Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fosforit müharibəsi
Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu. == Ümumi məlumat və başlanğıc == Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib.