Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.
Poreçnı adası
Poreçnı adası — Rostov vilayətinin ərazisində, üç çayın birləşdiyi ərazidə yerləşən ada. Şimaldan Şimali Dones çayı, cənubdan Sal çayı, şərqdən — Köhnə Don çayları ilə əhatələnir. == Təsviri == Adanın sahəsi 660 hektardır. Eni 3–4 km, uzunluğu isə 11 km təşkil edir. Ada üçbucağı (ürəyi) xatırladır. Geoloji çat ərazisində yerləşir. Ada ərazisində iki göl vardır ki, onlarda isti iqlim səbəbindən qurumuşdur. Ada lanşaftı zənginliyi ilə seçilir. Burada çöl, savanna, səhra və leşəlik belə vardır. Burada yaşayan Ağquyruq dəniz qartalı və baklan Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.