Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqəddəs Reparata kafedralı (Florensiya)
Müqəddəs Reparata kafedralı və ya Santa-Reparata kilsəsi (it. Chiesa di Santa Reparata) — İtaliyanın Florensiya şəhərində yerləşən keçmiş kafedral. Kafedral Florensiyanın patron müqəddəsi olan erkən xristanlıq dövrü şəhidi Müqəddəs Reparatanın adaını daşıyır. Florensiya kafedralı Santa-Reparata kilsəsi üzərində inşa edilmişdir. Florensiya kafedralının zirzəmisində 1966–1972-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində kilsənin strukturu müəyyən edilmiş və çoxsaylı maraqlı artefaktlar üzə çıxarılmışdır. Kilsədə Roma Papaları IX Stefan və II Nikolayın, həmçinin Filippo Brunelleski kimi tanınmış şəxslərin məzarları yerləşir. == Tarixi == Hələ III əsrdən Florensiyanın şimalında xristianlığa həsr edilmiş ərazi var idi və orta əsrlərə kimi həmin ərazi şəhərin mühüm dini mərkəzi olaraq qalırdı. VI əsrdən başlayaraq şərq-qərb istiqamətində (Pyaçça-dell'Olio-dan müasir Florensiya kafedralının apsida ərazisinə kimi) "müqəddəs ox" adlandırılan bina kompleksi yerləşirdi. Son Antik dövrdən bəri bu cür komplekslər dini ərazi hesab edilir və Roma dövrü divarları ilə əhatə olunurdu. Kompleksə Yepiskop sarayı, San-Covanni vəftizxanası, xəstəxana, pastor evi, qəbirsanlıq və üç kilsə: Salvatore-al-Veskovo, San-Mikele Visdomini və Santa-Reparata daxil idi.