Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Posidoniy
Posidonius (yun. Ποσειδόνιος, (e.ə. 135, Apameya (Suriya), Həma mühafəzəsi – e.ə. 51, Roma) antik filosof, orta stoa dövrünün nümayəndəsi. Suriyanın Apameya şəhərində anadan olmuşdur. Sonra Afinaya köçmüş, orada Panetiusun öyrəncisi olmuşdur. O, uzun müddətli səyahətlərə çıxmış, müxtəlif ölkələrə səfər etmişdir. Eyni zamanda o, elmlə də məşğul idi. Riyaziyyat, fizika, astronomiya, coğrafiya, tarix kimi elmlər onun maraq dairəsinə daxil idi. Demək olar ki o, antik dövrün ən bilikli alimlərindən biri olmuşdur.
Posadnıy
Posadnıy — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna daxil olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasının cənub-qərb qutaracağı yaxınlığında, Malıginsev buxtasının girəcəyində, Sannikov boğazında yerləşir. Qərbdən şərqə uzanmış formadadır. Maksimal hündürlüyü 2 metr təşkil edir. Ada çoxlu sayda qollarda bölünmüşdür. Qumla örtülmüşdür.