Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Perlit
Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200° C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir. == Həmçinin bax == Riolit Vulkanik şüşə Beton Sement == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Preslav
Preslav — Bolqarıstanda tarixi şəhər.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Banksia prolata
Banksia prolata (lat. Banksia prolata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Prenam Pesse
Prenam Pesse (31 dekabr 1997) — Toqolu sprinter. Prenam Pesse Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Prenam Pesse birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.38 saniyəlik nəticə ilə 3-cü cığırda 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929, Amman, İordaniya – 11 noyabr 2004[…], Klamart[d]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.Həyatının son dövrlərində FAT və İsrail arasında onilliklər boyunca davam edən anlaşılmazlığı sona çatdırmaq üçün İsrail hökuməti ilə bir sıra müzakirələr apardı.
Ərəfat dağı
Ərəfat dağı (ərəbcə جبل عرفة) Məkkənin 21 kilometr cənub şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. Ərəfat dağı 454 metr hündürlükdədir. Bu dağ din tarixində Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir. Məhəmməd ölümündən (Miladi 632) əvvəl vida xütbəsini on minlərlə adama bu dağda etmişdir. Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır və bu müddət ərzində bir anlıq da olsa belə, ayaq üstə qalxmalıdır.
Vladimir Preloq
Vladimir Preloq (bosn. Vladimir Prelog; 23 iyul 1906[…], Sarayevo – 7 yanvar 1998[…], Sürix) – Xorvat mənşəli İsveçrə üzvi kimyaçısı. Onun Avstriya, Şimali İtaliya və Xorvat kökləri var idi. 7 yanvar 1998-ci ildə 92 yaşında Sürixdə vəfat etmişdir. == Uşaqlıq və məktəb illəri == Doğulmasından az əvvəl Xorvatiyada orta məktəb müəllimi işləyən Vladimirin atası Milan (1879–1931) Avstriyanın təhsilin yaxşılaşdırılması üzrə dövlət proqramı çərçivəsində yeni ilhaq edilmiş Bosniya və Herseqovina əyalətinin paytaxtına (Sarayevo) göndərildi. O dövrdə bu proqram mədəni və dini cəhətdən müxtəlif icmaların birliyi idi: katolik xorvatlar, yunan pravoslav serbləri, əcdadları Türkiyə vətəndaşlığı dövründə İslamı qəbul etmiş müsəlmanlar və 1492-ci ildə İspaniyadan köçmüş ispan yəhudilərinin nəsilləri. Milliyyətcə xorvat olan gənc Vladimirə başqa qruplardan olan uşaqlarla oynamağa icazə verilməyib. Sonradan o, xoşbəxt də olsa, kifayət qədər tənha uşaqlıq keçirdiyini söyləyərdi. Onun uşaqlığının ən yaddaqalan hadisələrindən biri 1914-cü il iyunun 28-də əlamətdar bir gündə Sarayevoya səfərə gələn Avstriya vəliəhdi Archduke Franz Ferdinand və həyat yoldaşı Sofiyanın görüşünün təntənəli yürüşündə olması idi. Vladimir qonaqlarla maşının qabağına gül atmalı idi.
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Kris Prett
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Kəlat (Sulduz)
Kəlat (fars. قلات‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (30 ailə).
Kəlat şəhristanı
Kəlat şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39,560 nəfər və 9,489 ailədən ibarət idi.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.