Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Postum (imperator)
Markus Cassianius Latinius Postumus (III əsr, Qalliya – 269, Mayns) — Roma imperiyasının qərbində imperator Qallienusa qarşı hakimiyyəti ələ keçirmiş komandir idi və Qalliya İmperiyası kimi də tanınan qısa ömürlü İmperatorluğun qurucusu olmuşdur. Postumus eramızın 260-cı ildən eramızın 269-cu ilinə qədər Qalliya İmperiyasının başında duraraq hökmranlıq etmişdir. John F. Drinkwater: The Gallic empire. Separatism and continuity in the North-Western provinces of the Roman empire A. D. 260–274 (= Historia Einzelschriften. Band 52). Steiner, Stuttgart 1987, ISBN 3-515-04806-5. Ingemar König: Die gallischen Usurpatoren von Postumus bis Tetricus (= Vestigia. Band 31). C. H. Beck, München 1981, ISBN 3-406-04801-3.
Costus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Kostum
Kostyum — klassik kişi və ya qadın geyimi. İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır. Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar.
Kostus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Xustup
Xustup — Qafan rayonu ərazisində yerləşən zirvə. Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir. Hündürlüyü 3206 metrdir. Zəngəzurun Türk-Azərbaycan mənşəli toponimiyasında diqqəti çəkən coğrafi adlardan biri də Xustup dağıdır. Bu dağ Qafan/Qapan rayonunun Naxçıvanla həmsərhəd olduğu ərazisidir. "Oğuz təpə"si mənasını ifadə edən bu söz müəyyən morfoloji dəyişikliyə uğrayaraq Xustup şəklinə düşüb. Bunu da əlavə edək ki, lap qədim zamanlardan oğuzlarda dağ, təpə, hündür yerə tapınma olub. Təpəciklərə, təpə qəbirlərə "Oğuz kurqanı", "Oğuz təpəsi" deyilib. Bir çox əski türkdilli xalqlarda dağ, təpə ən böyük inamlardan biri olub. Hətta böyük dağları, təpələri bu və ya digər türkdilli xalq əcdad kimi qəbul edib.
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Əstup
Əstup[mənbə göstərin] (sanskr. स्तूप, stūpa, "yığın, topa", q.türk Estup[mənbə göstərin]), bardaş qurub oturmaq üçün dağcıq və yarımkürəyə bənzər şəkildə bir tapınaqdır. Maraqlı memarlıq stilində qurulan bu tikinti ibadət və dualar üçün istifadə olunur.
Antoon Postma
Antoon Postma (28 Mart 1929 – 22 Oktyabr 2016) — Niderlandlı antropoloq. Ərə getdikdən sonra Hanunuolar arasında yaşamağa başlamışdır. Filippinin Mindoro şəhərində yerləşən manqyan qəbiləsində yaşayırdı. Onun ən böyük işi Laquna Mis Yazılarını ilk dəfə oxumaq olmuşdur. Hanunuolara məxsus olan bu yazıları qorumaq üçün əlindən gələni etmişdir. Santos, Hector. "Sulat sa Tanso: Antoon Postma's Translation". A Philippine Leaf. 1995. İstifadə tarixi: 2008-07-30.
Costus speciosus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.
Costus zerumbet
Dostum Hitler
Dostum Hitler (yap. わが友ヒットラー Waga Tomo Hittorā) — Yukio Mişimanın 1968-ci ildə dostluq və siyasət haqqında yazdığı pyes. Həmin ildə də səhnəyə qoyulmuşdur və 1969-cu ilin yanvar ayının axırına qədər səhnədə qalmışdır. 1968-ci ilin oktyabr ayının 13-də kitab şəklində çap edilmişdir. Pyesin süjeti 1934-cü ilin yayında Berlin kanslerliyində baş verir və Adolf Hitler, Qustav Krupp, Qreqor Ştrazer və Ernst Römün əhvalatlarından bəhs edir. Pyes Hitlerin Almaniya xalqı qarşısında çıxışı ilə başlayır, onun iki dostu Krupp və Röm çıxışı izləmək üçün içəri daxil olurlar. Onlar bir-biri ilə danışır və Krupp bəşər tarixinin irəliləyişlərini, o cümlədən Hitleri daha yaxşı liderə çevirmək üçün metaforik mənada istifadə etdiyi "dəmir buket"i müzakirə edirlər. Sonradan Ştrazer səhnəyə daxil olur. Onun Römlə arası olmur, Krupp onların münasibətini "it və pişik" kimi təsvir edir. Ştrazer daha sonra müharibədən əldə edilən gəlirləri ölkəyə qaytarılmasının lazım olduğunu iddia edir.
Gözəl kostus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.
Qostun burnu
Qostun burnu (bolq. нос Гостун, ‘Nos Gostun’ \'nos go-'stun\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimalda yerləşən buzlaqlardan azad olan burundur. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun Böyük Bolqar xanlığının qurucusu olan Kubrat xanın sələfi olan Qostun xanın adını daşıyır. Karpoş burnundan 2.5 km şimal-qərbdə, Timblon burnundan 2.45 km cənub-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Robertas Poşkus
Robertas Poşkus (lit. Robertas Poškus; 5 may 1979, Klaypeda) — litvalı futbolçu, hücumçu, Klaypedos Qranitas klubunun baş məşqçisi. Daha çox Samaranın "Krılya Sovetov" klubundakı çıxışı ilə məşhurlaşan Robertas Rusiya Premyer Liqasında 3 mövsümdə keçirdiyi 79 oyunda 24 qol vurub. Vətənində "Klaypeda", "Jalqris" və "Kareda"nın şərəfini qorumuş Poşkus Almaniyada da top qovub və "Hamburq"un formasını geyinib. Bundan başqa, Robertas Polşada "Vidzev", "Polonya", Rusiyada "Zenit", Moskva "Dinamo"su, "Rostov" və İsrailin "Bney Saxnin" komandalarında da oynayıb. 2009-cu ilin avqustunda İnter Bakı klubuna transfer olub.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Saussurea costus
Dolomiaea costus (lat. Dolomiaea costus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dolomiaea cinsinə aid bitki növü. Aucklandia costus Falc. Saussurea costus (Falc.) Lipsch. Theodorea costus (Falc.) Kuntze Aplotaxis lappa Decne. Aucklandia lappa (Decne.) Decne. Saussurea lappa (Decne.) Sch.Bip.
Aucklandia costus
Dolomiaea costus (lat. Dolomiaea costus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dolomiaea cinsinə aid bitki növü. Aucklandia costus Falc. Saussurea costus (Falc.) Lipsch. Theodorea costus (Falc.) Kuntze Aplotaxis lappa Decne. Aucklandia lappa (Decne.) Decne. Saussurea lappa (Decne.) Sch.Bip.
Dolomiaea costus
Dolomiaea costus (lat. Dolomiaea costus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dolomiaea cinsinə aid bitki növü. Aucklandia costus Falc. Saussurea costus (Falc.) Lipsch. Theodorea costus (Falc.) Kuntze Aplotaxis lappa Decne. Aucklandia lappa (Decne.) Decne. Saussurea lappa (Decne.) Sch.Bip.
Theodorea costus
Dolomiaea costus (lat. Dolomiaea costus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dolomiaea cinsinə aid bitki növü. Aucklandia costus Falc. Saussurea costus (Falc.) Lipsch. Theodorea costus (Falc.) Kuntze Aplotaxis lappa Decne. Aucklandia lappa (Decne.) Decne. Saussurea lappa (Decne.) Sch.Bip.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.