Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirqorod
Mirqorod (ukr. Миргород) — Ukraynanın Poltava vilayətində şəhər. == Coğrafi mövqeyi == Mirqorod şəhəri, Lihobabovka çayının birləşməsindəki Xorol çayının sahilində yerləşir, buradan 1 km yuxarı məsafədə Beliki kəndi və 0,5 km aşağıda Qarkuşintsi kəndi yerləşir. Bu yerdəki çay ərazini gəzib dolaşır, bu da, estuarlar, qurumuş köhnə çay yatağı və bataqlıq göllərini meydana gətirir. == Qardaş şəhərlər == Bolqarıstan, Qorna-Oryahovitsa Latviya, Yekabpils Polşa, Zqojelets == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Официальный сайт города (ukr.) Официальный сайт курорта города (ukr.) Информационно-туристический портал ukrainian.travel Ігор Шаров. 100 визначних місць України. — К.: АртЕк, 2004.
Priqorodnı rayonu
Priqorodnı rayonu (oset. Горæтгæроны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Oktyabrskoe kəndidir. == Coğrafiya == İnzibati rayonu respublikanın cənub-şərqində, dağlarda və Terek mailli düzənliyində yerləşir. Rayonun ərazisi - 1422.42 km². Aşağıdakı rayonlarla həmsərhəddir: qərbdə Alagirski və Ardon rayonları, şimalda Pravoberejnı rayonu, şərqdə İnquşetiya Respublikası, cənubda yarım dairə formasında respublikanın paytaxtı Vladikavkaz şəhəri ilə. Rayonda respublikanın ən yüksək nöqtəsi Kazbek dağı (5033 m) yerləşir. == Tarix == İnquşunların ən qədim mərkəzlərindən biri Tarskaya vadisidir. Gürcü coğrafiyaşünası Vaxuşti Baqrationinin məlumatına görə artıq Tara vadisində XVII əsrdə Anquşt kəndində inquşlar yaşayırdı. Xalqın adıda gürcü və rus dilində bu kəndin adından keşmişdir.
Mirqorod povestlər toplusu
Mirqorod povestlər toplusu (rus. Миргород (сборник)) 1835-ci ildə Nikolay Qoqolun “Mirqorod” və “Ədəbi parçalar” adlı iki kitabı işıq üzü görüb. “Mirqorod” iki hissədən ibarət idi. Birinci hissəyə “Köhnə dünya mülkədarları” və “Taras Bulba”, ikinci hissəyə isə “Viy”, “İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması haqqında povest” daxil idi. Müəllif “Mirqorod”u həm də “Dikanka yaxınlığında Xutorda axşamlar”ın davamı adlandırmışdı. Bu ikinci ad onunla əlaqədar idi ki, “Axşamlar” kimi bu yeni povestlərdə də ancaq Ukraynanın müasir həyatından və tarixi keçmişindən bəhs olunur. Bununla belə üslüb, yaradıcılıq metodu cəhətdən “Viy” müstəsna olmaqla, “Mirqorod” “Axşamlar”dan tamamilə fərqlənirdi. Belə ki, “Viy” “Axşamlar”da olan povestlər kimi nağılvari, fantastik, sehrli bir süjetdə yazıldığı halda qalan povestlər tənqidi realizm üslubunda yazılmışdı. Hətta yüksək romantik pafosla zəngin olan “Taras Bulba”da da realist həyat səhnələri, canlı insan xarakterləri əsas yer tuturdu. “Viy” xalq əfsanələri əsasında yazılmış povestlərdən biri idi.
Oktyabrskoe (Priqorodnı rayonu)
Oktyabrskoe (oset. Октябрыхъæу, inquş Шолхи) — Rusiya Federasiyası, Şimali Osetiyanın Priqorodnı rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Priqorodnı rayonunun və Oktyabrskoe kənd sovetliyinin mərkəzidir. == Coğrafiya == Kənd Kambileyevka çayının hər iki sahilində, Vladiqafqazdan 70 km şimal-qərbdə yerləşir. == Tarixi == Müasir kənd XVIII əsrin ikinci yarısında qurulmuşdur. Bu zaman mərkəzi Anquşta olan Böyük İnguşdan kənarda mərkəzi Şolxi kəndi olan Kiçik İnquş bölgəsini fortmalaşmışdır. 1859-cu ildə keçmiş Şolxi kəndinin yerində, Kambileevskaya Sunja müdafiə xətti quruldu. Bu məntəqə 1867-ci ildə ləğv edildi və Tarski xutoruna çevrildi. Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, 1922-ci ildə kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü. 1924-cü il 7 iyul tarixində keçmiş adı Şolxi ona qaytarıldı və kənd İnquş Muxtar Vilayətinə verildi (5 dekabr 1936-cı ildən Çeçen-İnQuş Muxtar Vilayəti).