Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yevgeni Priqojin
Yevgeni Viktoroviç Priqojin (rus. Евге́ний Ви́кторович Приго́жин; 1 iyun 1961, Leninqrad – 23 avqust 2023[…], Kujenkino[d], Tver vilayəti) — rusiyalı iş adamı, Rusiya Konkord şirkətlər qrupunun rəhbəri və sahibi, Vaqner qrupu ÖHŞ-nin yaradıcısı. Rusiya prezidenti Vladimir Putinin dostlarından biri hesab olunurdu. Rusiya Federasiyasının Qəhrəmanı, DNR Qəhrəmanı və LNR Qəhrəmanı. Yevgeni Priqojinin nəzarət etdiyi Vaqner qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbass müharibəsinin aktiv iştirakçısı olub.Bellinüat, The Insider və Der Spiegelin araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı "Konkord" şirkəti dövlətin ən yüksək vəzifəli şəxslərə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada "Putinin aşpazı" ləqəbini alıb.