Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Polimat
Universal insan, ensiklopedist, polimat (Yunanca: πολυμαθής, romanlaşdırılmış: polymathēs, lit. ‘çox öyrənilmiş’; Latınca: homo universalis, lit. ‘universal insan’) biliyi xeyli sayda mövzunu əhatə edən və kompleks strukturlardan istifadə etdiyi məlum olan fərddir. Xüsusi problemlərin həlli ilə bağlı biliklər. Qərbi Avropada polimatiya terminini öz başlığında istifadə edən ilk əsər (De Polymathiatractatio: integri operis de studiis veterum) 1603-cü ildə Hamburq filosofu İohann von Vuern tərəfindən nəşr edilmişdir. Von Wowern polimatikanı "hər cür tədqiqatlardan əldə edilən müxtəlif mövzular üzrə biliklər… intizamların bütün sahələrində sərbəst şəkildə yayılan, insan şüurunun onları yorulmaz bir sənaye ilə izləyə biləcəyi dərəcədə" kimi təyin etdi. Von Voern hikməti, ədəbiyyatı, filologiyanı, filomatiyanı və çox tarixini sinonimlər kimi sadalayır. Termin ingilis dilində qeydə alınmış ən erkən istifadəsi 1624-cü ildə Robert Burton tərəfindən yazılmış The Anatomy of Melancholy kitabının ikinci nəşrindədir; Polimatist forması bir qədər köhnədir ilk dəfə 1621-ci ildə Riçard Montaqunun Ondalıq Tarixinin mərhum hissəsində Diatribae-də görünür. Oxşar polihistor termininin ingilis dilində istifadəsi 16-cı əsrin sonlarına aiddir. Polimatlara elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin bir neçə sahəsində üstün olan İntibah və Maarifçiliyin böyük alimləri və mütəfəkkirləri daxildir. İtalyan İntibahında, polimat ideyası, iddiaya görə, özü də polimatik Leon Battista Alberti (1404–1472) tərəfindən "insan istəsə hər şeyi edə bilər" ifadəsində ifadə edilmişdir. Qotfrid Leybnits tez-tez polimat kimi görünürdü.
Poçinok
Poçinok — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Phocinae
Suitilər (lat. Phocinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Anna Polina
Anna Polina (11 sentyabr 1989) — Rusiya-Fransa pornoaktrisası və fotomodeli.
Polina Bonapart
Polina Bonapart(fr. Marie Paulette Bonaparte; 20 oktyabr 1780 – 9 iyun 1825)—Napoleonun sevimli bacısı. == Həyatı == Polina Napoleon Bonapartın bacısı idi. Bu parlaq, gözəl qadın Avropanın əksər məşhur kişilərinin qəlbini ələ almışdı. Bəziləri desələr də ki, knyaginyanın çox iti çənəsi və düz burnu olub, bu, heç də onun gözəlliyini pozmurdu. Knyaginya pərəstişkarlarına heç nədən imtina etmirdi. Pərəstişkarlar isə çox idi - hədsiz çox. Ətrafındakılar Polinanı Avropanın ən əxlaqsız qadını hesab edirdilər. Çox gənc yaşda kişilərlə tanış olan Polina sonradan özünə heç nəyi qadağan etmədi. O, kişilərlə roman yaşayır, kobud əyləncələr tərtib edir, bədənini ortaya qoyurdu.
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. == Həyatı == Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Osipenko
Polina Osipenko (rus. Полина Денисовна Осипенко) — Rus əsilli qadın sovet pilotu, Sovet İttifaqı Qəhrəmanı. Ən məşhur qadın sovet pilotlarından biri hesab olunur. 1939-cu ildə gündəlik uçuşlar zamanı keçirdiyi qəzada həlak olmuşdur.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. == Həyatı == Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Rəhimova
Polina Rəhimova (5 iyun 1990, Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur. == Karyerası == Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub. 2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı.
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. == Obrazlar == === CT-Force === CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.