Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pripyat
Pripyat (ukr. Прип'ять) — Ukraynada şəhər. 26 aprel, 03:00. Çernobıl AES-ın 4-cü reaktorunda partlayış meydana gəlir. O gecə Çernobılın 10 km-lik təhlükəli ərazisində yerləşən 49 min sakini olan Pripyat şəhəri boşaldılmalı olur. Gecə yarısından etibarən yüzlərlə avtobus şəhərin mərkəzinə gətirilir. Ordu yardım üçün əhaliyə kömək edir. İnsanlar evlərini o qədər tez boşaltmağa məcbur edilir ki, özləri ilə bir neçə geyim əşyası və yalnız şəkil albomlarını götürməyə icazə verilir. Pripyatı tərk edən avtomobil karvanının uzunluğu 20 km-ə çatır. Boşaltma işləri 30 saata yekunlaşır.
Privzak
Privzak (fr. Privezac, oks. Privasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12191. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 325 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 127 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 68.2%).
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Orta Pripyat
Orta Pripyat (belar. Сярэдняя Прыпяць) — Belarus ərazisində olan ölkə əhəmiyyətli landşaft yasaqlığı. Yasaqlıq 1999-cu ildə yaradılmış. Yasaqlıq Brest vilayətinin Stolinski, Pinski, Lunineski, eləcə də Qomel vilayətinin Jitkoviçski rayonları ərazisində formalaşdırılmış. Yasaqlıq Avropada yeganə təbii alt bataqlıq kompleksidir. Kompleksə həmçinin çaylar, subasar meşələr aiddir. Yasaqlıq 19 iyul 1999-cu ildə, Belarus Respublikasının Nazirlər Sovetinin № 1105 qərarla yaradılmış. Orta Pripyat yasaqlığı üç bioloji yasaqlığın bazası əsasında qurulmuş: «Aşağı Yaseldı», «Laninin mənsəbi» və «Aşağı Sluçi». Ümumi sahəsi 90447 hektardır. Nazirlər Sovetinin 22 noyabr 2013-cü il № 1008 qərarı ilə yasaqlığın sahəsi 2615,15 hektar genişləndirilərək 93062,15 hektara çatdırıldı.
Pripyat çayı
Pripyat çayı (ukr. Прип’ять) — Şərqi Avropada çay. Uzunluğu 761 km-dir. O şərqə tərəf Ukraynaya və Belarusa, sonra yenidən Ukraynaya uzanır. Mənsəbi olan Dnepr çayına tökülür. Pripyat çayı Çernobıl faciəsi baş verən zonadan keçir. Pripyat şəhəri Çernobıl faciəsindən sonra həmin ərazidən köçürülmüşdür. Çayın hövzə sahəsi 121,000 km2, Belarus hissəsininki isə 50,900 km2-dir. Çayın uzunluğunun 495 kilometri Belarus ərazisindədir. Maks Vasmer öz etimologiya lüğətində qeyd edir ki, ən qədim Şərq Slavyan sənədi olan İbtidai xronikada qeyd olunan çayın tarixi adı Pripetdir.
Priural (Arxangel)
Priural (başq. Приуралье, rus. ГПриуралье) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Təyəkəs kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 7 km, kənd sovetliyindən (Təyəkəs): 3 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (47%), ruslar (37%) üstünlük təşkil edir.
Sion Prioratı
2001-ci ildə İtaliyalı fotoqraf Barbara Freyl Vatikanın gizli arxivindən tarixi sənədlər tapdı. Bu sənədlər 1308-ci ilə aid idi və papa V Klement və Tampilyerlərin böyük ustadı Jak De Molay haqqında idi. Sənəd Fransanın Sion şəhərində Berenger Frodoli tərəfindən yazılmışdı. Sion Prioratı 1099-ci ildə Fransa kralı Qodfrua de Buyon tərəfindən yaradılmışdır və 1308-ci ildə Tampilyerlər ordeninin süqutundan sonra fəallaşmışdı. Sion Prioratının əsas vəzifəsi San Qrili tapmaq və onu qorumaqdan ibarət idi. Prioratın üzvləri müasir zamanadək gəlib çıxmışlar. Ustadlar hər beş nəfərdən ibarət idi. Onlardan biri böyük ustad hesab olunurdu. Hesab olunur ki, 2003-cü ildə Priorat ləğv olunmuşdur. Sənədlərin yeri isə hələ də məlum deyil.
Əyləncə parkı (Pripyat)
Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir. Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir. Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Priva (rayon)
Priva (fr. Privas) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Priva. Rayon əhalisi 2006-cı ildə 82 679 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1742 km².
Priva auricoccea
Priva auricoccea (lat. Priva auricoccea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Priva socotrana
Priva socotrana (lat. Priva socotrana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Gənc Pirat Partiyası
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Maks Hedrum pirat yayımı
Maks Hedrum pirat yayımı (ing. Max Headroom broadcast signal intrusion) — Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən WGN televiziyasının yayım tezliyində baş vermiş müəmmalı pirat yayım. Hadisə XX əsrin sonlarına yaxın ABŞ və Qərbi Avropanın populyar mədəniyyətində geniş müzakirə olunmuşdur. == Hadisə == Hadisə 1987-ci ilin 22 oktyabr tarixində, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən WGN televiziya kanalının canlı xəbərlər proqramının yayınlanması zamanı baş vermişdir. Saat 21:14-də xəbərlər proqramı qəfil kəsilmiş və ekranda üzündə "Maks Hedrum" maskası olan bir şəxs, 28 saniyə ərzində qəribə hərəkətlər edərək, anlaşılmaz sözlərdən istifadə etmişdir. Televiziya əməkdaşlarının təcili müdaxiləsindən sonra yayım dayandırılmışdır. Lakin, təxminən 2 saat sonra 23:15 radələrində bu dəfə "WTTW" kanalının yayımı oxşar səbəbdən kəsilmişdir. Yenə eyni şəkildə, üzündə maska olan şəxs ekranda göründü. Həmin şəxs anlaşılmaz sözlərdən istifadə edərək, qeyri-adi hərəkətlər edirdi. 88 saniyəlik yayım bitdikdən sonra kanalın normal yayımı davam etdi və pirat yayımı bu dəfə kəsmək mümkün olmamışdır.
Sen-Priva - Qravelot döyüşü
Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte) - Fransa–Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş döyüş. Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 top), kəşfiyat işini təşkil etmədən, şimala hərəkət edərkən franszı ordusu ilə qarşılaşdılar. Moltke, franszı qoşunlarının dislokasiyasını yanlış müəyyən edərək, öz qoşunlarının əsas zərbəsini fransız mövqelərinin mərkəzinə yönəltdi. 9-cu, sonra 8-ci və 7-ci korpuslar cəbhə hucumları ilə müdafiyəni yarmaq və fransız mövqelərini tutmağa çalışırdılar. Lakin onların sıx rota sütunları yivli Şaspo tüfəngləri ilə silahlanmış fransız atıcılarının atəşindən böyük itki verirdilər. Ancaq axşama yaxın alman qvardiya korpusu və 9 -10-cu korpusların briqadaları, atıcı zəncirlərə səpələnərək, artilleriyanın əzici üstünlüyü şəraitində, franszıları sıxışdıra bildilər, Sen-Priva və Qravelotu tutdular. Vuruşun sonunu, franszı mövqelərini dərin yandan alma təhlükəsi altına qoyan 12-ci alman korpusunun Ronkura hucumu həll etdi.