Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Posyolok
Posolok (ru: Посёлок) qəsəbə deməkdir - Rusiya, Belarusiya, Ukrayna dövlətlərində istifadə edilən inzibati yaşayış məntəqəsi vahidi. İdarəetmə baxımından, inzibati bölgülərdə rayondan daha kiçik bir yaşayış məntəqəsidir. Azərbaycanca qəsəbəyə idarəetmə və yaşayış məntəqəsi baxımından çox yaxındır. Tatarcaya Fars dilindən daxil olan biste sözü də eyni mənanı daşıyır. Fars dilində best “yurd”, ”hücum edilib əldə edilən yer” mənasını verir. Arban| Aul | Vıselok | Gorod | Dаçnıy pоsyоlоk | Dеrеvnya | Zаimkа | Kişlаk | Kurоrtnıy pоsyоlоk | Mеstеçkо | Pоgоst | Pоsyоlоk | Pоsyоlоk gоrоdskоgо tipа | Pоsyоlоk pri stаntsii | Pоçinоk | Rаbоçiy pоsyоlоk | Sеlо | Slоbоdа | Stаnitsа | Ulus | Usаdbа | Hutоr Ayrıca baxın: Аglоmеrаtsiya | Gоrоd-sputnik | Kibuts | Kоmmunа | Kоttеdjnıy pоsyоlоk | Kutаn | Mеgаlоpоlis | Mоşаv | Mızа | Pоsаd | Prеdmеstе | Prigоrоd | Ryadоk | Sеltsо | Fоlvаrk (Azərbaycanca. qəsəbə, гәсәбә) (Qazaxca. кенті) (Qırğızca.
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Yevgeni Pospelov
Yevgeni Mixayloviç Pospelov (27 yanvar 1923 və ya 1923, Petroqrad – 26 mart 2007, Moskva) — Sovet və Rusiya coğrafiyaşünası, toponimiya və kartoqrafiya üzrə mütəxəssis. Coğrafiya üzrə elmlər doktoru və professor. İkinci Dünya Müharibəsinin üzvü, hərbi topoqraf. Yevgeni Pospelov İkinci Dünya Müharibəsi (1942–1945) zamanı Leninqrad cəbhəsinin 3-cü topoqrafiya dəstəsində xidmət etmiş və yaralanmışdır. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Silahlar Akademiyasının Hərbi İnstitutunda (Mühəndis Qoşunları) (1953–1974), Moskva Dövlət Regional Universitetində (1976–2003) və Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində tədris almış, Geodeziya, Hava Tədqiqatı və Kartoqrafiya üzrə Mərkəzi Tədqiqat İnstitutunda işləmişdir. Uzun illər SSRİ Coğrafiya Cəmiyyətinin Moskva bölməsinin (indiki Rusiya Coğrafiya Cəmiyyətinin Moskva mərkəzi) Toponimik Komissiyasının sədri, 1995-ci ildən bəri prezidium üzvü və Rusiya Coğrafiya Cəmiyyətinin fəxri üzvüdür. 1968-ci ildə polkovnik rütbəsinə layiq görülmüşdür. Yevgeni Pospelov 2002-ci ildən etibarən Moskvada ərazi vahidlərinin, küçə və metro stansiyalarının adlandırılması üzrə idarələrarası komissiyanın üzvü olmuşdur. Pospelov Moskvada, Pyatnitskoye qəbiristanlığında dəfn edilmişdir. Y.M.Pospelov.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Jung Hoseok
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Tomas Pollok Anşuts
Tomas Pollok Anşuts (ing. Thomas Pollock Anshutz) — XIX əsr ABŞ rəssamı və incəsənət müəllimi. Rəsm sənətində müəllimi Tomas İkins kimi XIX əsr ABŞ realizminin tanınmış nüməyəndələrindəndir. Rəsmlərinin böyük hissəsinin mövzusunu qadınlar əhatə edir. Amma ən tanınmış əsəri əsl realizm əsəri sayılan və 1880-ci ildə çəkilən "Dəmirçilərin günortası" rəsm əsəridir. Bu əsərdə dəmirçilərin gündəlik yaşayışını təsvir etmişdir. Bir digər tanınmış əsəri "Yaşadıqları yol" tablosudur. Bu tabloda Afrika əslli qadın və iki uşağının çətin həyatını çəkmişdir. Rəssamlıqdan əlavə müəllimliklə də məşğul olduğundan yağlı boya tablolarının sayı azdır. Anşutsun stili şagirdlərində dərin iz buraxmışdır.