Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gmelina
Gmelina (lat. Gmelina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Cumbulu Adans. Ephialis Sol. ex Seem. Gmelinia Spreng.
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
Praline
Praline (fr. praliné, praline)- Ovulmuş badamların şəkər tozuna qarışığından ibarətdir. Onlardan tortların, kekslərin, kremlərin bəzədilməsində istifadə edirlər. 1671-ci ildə aşpaz Plessi-Pralin tərəfindən hazırlanmışdır.İlk əvvəl ovulmuş badam digər çərəzlərlə qarışaraq, bala qarışdırılmış və içərisinə şokolad ovuntuları tökülmüşdür. Üzərinə karamel tökülərək süfrəyə təqdim olunmuşdur. Çexiya və Polşada pralina 20-30 sm-lik vaflinin içərisində olur, üzərinə sirop əlavə edilir.
Premiya
Premiya (fr. Prémilhat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03211. 2008-ci ildə əhalinin sayı 2241 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1346 nəfərdən (15-64 yaş) 876 nəfəri iqtisadi cəhətdən fəal, 470 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 65.1%, 1999-cu ildə 64.8%). Fəal olan 876 nəfərdən 794 nəfər (416 kişi və 378 qadın), 82 nəfəri işsizdir (46 kişi və 36 qadın). Aktiv olmayan 470 nəfər arasında 87 nəfər şagird və ya tələbə, 224 nəfər pensiyaçı, 159 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Adelina
Adelina — ad. Adelina Sotnikova — Rusiya fiqurçusu. Adelina Tahiri — alban müğənni. Adelina Adalis — Rusiya-sovet şairi.
Preslia
Nanə (lat. Mentha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Premna
Premna (lat. Premna) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur. Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Pedina
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Evelina münaqişəsi
"Evelina" münaqişəsi — "Evelina" gəmisinin daşnak-bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi. == Hadisələr == 1918-ci ilin martında Bakıda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Şəhərdə Azərbaycan hərbi qüvvələrinin zəif olduğunu yaxşı bilən Bakı Sovetinin rəhbərliyi, Stepan Şaumyan başda olmaqla, müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı. Bu məqsədlə zavod və mədənlərdə erməni və rus fəhlələri müxtəlif bəhanələrlə "Qırmızı ordu" sıralarına qəbul edilirdilər. Erməni Milli Şurası cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamaq üçün martın əvvəllərində "Erməni əsgərlərinə" müraciət etdi. Erməni milyonçusu Mantaşevin zavodları isə ermənilərin silah-sursat cəbbəxanası rolunu oynamağa başladı. İrandan və Orta Asiyadan Sovet hökumətinin adına göndərilən silahlar da ermənilərin əlinə keçdi. 1918-ci il martın 17-də qırğın törətmək üçün bəhanə yaratmaq məqsədilə "Müsavat" partiyası üzvlərinin və azərbaycanlı əsgərlərin-yunkerlərin olduğu "Avetik" gəmisi Şaumyanın əmri ilə atəşə tutuldu. Elə həmin gün B. Avakyan "Astoriya" mehmanxanasında Hərbi İnqilabi Komitə adından daşnaklara silah payladı. Martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu.
Evelina Əliyeva
== Həyatı == Evelina Əliyeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Respublikada keçirilən bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
Gmelina arborea
Gmelina arborea (lat. Gmelina arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gmelina rheedei Hook.
Gmelina fasciculiflora
Gmelina fasciculiflora (lat. Gmelina fasciculiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü.
Gmelina hainanensis
Gmelina leichhardtii
Gmelina leichhardtii (lat. Gmelina leichhardtii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Vitex leichhardtii F.Muell. === Heterotipik sinonimləri === Tectona australis W.Hill Vitex leichhardtii var. glabrifolia F.Muell.
Gmelina rheedei
Gmelina arborea (lat. Gmelina arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gmelina rheedei Hook.
Gmelina sinuata
Gmelina arborea (lat. Gmelina arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gmelina rheedei Hook.
Gmelina vitiensis
Gmelina vitiensis (lat. Gmelina vitiensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Vitex vitiensis Seem.
II Presian
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı. == Hakimiyyəti == İvan Vladislavın ən böyük oğlu olub Bulqarların azadlıq mücadiləsinə rəhbərlik etmişdir. 1018-ci ildə Tomorr dağında bir neçə ay qardaşları Aaron və Alusianla birlikdə mübarizə aparan çar sonda təslim olmağa məcbur oldu və Bizans hakimiyyətində yaşamağa başladı. == Sürgün == Presian magistros rütbəsi verilərək saray əyanına çevrilmişdi. 1020-ci illərdə VIII Konstantinə qarşı saray çevrilişi etməyə cəhd etmiş və sürgün olunmuşdu. 1029-cu ildə III Romanın hakimiyyəti zamanı yenidən saraya qayıdan Presian imperatorun qızı ilə evlənib taxtı ələ keçirməyə cəhd etdi. Lakin planın üstü açıldı və Presian 1030-cu ildə kor edilərək yenidən sürgünə göndərildi. 1060-cı ilə aid qəbri Slovakiyada tapılmışdır. Onun məğlubiyyəti ilə Birinci Bulqar dövlətinə rəsmən son qoyulmuş oldu.
I Presian
Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852). == Həyatı == Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. === Bizansla münasibətlər === İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi. == Son illəri == Presian 852-ci ildə vəfat etdi.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Presian yazısı
Presian yazısı — Yunanıstanın Filippi antik şəhərində tapılmış, I Presian xan tərəfindən qoydurulan abidə. İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Presian yazısı bu dövrdə xan tərəfindən qoydurulmuşdur. Orijinal mətn: Το]ν πολων Βου(λ)γα-ρον [ο] εκ θεου αρχον ο Π-ερσιανος απεστιλενΙ[σ]βουλον τον καυχανον δοσας αθτον φοσα- τα κ(ε) τοω ητξιργου βοιλ-αν κ(ε) τον κανα βοιλα κολοβρον κ(ε) ο καυχανοσεπι τουσ Σμολεανους ο-ν......Η [τησ] την αληθηναν γ-υρευη, ο θ(εος) θεορι.κ(ε), η τησ ψ-ευδετε, ο θ(εος) θεορι. ΤουσΧριστηανους οι βουλγαρι-σ πολα αγαθα επυισα[ν] κ(ε) οι Χριστηανοι ελησμον-ησαν, αλλα ο θ(εο)ς θεορι. Tərcümə: Bir çox bulqarların hökmdarı, Tanrı tərəfindən qoyulmuş Presian, kovxan İsbula ordular verərək, içirqu-boyul və xanboyul kolobronu Smolyanlara qarşı göndərdi...Əgər kimsə gerçəyi axtarırsa Tanrı baxır. Əgər kimsə yalan deyirsə, Tanrı baxır.