Zirar ibn Əmr
Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو) (728, Kufə – 815, Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri.
Zirar ibn Əmr Bəsrə və Bağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir.
O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır. Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.