Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstanbul pogromu
İstanbul poqromu
İstanbul poqromu və ya 6-7 Sentyabr hadisələri — 1955-ci il sentyabrın 6-7-də İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücumdur. Gladio-nun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, eləcə də Kontrgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edildi.. Bir gün əvvəl Türkiyə mətbuatında çıxan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərində doğulduğu evin bombalandığı iddiası ilə bağlı yalan xəbərlər hadisələrə səbəb olub. Daha sonra ələ keçirilən Türkiyə konsulluğu rəsmisi, bombanı hadisələri qızışdırmaq üçün hazırladıqlarını etiraf etsə də, Türkiyə mətbuatı buna göz yumaraq bombanın yunanlar tərəfindən atıldığını iddia etdi. == Hadisələr == 1955-ci ildən başlayaraq Demokrat Partiyası hökuməti getdikcə çətinləşən iqtisadi vəziyyətlə üzləşdi və xüsusilə yüksək inflyasiya səbəbindən həyat səviyyəsi aşağı düşən təbəqənin etibarını itirdi. Şübhəli üsullarla müxalifəti susdurmaq cəhdləri mətbuatın, ziyalıların, tələbələrin də Demokrat Partiyasından uzaqlaşmasına səbəb oldu.Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin bir hesabatında, hadisələrdən 15 gün əvvəl müxalifəti nəzarətdə saxlamaq üçün 7 sentyabr 1955-ci ildə İstanbul, Ankara və İzmirdə hərbi vəziyyət elan edilməsinə qərar verildiyi bildirilir.1956-cı ildə müxalifəti basqı altında saxlamaq üçün “Mətbuat və toplantılar haqqında” qanuna qoyulan məhdudiyyətlər də 6-7 sentyabr hadisələrini əsaslandırıldı.Menderes hökumətinin azlıqlara qarşı başlanğıcdakı liberal siyasəti getdikcə çətinləşən iqtisadi şəraitlə dəyişdi və münasibətlər gərginləşdi.Kipr türklərinə qarşı təzyiqlər 1955-ci ildə Türkiyə ictimaiyyətinin gündəmində birinci yer tuturdu. O dövrdə Türkiyənin ən çox satılan qəzeti olan “Hürriyyət”in manşetində İstanbulda yaşayan yunan azlıqların öz aralarında ianə toplayaraq kiprli yunanların Enozis dəstələrinə göndərdiyi yazılmışdı.Xarici işlər rəsmiləri Londonda Kipr danışıqlarını davam etdirərkən, Atatürkün Salonikidəki evində bomba partlaması xəbəri ilk dəfə 6 sentyabr 1955-ci ildə saat 13:00 xəbərlərində radio ilə yayımlandı.(Atatürkün evinə bomba atdığı iddia edilən Saloniki Universitetinin Siyasi Elmlər fakültəsinin tələbəsi Oktay Engin daha sonra qiyabi mühakimə olundu. Oktay Engin 22 fevral 1992-ci il və 18 sentyabr 1993-cü il tarixləri arasında Nevşehir valisi təyin edildi.) Bunun üzərinə Mithat Perinə məxsus və Gökşin Sipahioğlunun baş redaktoru olduğu Demokratik Partiya tərəfdarı İstanbul Ekspres qəzeti ümumi tirajı 20.000 civarında olsa da, sentyabrın 6-da “Babamızın evi bombalandı” başlığı ilə ikinci sayını 290.000 nüsxə ilə çap etdi. O dövrdə yaradılan Kipr Türk Dərnəyinin üzvləri tərəfindən İstanbulun hər yerində satılmağa başlandı və ictimaiyyəti təşviqat üçün istifadə edildi.Həmin sayda Kipr Türk Dərnəyinin baş katibi Kamil Önal, “Müqəddəslərə toxunanlara bunu baha ödətəcəyik və bunu açıq şəkildə söyləməkdə heç bir eybi görmürük” söyləyirdi.Kipr Türk Cəmiyyətinin təşəbbüsü və digər gənclər təşkilatlarının, peşə birliklərinin, Demokratik Partiya təşkilatının və bəzi rəsmi və qeyri-rəsmi qurumların təklif və təşviqi ilə, yerli izdiham və şəhərə kənardan gətirilən kütlələr tərəfindən sentyabrın 6-da axşam saatlarında Cümhuriyyət tarixində misli görünməmiş bir talan və dağıntı aktı həyata keçirilmişdir. İlk hücum saat 19:00 radələrində Şişlidəki Haylayf Şirniyyat dükanına edilir.Daha sonra artan kütlə Qumqapı, Samatiya, Yeddiqüllə və Bəyoğluna doğru hərəkət edərək qeyri-müsəlmanların birlikdə yaşadığı bir çox məhəllələrdə öncə yunanların, daha sonra ermənilərin, yəhudilərin və hətta səhvən bəzi türklərin dükanlarına hücum edərək talan etməyə başladı.
Lvov poqromu (1941)
Lvov poqromu — 1941-ci ilin iyun və iyul aylarında Şərqi Polşa və Qərbi Ukraynanın Lvov şəhərində yaşayan yerli yəhudi əhalisinə qarşı törədilmiş ardıcıl qırğın hadisələri. Qırğınlar ukraynalı millətçiləri, alman səyyar ölüm qrupları olan Aynzats əsgərləri və şəhərin qeyri-yəhudi əhalisi tərəfindən törədilmişdir. Poqromun baş verməsinin əsas səbəblərindən biri kimi almanların Barbarossa əməliyyatına başlaması göstərilmişdir.
Paris poqromu (1961)
Paris poqromu — 1961-ci ilin 17 oktyabr günü Parisdə Əlcəzair Azadlıq Mübarizəsi zamanında gerçəkləşən poqrom. Paris polis rəisi Moris Paponun təlimatıyla fransız polisi 30.000-ə yaxın əlcəzairli nümayişçiyə hücum etmişdir. 37 il ərzində poqromu inkar edən Fransa hökuməti 1998-ci ildə 40 nəfərin ölümünü qəbul etsə də, təxminlərə görə ölü sayı 200-dən çoxdur. 1999-cu ildə tarixçi Jan-Lyuk Eynadinin Paponu məhkəməyə verməsi və məhkəməni udması ilə poqrom isbat olunur. Polis arxivlərinə görə Papon nümayişlərin sakitləşdirilməsi üçün polislərdən "sərt" davranmaqlarını istədiyini və bunu etdikdən sonra onları "qoruyacağını" demişdir. Nümayişçilərin çoxu polis tərəfindən vurulub yaralandıqdan sonra körpüdən Sen çayına atılaraq, eləcə də Paris polis qərargahının həyətində, metro stansiyalarında və s. yerlərdə öldürülmüşdür. 2001-ci il oktyabrın 17-də poqromun 40-cı ildönümündə, poqrom gerçəkləşən yerlərdən biri olan Sent-Mişel körpüsündə həlak olanların xatirəsinə lövhə asılmışdır. == Mənbə == Swedenburg, Ted. "Islamic Hip-Hop versus Islamophobia" in Mitchell, Tony.
Qazaxıstanda çeçenlərin poqromu
Qazaxıstanda çeçenlərin poqromu — Şərqi Qazaxıstanda baş verən xalqlararası münaqişə. Çeçen-qorod kəndində baş tutan iğtişaşlar zamanı 40 nəfər həlak olmuş, 50 nəfər məhkum edilmişdir. Münaqişə məişət zəminində, bir çeçen ilə mədənçi arasında mübahisə nəticəsində başlamışdır. Münaqişə zamanı mədənçi çeçeni dəmir çubuqla döyərək öldürmüşdür. Bundan sonra çeçenlərin yaşadığı Çeçen-qorodok kəndində iğtişaşlar başlamışdır.Baş verənlərdən Stalin də daxil olmaqla ölkə rəhbərliyi xəbərdar edilmişdi. Hadisələrdən bir neçə gün sonra kütləvi həbslər başlamışdır. 50-yə yaxın insan mühakimə olunmuşdur. Onların hamısı Cinayət Məcəlləsinin 59-2 və 59-7-ci maddələri ilə məhkum edilmişdi. Həmin illərdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində dövlət nizam-intizamına qarşı cinayətlərə, soyğunçuluğa görə cəzalar müəyyən edilmiş və "bütün əmlakı" müsadirə olunmaqla uzun müddətə azadlıqdan məhrumetmə və ya edam cəzası nəzərdə tutulmuşdu.