PREPARÁT

[ lat. praeparatus – hazırlanmış]
1. Tədqiqat, müşahidə və ya tədris məqsədi ilə hazırlanmış heyvan və ya bitki orqanizmi hissəsi. Anatomik preparat.
2. Tədqiqat üçün hazırlanmış kimyəvi maddə. Radioaktiv preparat.
3. Laboratoriya və ya fabrikdə hazırlanmış kimyəvi maddə və ya dərman. Vitaminli preparatlar. Yodlu preparat.
PREMYÉRA
PREPARATÇI
OBASTAN VİKİ
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
Bioloji preparatlar
Bioloji preparatlar – bioloji mənşəyə malik məhsullar, o cümlədən vaksin, qan preparatları, allergenlər, somatik hüceyrələr, toxumalar, rekombinant zülallar. Bunlar insan və heyvanların yoluxucu və parazit xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, onların həyat göstəricilərinin yüksəldilməsi, bitkilərin zərərvericilər və xəstəliklərdən qorunması, torpaqların münbitliyinin artırılması və s. üçün istifadə olunur. == Ümumi məlumat == Tibb və baytarlıq bioloji preparatları təsir mexanizmi və praktiki təyinatına görə müalicəvi (spesifik hiperimmun zərdablar, qamma-qlobulinlər, interferonlar), profilaktik (vaksinlər), diaqnostik (antigenlər, həmçinin allergenlər, zərdablar) və tənzimləyici olur. Onlar biokombinat və biofabriklərdə mikroorqanizmlər ştamları və onların fəaliyyət məhsulları, həmçinin tərkibində bioloji stimulyatorlar olan heyvan toxumaları əsasında hazırlanır. Kənd təsərrüfatı və meşə bitkilərinin zərərvericiləri ilə mübarizədə istifadə olunan bioloji preparatlar arasında ən çox sporəmələgətirən entomopatogen bakteriya Bacillus thuringiensis əsasında hazırlanan preparatlar (entobakterin, dendrobasillin, dipel və s.) yayılmışdır. Bu preparatların aktiv hissəsi endotoksin zülalının kristallarıdır; bunlar həssas cücünün orqanizminə qida ilə daxil olub bağırsaq iflicinə və septisemiyaya səbəb olur. Əkin, çəmən, bağları gəmiricilərdən qorumaq üçün dənli bakterodensid buraxılır; onun təsiredici hissəsi gəmiricilərdə yatalağabənzər xəstəlik törədən salmonella cinsinə aid bakteriyalardır. Göbələk mənşəli bioloji preparatlardan boverin (kolorado böcəyinin sürfələrini məhv etmək üçün), antibiotiklər – trixotesin, fitobakteriomisin (bitkilərin müxtəlif bakteriozlarının, buğdanın kök çürüməsinin müalicəsində), virus mənşəli bioloji preparatlardan Mamestra brassicae-nin tırtıllarının məhv etmək üçün, dəyişkən ipəksarıyanı ilə mübarizədə istifadə olunur. Bioloji preparatlar ətraf mühit və insan üçün az zərərlidir, biosenozda təbiət əlaqələrini pozmur, seçici təsirə malikdir.

Значение слова в других словарях