Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podrine
Podrine — Balkan yarımadasında yerləşən coğrafi vilayət. Drina çayı hövzəsində yaşınan slaviyanlar bölgəni bu cür adlandırmışlar. == İqtisadi-coğrafi vəziyyəti == Podrinenin Serbuya ərazisində yerləşən mikrovilayətlər: Azbukovisa, Yadar, Leşnisa və Maçva. Bosniya və Herseqovinada yerləşən mikro regionlar: Semberiya və Biraç. Podrine vilayətinmdən şimalda Posavina yerləşir. Podrine müxtəlif suxurlardan ibarətdir. Burada sinq, qurğuşum, boksit və s. kimi yataqlara sahibdir. Çayın axdığı ərazi boyunca Baina-Başta, Zvornik və Vişeqrad SES yerləşir. Podrinedə, əsasəndə Lyuboviya, Bratunasda giləmeyvə yetişdirilir.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. == Həyatı == Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir.Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır.Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.
Ferdinand Porşe
Ferdinand Porsche (3 sentyabr 1875, Libereç – 30 yanvar 1951[…], Ştutqart) — Avstriya əslli Alman avtomobil mühəndisi. Porsche orijinal Volkswagen Beetles(n)i hazırlamış, məşhur Alman tankları Tiger I, Tiger II və Elefant tanklarının dizaynlarında iştirak etmişdir. == Fəaliyyəti == 1916da Daimler-Motoren-Gesellschaftın Avstriyadakı fabrikinin ümumi müdiri olmuşdur. 1923-cü ildə Stuttgartdakı şirkət mərkəzində vəzifə götürdü. 1931-ci ildə idman və yarış avtomobilləri dizaynı etmək üçün öz şirkətini qurdu. Oğlu Ferdinandla birlikdə Hitlerin xalq avtomobili proyektiylə yaxından maraqlandı. 1934-cü ildə Volkswagenin ön dizayn işlərinin başına gətirildi. II Dünya Savaşı əsnasında başda Tiger tankı olmaq üzrə bir çox əsgəri vasitənin dizaynını reallaşdırdı. Döyüşdən sonra bir müddət Fransada həbs həyatı yaşadı. Qurduğu şirkət 1948-ci ildən sonra Porsche markası altında avtomobillər çıxardı.
Porşe 911
Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur. İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir. == Tarix == Ardıcıl hərfləri (A, B, C, vs.); Porşe tərəfindən model ilini və kassa tipini ifadə etmək üçün istifadə edilmişdir. Yeni model ilini ifadə etmək üçün bəzən ardıcıl hərfi dəyişdirilmişdir. Məsələn ilk 911 modelləri A ardıcıllığı, ilk 993 modelləri isə R ardıcıllığı olaraq adlandırılmışdır. Bu maddədə modellər, Porşenin fabrik içi adlandırmalarına görə adlandırılmışdır (911, 964, 993, 996, 997); ancaq bütün modellər 911 adı altında satılmışdır. "Carrera", "GT3", "Turbo" kimi ibarələr modelin alt xüsusiyyətləri ilə əlaqəlidir, ancaq bütün vasitələr 911 seriyasıdır.