont — Texas ştatının cənub-şərqində (ABŞ) yerləşən şəhər Hyuston-dan 125 km şərqdə və Luiziana ilə 35 km qərb sərhədində, Neçes çayının qərb sahilində yerləşir. == Ümumi məlumat == Bomont Jefferson County mərkəzi rayonudur. ABŞ-nin siyahıyaalma bürosuna əsasən, 2010 — cu ilin siyahıyaalmasına görə Bomont əhalisi 118 296 nəfər təşkil edirdi. 1881-ci ildə şəhər statusunu almışdır. Texas şəhərləri arasında Bomont sakinlərin sayına görə 24-cü yerdədir. İkinci Dünya müharibəsi zamanı Bomont böyük bir gəmiqayırma mərkəzinə çevrildi. 19-cu əsrin sonlarında çay portu, çəltiktəmizləmə və ağac emalı sənayesi mərkəzi idi. 20-ci əsrin əvvəllərindən neft hasilatı (1933-cü ilədək) və neftayırma, kükürd hasilatı (1950-ci ilədək) mərkəzidir. Lamar universiteti (1923), Tarix kitabxanası (1926); "Klifton stimbot" (hərbi-tarix, 1836), Texas yanğınsöndürənləri (1927) muzeyləri, Cənub-Şərqi Texas rəssamlıq muzeyi, Bomont rəssamlar ittifaqı (rəsm qalereyası), T.A.Edison muzeyi, C.Cey muzeyi (Texasın ilk sakinlərinin həyatını əks etdirən ekspozisiya), Enerji muzeyi (Spindltop neft yatağının tarixi), Qladis-Siti ("neft həyəcanı" dövrü şəhərciyinin ekspozisiyası) və s. muzeylər fəaliyyət göstərir.
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. == Haqqında == Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ə. Vəliyevin “Gülşən”, M. Hüseynin “Kin”, M. Cəlalın “Dağlar dilə gəldi” və s. əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur. Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Aloe comosa
Aloe comosa (lat. Aloe comosa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Banksia comosa
Dryandra comosa (lat. Dryandra comosa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bidens comosa
Üçbölümlü yatıqqanqal (lat. Bidens tripartita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, mil köklü, budaqlanan, nazik və sarı-samanı rəngli bitkidir. Tək gövdəli, düzqalxan, silindrik, qabırğalı olub, seyrək tükcüklüdür. Yarpaqları növbəli, dərin bölümlü, bəzən 6 bölümlü olmaqla, əsasından daralmış, saplağı qanadlı və üst yarpaqları bütövdür. Kənar yarpaqları qeyri-düzgün dişciklidir. Üst tərəfi demək olar ki, çılpaq, alt tərəfi isə dik tükcüklərdən ibarətdir. Əsas və yan gövdələrdə tək hamaşçiçək-səbətciklər yerləşir. Səbətcikləri yastı və ya yarımşarşəkilli, maili istiqamlətli, yaşıl, sıx, uzunsov-ellipsşəkilli, itiuclu, kənarları kirpikli, daxili cərgədə olan yarpaqları isə sarımtıl-qonur, neştərvari olub, nazikdir. Xarici cərgədəki yarpaqlarının uzunluğu 8 mm, eni isə 3,6 mm-dir.
Carex comosa
Carex comosa (lat. Carex comosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Celosia comosa
Gümüşü seloziya (lat. Celosia argentea) - seloziya cinsinə aid bitki növü. == Sinonim == Amaranthus cristatus Noronha Amaranthus huttonii H.J.Veitch Amaranthus purpureus Nieuwl. Amaranthus pyramidalis Noronha Celosia argentea f. argentea Celosia argentea var. argentea argentea Celosia argentea f. cristata (L.) Schinz Celosia argentea var. cristata (L.) Kuntze Celosia aurea T.Moore Celosia castrensis L. Celosia cernua Roxb. [Illegitimate] Celosia coccinea L. Celosia comosa Retz. Celosia cristata L. Celosia debilis S.Moore Celosia huttonii Mast.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələdə doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət əsəri olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Oxşar (povest)
Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur. == Məzmunu == Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır. Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur.
Pemont dili
Pyemont dili — İtaliyanın Pyemont bölgəsində danışılan bir qall-italyan dildir. Təxminən 2 milyon nəfər tərəfindən danışılmaqla birlikdə rəsmi dil statusunda olmayıb yerli dil olaraq istifadə edilməkdədir. İtaliya hökuməti tərəfindən İtalyan dilinin bir ləhcəsi kimi qəbul edilməsinə baxmayaraq Etnoloq tərəfindən Lombard dili, Venedik dili, Emiliyano-Romaniyol dili və Liqur dili kimi ayrı bir dil statusundadır.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Phyllorkis comosa
Bulbophyllum comosum (lat. Bulbophyllum comosum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum comosum növü Myanmadan Taylanda qədər yayılmışdır.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. == Məzmun == Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Su polosu
Su polosu və ya vaterpolo - su idmanı oyunu. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m. ) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
Dryandra comosa
Dryandra comosa (lat. Dryandra comosa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.
Triphylloides comosa
Trifolium subterraneum (lat. Trifolium subterraneum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Calycomorphum subterraneum (L.) C.Presl Trifolium subterraneum var. genuinum Rouy Trifolium subterraneum var. typicum Asch. & Graebn. Triphylloides comosa Moench == Yarımnövləri == Trifolium subterraneum subsp. oxaloides Bunge ex Nyman Trifolium subterraneum subsp.