Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madelayn Montano
Madelayn Montano (6 yanvar 1983) — voleybolçu. == Həyatı və karyerası == Məktəbli vaxtlarında basketbolla maraqlansa da sonradan voleybolla məşğul olur. 1996-cı ilə qədər uşaq yığmasında oynayır. Əvvəlcə 2 il ölkəsinin çempionatında forma geyir. Daha sonra Argentinanın "San Fernando de Katamarka" klubuna transfer olur. Bir il burda oynadıqdan sonra təhsilini davam etdirmək qərarına gəlir. 17 yaşında Mayami kolleclərinin birində hərbi psixologiya üzrə təhsil alır. Kollecdə oxuduğu müddətdə həm də voleybol oynamağa davam edir. Əksər ABŞ voleybolçularının yetişdiyi "Amerika Kolleclər arası Çempionat"ın 2002-ci ildə qalibi olur. Təhsilini başa vurduqdan sonra o, Yunanıstanın "Aris Saloniki" klubundan təklif alır.
Donato Bramante
Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio; 1444[…] – 11 aprel 1514, Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair. == Həyatı == Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir. == Fəaliyyəti == Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq.
Donato Cannotti
Donato Cannotti (27 noyabr 1492, Florensiya – 27 dekabr 1573, Roma) — italyan humanisti, siyasi xadim, alim, komedioqraf. == Haqqında == Pizada təhsil almışdır. 1527-ci ildə N. Makiavellinin ölümündən sonra Florensiya Respublikasında katib vəzifəsini tutmuş, Mediçinin qayıdışından sonra 1530-cu ildə qovulmuş, Romada və Venesiyada yaşamışdır. Cannotti əqidəli respublikaçı olmuş, Florensiyada idaretmə sistem haqqında “Dela repubblica fiorentina”(1531) traktatını yazmış və “Dialogi de Republica Venetorum” (1540) kitabında Venesiya üçün aris tok ratik, monarxiya və demokratik institutlarının qarışığından ibarət ideal dövlət quruluşu layihəsini vermişdir. “Vurğun qoca” (1533 və1536-cı illər arasında, Plav tın “Tacir”inin süjeti əsasında) və “Milesia” komediyalarının müəllifidir. Mikelancelonun yaxın dostu idi.