Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qriqori Potanin
Qrigori Nikolayeviç Potanin (4 oktyabr 1835, Yamışlev qalası, Om vilayəti, Rusiya imperiyası — 30 iyun 1920, Tomsk, RF) — Rusiya coğrafiyası mütəxəssisi, etnoqraf, folklorist, botanist, publisist, ictimai xadim və Sibir bölgəsinin sosial-siyasi meylinin ideoloqlarından və təsisçilərindən biri. Potanin mərkəzi Asiyanı səyahət edən bir Viktoriya dövrü araşdırmaçı idi. Potanin bölgənin yerli bitkilərini siyahıya alan ilk insan idi. Potanin araşdırmaçılıqdan başqa, Sibir separatçı hərəkatı ilə həmfikir olan bir müəllif və siyasi aktivist idi. == Doğum tarixi == Qriqori Potaninin doğum tarixi mübahisəli məsələdir. Bütün inqilab-əvvəli mənbələr, coğrafiyaşünasın 2 fevral 1835 tarixini, yeni mənbələrsə 4 oktyabr 1835 və 3 oktyabr 1835 tarixlərini Potaninin doğum tarixi olaraq göstərir. == Həyatı == === İlk illəri === Qriqori Nikolayeviç Potanin Yamışevski qalasında, bir kazak zabitinin ailəsində anadan olmuşdur. 1836-cı ildə Potaninin atasının rütbəsi alınmış və həbs olmuşdur. Qriqori 5 yaşında ikən dayısının evində yaşamağa getmişdir. Dayısının gözlənilməz ölümündən sonra o, 1842-ci ildə anasının yaşadığı kəndə geri qayıtmışdır.
Tringa totanus
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.