Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pripyat
Pripyat (ukr. Прип'ять) — Ukraynada şəhər. == "Çernobıl"ın məhv etdiyi şəhər == 26 aprel, 03:00. Çernobıl AES-ın 4-cü reaktorunda partlayış meydana gəlir. O gecə Çernobılın 10 km-lik təhlükəli ərazisində yerləşən 49 min sakini olan Pripyat şəhəri boşaldılmalı olur. Gecə yarısından etibarən yüzlərlə avtobus şəhərin mərkəzinə gətirilir. Ordu yardım üçün əhaliyə kömək edir. İnsanlar evlərini o qədər tez boşaltmağa məcbur edilir ki, özləri ilə bir neçə geyim əşyası və yalnız şəkil albomlarını götürməyə icazə verilir. Pripyatı tərk edən avtomobil karvanının uzunluğu 20 km-ə çatır. Boşaltma işləri 30 saata yekunlaşır.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√h kvadratı+ dioq.ot.
Orta Pripyat
Orta Pripyat (belar. Сярэдняя Прыпяць) — Belarus ərazisində olan ölkə əhəmiyyətli landşaft yasaqlığı. Yasaqlıq 1999-cu ildə yaradılmış. Yasaqlıq Brest vilayətinin Stolinski, Pinski, Lunineski, eləcə də Qomel vilayətinin Jitkoviçski rayonları ərazisində formalaşdırılmış. Yasaqlıq Avropada yeganə təbii alt bataqlıq kompleksidir. Kompleksə həmçinin çaylar, subasar meşələr aiddir. == Tarixi == Yasaqlıq 19 iyul 1999-cu ildə, Belarus Respublikasının Nazirlər Sovetinin № 1105 qərarla yaradılmış. Orta Pripyat yasaqlığı üç bioloji yasaqlığın bazası əsasında qurulmuş: «Aşağı Yaseldı», «Laninin mənsəbi» və «Aşağı Sluçi». Ümumi sahəsi 90447 hektardır. Nazirlər Sovetinin 22 noyabr 2013-cü il № 1008 qərarı ilə yasaqlığın sahəsi 2615,15 hektar genişləndirilərək 93062,15 hektara çatdırıldı.
Pripyat çayı
Pripyat çayı (ukr. Прип’ять) — Şərqi Avropada çay. Uzunluğu 761 km-dir. O şərqə tərəf Ukraynaya və Belarusa, sonra yenidən Ukraynaya uzanır. Mənsəbi olan Dnepr çayına tökülür. == İcmal == Pripyat çayı Çernobıl faciəsi baş verən zonadan keçir. Pripyat şəhəri Çernobıl faciəsindən sonra həmin ərazidən köçürülmüşdür. Çayın hövzə sahəsi 121,000 km2, Belarus hissəsininki isə 50,900 km2-dir. Çayın uzunluğunun 495 kilometri Belarus ərazisindədir. == Adının etimologiyası == Maks Vasmer öz etimologiya lüğətində qeyd edir ki, ən qədim Şərq Slavyan sənədi olan İbtidai xronikada qeyd olunan çayın tarixi adı Pripetdir.
Əyləncə parkı (Pripyat)
Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir. == Yerləşməsi == Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir. == Attraksionlar == Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Hüseynov (d. 29 yanvar 1999, Perm, Rusiya) — Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi.
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; "Şaxtyor" futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.
Rinat Yusupov
Rinat Yusupov (başq. Ринат Мөхәммәт улы Йосопов, 1951—2011) — Sovet, rus etnoloqu və antropoloqu. Tarix elmləri namizədi, professor. == Bioqrafiya == 1951-ci il noyabrın 12-də Sovet Sosialist Respublikaları İttifaqı, Başqırd MSSR, Ziançurinski rayonunun İsyanqulovo kəndində anadan olub. 1975-ci ildə Başqırd Tibb İnstitutunu bitirib. 1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyası Leninqrad şöbəsinin (İ. İ. Qoxmanın rəhbərliyi altında) N. N. Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin aspirantı olur. İxtisası - kraniologiya. 1979-cu ildən SSRİ EA Başqırdıstan Bölməsinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Etnoqrafiya və antropologiya şöbəsində çalışır. 1982-ci ildə “Başqırdların kraniologiyaya görə antropoloji tərkibi” (ixtisas 03.00.14 – antropologiya) mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Tarix elmləri namizədi adına layiq görülür.